Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   26   27   28   29   30   31   32   33   ...   110

62 
 
Xırda  kontorlarda  da  iki  cür  haqq-hesab  aparırdılar:  qondarma  və 
həqiqi.  Çox  vaxt  müəssisənin  maliyyə  qüvvəsini,  əşya  və  avadanlıqların 
qiymətini  qat-qat  artırmaqla  şişirdirdilər  ki,  banklardan  daha  çox  vəsait  ala 
bilsinlər.  Sonra  da  müflis  olduqlarını  elan  etməklə  sərvət  qazanırdılar.  Əksər 
hallarda xırda aksiya sahiblərinin var-yoxu öllərindən çıxırdı. 
İşgüzarlar  iri  brilyant,  yaqut,  zümrüd  qaşlı  üzük  taxmadıqda,  qızıl 
təkbənd  bağlamadıqda  maliyyə  və  ticarət  aləmində  şübhəyə  səbəb  olurdu,  o   
adam    etibarını  itirirdi;  bu  hal  veksellə  aldığı  borcu  vaxtında  qaytarmamağa, 
iflasa uğramamağa bərabər hesab oluna bilərdi. 
Milyonçular. Bakıdə milyonçu çox idi, bəzilərinin adı və sədası bütün 
dünyaya yayılmışdı. 
Müsəlman  milyonçularını  iki  dəstəyə  bölmək  olardı:  birinci  «neft 
milyonçuları»  -  «neftxudalar»;  ikincilər  isə  «Sandıq  milyonçuları»,  yəni  pulu 
sandıqda  üst-üstə  yığıb,  yüksək  faizlə  sələm  almaq,  malı  ucuz  alıb  baha 
satmaqla varlananlar. 
Əlbəttə,  burada  əsas  söhbət  neft  milyonçularından  -  neftxudalardan 
gedəcək. 
Hacı  Zeynalabdin  Tağıyev.  Bütün  müsəlman  aləmində  tanınmış 
milyonçu  -neftxudanı  Bakıdakı  müsəlman,  rus,  erməni  və  yəhudi  cəmiyyəti 
xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. 
Atası  İçərişəhərli  başmaqçı  Tağı,  anası  Bilgəhli  Anaxanım  olub. 
Zeynalabdin uşaq ikən anası vəfat edib. Atası ikinci dəfə evlənir, təzə arvaddan 
beş qızı olur. Tağı çox kasıb imiş, Zeynalabdin hələ  kiçik ikən atası deyir ki, 
bala,  görürsən  də,  güzəranımız  necə  ağır  keçir,  gəl  əlimin  altında  işlə,  mənə 
həyan  ol,  birtəhər  gündəlik  çörək  pulu  qazanaq.  Zeynalabdin  cavab  verir  ki, 
mən  başmaqçı  yox,  bənna  olacağam.  Kişi  arvadına  tapşırır  ki,  apar  bunu  qoy 
bənnanın əli altında işləsin. O vaxtdan başında çanaxda palçıq daşıyır, 6 qəpik 
günəmuzd alır. 
Yaşı  az  olduğundan  palçıq  çanağını  çətinliklə  daşıyırmış;  yoldaşları 
ona  kömək      edirdilər,  tez-tez  ağır  çanağı  qaldırıb  başına  qoyurdular.  O  da 
canla-başla çalışırmış; bütün günü bir an belə bekar qalmaz, hamıdan tez gələr, 
gec  gedərmiş,  15  yaşında  daşyonan,  18  yaşında  bənna,  sonra  da  memar-
podratçı olur. 
1873-cü  ildə  iki  nəfərlə  şərik  olub  Bibiheybətdə  icarəyə  yer  götürür. 
Avadanlıq  alır,  usta  və  əmələlər  tutur,  buruq  qurdurub  başlayır  quyu 
qazdırmağa.  Günbəgün  xərc  artır,  neft  isə  görünmür.    Qışda  soyuq,  yayda 
cəhənnəm    istisi,  xəzri-gilavarın  qaldırdığı  toz  göz  çıxardır.    İlantək    qabıq 
qoyurlar,    neft  isə      çıxmır.  Düşmənlər  Hacıya  gah  tamahkar,  gah    kələfin  
ucunu  itirən  adam  kimi  baxırlar.  Şəriklər  ümidlərini  itirir  -  öz    paylarını 
satmağa  müştəri  axtarırlar,  axırda  Hacı  özü  onların  pulunu  verib  buruğa    və 


63 
 
yerə yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır, tək-tənha məşəqqətə dözür. 
Fəhlələrin muzdunu vaxtında verir. 
Nəhayət,  quyu  gözlənilmədən  fontan    vurur.  Başmaqçı  Tağının  oğlu 
palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. 
Üç  ilə  şəhərin  mərkəzində  (1895-1897-ci  illər)  böyük  bir  saray 
tikdirir.  Bu  kaşanənin  hər  dörd  fasadı  və  damdakı  nəhəng  qübbələr  diqqəti    
uzaqdan  cəlb  edir.  Bir  üzü  Bariyatinski  (Fioletov),  digəri  Starıy  politseyski 
(Məmmədəliyev),    üçüncüsü  Merkuri  (Şaumyan),  dördüncüsü  isə  Qarçakov 
(Malıgin)  küçələrinə  baxır;  hər  cəhətdən,  həm  xarici  arxitekturasına,  həm  də 
daxili  bər-bəzəyinə  görə  şəhərin  ən  yaraşıqlı  binalarından  biridir.  Layihənin 
müəllifi  Qoslavski  əsasən  Avropa  order  memarlıq  üslubundan  istifadə  edib, 
fərdi  kompozisiya  yaradıb    (Azərbaycan  tarixi  muzeyi).  Binanın  hər  dörd 
tinində  və  baş  girəcəyinin  qabağında    nəhəng  qaz  fanarı  yanardı,  gecələr  bu 
aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı. 
Tağıyev  həm  neftxuda,  həm  dəyirman  sahibi,  həm  fabrikant,  həm 
böyük  balıq  sənayeçisi  (bütün  Kür  ətrafı  və  Xəzər  qırağı  vətəgələr  onun 
ixtiyarında  idi),  həm  də  ticarət  və  yük  gəmilərinin  sahibi  idi.  Quba  tərəfdə 
Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də 
Hacının  meşələri,  böyük  malikanəsi,  binaları  və  nümayəndəliyi,  başqa 
şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları 
vardı. 
İmperator  II  Nikolayın  qardaşı  böyük  knyaz  Mixail  Aleksandroviç 
polyak qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir 
ki,  Yevlax  ətrafı  meşələrdə  ov  edib  dincəlməyə  ona  icazə  versin.  O,  Hacıya 
cəvahiratla bəzədilmiş bir qızıl çarke (peymanə) bəxşiş göndərmişdi. 
Xəzərin  Azərbaycan  sahillərindən  tutmuş  Dağıstanın  sahillərinə, 
Dərbənd,  Port-Petrovsk  (indiki  Ma-Haç-Qala)  daxil  olmaqla  uzunluğu  300 
kilometr  olan  torpaq  sahəsi  alıb  vətəgə  salmışdı.  Kür  qırağındakı  vətəgələri 
dövlətdən icarəyə götürmüşdü. 
O  zamanlar  dustaqları  Nargin  adasında  saxlayırdılar.  Camaat  ora 
gedib-gələndə  yaman  əziyyət  çəkirdi.  Axırda  Hacı  Zeynalabdinə  müraciət 
edirlər  ki,  bu  işdə  bizə  kömək  elə,  dərdimizə  çarə  qıl.  O  da,  o  zaman  şəhərin 
ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında 
tikdirdiyi  beşmərtəbəli  dəyirmanı  (indiki  şirniyyat  fabrikini)  dustaqxana  üçün 
verir.  Bu  barədə  digər  bir  rəvayət  də  var.  Bakıya  yüksək  rütbəli  təzə  məmur 
təyin  edilir.  Hacı  onun  görüşünə  gedir  və  deyir  ki,  sizə  nə  kömək  lazımsa, 
utanmayın,  söyləyin,  mən  padşahlıqdan  heç  nə  müzayiqə  edən  deyiləm. 
Yüksək rütbəli şəxs izah edir ki, «dustaqları Nargin adasında saxlayırıq, işçilər 
gedib-qayıtmağa  çox  vaxt  sərf  edirlər,  həm  də  əziyyət  çəkirlər;  mümkünsə  bu 
işdə  bizə  kömək  edin».  Hacı  Zeynalabdin  tikilib  qurtarmış  dəyirman  binasını 
dustaqxana  üçün  hökumətə  verir.  Xaricdən  gətirdiyi  dəyirman  avadanlığını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə