Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   22   23   24   25   26   27   28   29   ...   110

54 
 
uzaqlaşdırırdı.  Gözətçilər  gecələr oğurluq neft alış-verişi edənlərin arabalarını 
anbardan  doldurub,  pulunu  alaraq  yola  salırdılar,  ya  da  lülələrin  krantını  açıb, 
nefti qonşunun anbarına axıdar, haqqını alardı. 
Sərmayəsi  az,  fəhləsi  az  olan  adam  quyunu  qazdırıb  neft  təbəqəsinə 
çatdıra  bilmir,  yeri  satmağa vadar olurdu. Bəzən də  gecə  vaxtı  neft daşıtdırıb 
quyuya  doldurur  və  sabahı  gün  xəbər  yayırdı  ki,  neftə  çatıb,  bu  yolla  «baha» 
qiymətə satırdı. Neft maqnatları bu gələkləri çox yaxşı başa düşürdülər, onu da 
əvvəldən  çox  yaxşı  bilirdilər  ki,  neft  daha  dərində  yatır,  özü  də  tükənməzdir; 
torpaq yiyəsinə guya mərhəmət göstərir, tula payı verib mülkə sahib olurdular. 
Sahibkarlar  qonşuluqdakı  qazma  ustalarını  pulla  alıb  sahə  barədə 
məlumat toplayırdılar, ya da quyuda qəza törətdirirdilər ki, özləri daha tez neft 
layına çatsınlar. 
Xırda mədənlərin sahibləri quyuları istismar edir, neft çıxardır, amma 
quyu  qazdırmağa  qüvvələri  çatmırdı,  lazımi  avadanlıq,  dəzgah,  usta,  fəhlə 
saxlamağa  imkanları  olmadığından  quyunu  podratçılara  qazdırırdılar.  Tez-tez 
podratçılar qonşuluqdakı Dövlətli neftxudadan pul alıb, qazmanı uzadır, ya də 
su  təbəqəsini  bağlamır,  əngələ  salıb  işi  yubandırırdılar...  Və  xırda  mədənçini 
qorxudurdular  ki,  neft  verən  quyuları  da  su  basa  bilər...  O  da,  əvvəl  inad 
göstərib  deyirdi:  «bu  nağılı  gedin,  körpələrə  danışın.  Mədənimi  satan 
deyiləm...». 
Axırda təntidirdilər... 
Mədənlərdə neft təbəqələrini su basması dəhşətli fəlakətdi; su mədəni 
döndərirdi  gölə,  «dəryaçaya»,  sahibkar  təşvişə  düşüb  zara  gəlir,  sahəni  dəyər-
dəyməzinə  satırdı...  Neftxuda  bu  sahəni,  qonşu  mədəni  adətən  başqa  adamın 
adına alır, sonra keçirirdi öz adına və qatırdı mədəninə... 
Varisləri  dilə  tutub,  tez-tez  saxta  vəsiyyətnamələr  düzəltdirir,  işi  elə 
dolaşıq salırdılar ki, torpaq yiyələri tələsib yeri tez satmağa vadar olurdular. 
Şəhərdə  çoxlu  notarius  kontoru  vardı.  Onlar  neft  işində  vasitəçi  rolu 
oynayırdılar. 
Balaxanıda sahibkar Mirzəyevin qonşuluqda aldığı mədənində qazdığı 
dayaz  bir  quyu  elə  fontan  vurmuşdu  ki,  üç  gün  ərzində  yer-yurd  neft  kölünə 
dönmüşdü. 
Fontan  vuranda  qaz  ağır  alətləri,  hər  biri  yüz,  yüz  əlli  kiloqram 
ağırlığında daşları kənara tullayırdı. Ramanada, Sabunçuda dərələrdən neft çay 
kimi  axır,  qurşaqdan  yuxarı  qalxır,  adamlar  bu  taydan  o  taya  keçə  bilmirdi. 
Göydən neft yağırdı. Anbarları çox da böyük olmayanda aşıb-daşır, çənlər tez 
dolur,  neft  başlayırdı  axmağa.  Fəhlələr  torpaqdan  nə  qədər  sədlər  düzəldir, 
daşdan  və  palçıqdan  bəndlər  çəkirdilərsə  yenə  öhdəsindən  gələ  bilmirdilər. 
Belə  vaxtlarda  fontanları  bağlamaq,  neft  selinin  qabağını  kəsmək  bəzən  üç-
dörd həftə çəkirdi. 


55 
 
Bu cür vəhşicəsinə istismardan geoloqlar çox narahat olurdular, çünki 
neft  təbəqəsi  hədər  yerə  gücünü,  sərvətini  itirib,  zay  olur,  çıxan  neftin  çoxu 
torpağa hopur, dörddə üçü təbəqədə qalıb «ölürdü». 
Kim idi  geoloqlara qulaq  asan,  sözlərinə    fikir verən. 
Sahibkarlar  isə  sevinir,  onlarca  faytonda,  qazalaqda,  şəhərdən,  qonşu 
kəndlərdən  adamlar  tamaşaya  gəlir,  təzə  milyonçunu  müjdələyir,  pul  təklif 
edirdilər.  Halbuki,  həmin  şəxsə  bir  gün  əvvəl  etibar  edib  bir  manat  da 
vermirdilər.  Suraxanıda,  Ramanada,  Bibiheybətdəki  güclü  fontanların 
gurultusundan  ətraf  kəndlərdə  yatmaq  olmurdu;  qaz  aləmi  bürüyürdü.  Fontan 
bəzən  üç-dörd  həftə  davam  eləyirdi.  Belə  vaxtlarda  qonşu  mədənlərdə  neft 
verən  bütün  quyuları,  ocaqxanaları  bağlayırdılar,  qazmanı  saxlayır, 
emalatxanalarda  işi  dayandırırdılar  ki,  yanğın  düşməsin.  Sonra  da  fontan 
sahibindən  ya  xoşluqla,  çox  vaxt  isə  məhkəmə  gücünə  itki  pulu,  ziyan  xərci 
alırdılar. 
Milyardlarla   kubmetr   qaz   havaya  uçub   zay olurdu. Məşhur rus 
kimyagəri D. İ. Mendeleyev  1885-ci ildə Bakıda olanda  havaya sovrulan qazı 
gələcəyin yanacağı adlandırır. 
Keçmiş  fontanlardan  söhbət  düşəndə  qocaman  mühəndis  Şulqin 
Serkey  Vasilyeviç  qəlyanını  tüstülədib,  nəql  edirdi  ki,  «yatmışdım,  böyrümə 
vurulan bərk dürtmədən ayıldım, kim isə qulağımın lap dibində qışqırdı: «Dur, 
quyu  fontan  vurur...»  Tələsik  geyindim.  Bayırdan  şiddətli  uğultu  eşidilirdi. 
Binanın divarları titrəyir, dam cırıldayırdı. Bayırda yer-yerdən: «Fontan vuran 
quyu kimindir?» soruşurdular, lakin cavab verən yox idi. Otaqdan çıxdım. 
Səhər  idi.  Göy  üzü  ayazdı,  üfüq  qızarırdı.  Kazarmalardan  çıxanlar 
dayanır, elə bil yerə mıxlanırdılar. 
Neft sütunu göylərə baş qaldırırdı.     Vışkanın yarısı yox idi,  neft seli  
qabağına  çıxan    tir,  dirək,  taxta,  maşın,  truba,  dəmir  parçalarını  süpürləyib 
aparırdı.  Quyudan  tullanan  daş  parçaları  uzaqlara  səpələnirdi.  Heç  nə  eşitmək 
olmurdu.  Dəhşətli  uğultu  yəqin  ki,  ətraf      kəndlərin  sakinlərini  də  oyatmışdı. 
Göydən  neft  yağırdı,  adamların  üst-başı  neftdən  islanır,  üz-gözləri  qapqara 
qaralırdı. Xəzri  güclənirdi. Neft sütunu gah azalır, gah da hündürlərə qalxırdı. 
Sütun  azalanda  adamlar  qabağa  keçməyə  can  atırdılar  və  istəyirdilər  ki, 
əvvəldən  hazırlanmış     çuqun təbəqəsini quyunun ağzına  qoysunlar, halbuki, 
belə  çuqun  lövhələrlə  xırda  əl    quyularının  ağzını  bağlayırdılar.  Haraya  əl 
vurulurdu, yapışqan təki yapışırdı. Neft adamların topuğuna qalxırdı. 
Neftxuda hələ uzaqdan neft sütununun hündürlüyünü görəndə dəhşətə 
gəlmişdi.  Neft  seli  baş  götürüb  ətrafa  axırdı.  Yaxınlıqda  yaşayan  adamların 
çoxusu bayırda idilər. 
Fontan anbaan güclənir, neft seli zirzəmiləri, daxmaları, evlərin birinci 
mərtəbələrini  basırdı,  ətraf  neft  gölünə  dönür,  adamların  apara  bilmədikləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə