Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   21   22   23   24   25   26   27   28   ...   110

52 
 
əhlinin ədna bəsərinəcən, tacirdən tutmuş ədna papaqçıya və şam tökənəcən öz 
işlərini tullayıb, bir neçə adam şirakət edib, Molla Nəsrəddin torba götürüb Sarı 
qayaya  bostan  oğurluğuna  gedən  kimi,  olan-olmazlarını  yığıb  Sabunçu 
bəylərinin  yanına  yer  almağa  və  Qaraşəhərdə  (şəhərdən  kənar  zavodlar  olan 
yerdir) zavod tikdirməyə gedir ki, bir ya iki ilə sahibi milyon olsun». 
Bakı mədənlərində gözlənilmədən  elə fontanlar olurdu ki, gündə min 
tonlarla neft çıxırdı, heç yerdə və heç kəsin tanımadığı adi bir adam birdən-birə 
dönüb  olurdu  milyonlar  sahibi.  Hacı  Zeynalabdin  Tağıyev,  Musa  Nağıyev, 
Şəmsi    Əsədullayev,    Murtuz  Muxtarov,  Səlimov,  Seyid  Mirbabayev, 
Mantaşov,  Mirzəyev,  Şibayev.  Leonozov  və  başqaları  belə  varlananlardan 
idilər. Elə ki, fontan vururdu, qonşuluqdakı torpağın qiyməti birə min artırdı. 
Güclü  fontandan  neft  nəhr  kimi  axıb  yaxınlıqdakı  kənd  və  qəsəbə 
evlərini,  tövlələri  basır,  uçurdur,  qonşu  mədənlərdəki  emalatxanalar,  buruqlar 
qalırdı  neft  selinin  altında;  binalar,  idarələr  dağılırdı.  Fəlakətə  düşən  adamlar 
tez-tələsik  başqa  yerə  köçürdülər.  Sonra  da  fontan  sahibini  məhkəməyə  verib 
çəkdikləri zərərin əvəzini tələb edirdilər. Ölən və yaralananlar üçün qan bahası, 
şikəstləri  sağaltmağa  müavinət  istəyirdilər.  Belə  vaxtlarda  neftin  qiyməti 
bazarda  çox  aşağı  düşürdü.  Fontan  sahibi  və  xırda  mədənçilər  iflas  olurdular. 
sahibkar bəzən dözə bilməyib özünü asır, intihar edirdi. 
Neftin  bütün  üstünlüklərini  və  gələcəkdəki  əhəmiyyətini  yaxşı  bilən 
imperialist  dövlətlərin  rəhbərləri  bu  misilsiz  yanacağa  yiyələnmək  üçün 
planetin  bütün  guşələrində  olan  neft  yataqlarını  ələ  keçirməyə  can  atırdılar. 
Amerikalı  Son  Rokfellerin  «Standart  oyl»,  İngiltərədən  Henri  Deterdinqin 
rəhbərliyi altındakı «Royal Döyçe Şell»; fransızlardan yəhudi Rotşildin «Xəzər 
-Qara dəniz» və «Mazut», isveçli «Nobel qardaşları»nın sindikatları Bakıya can 
atırdılar. 
Əcnəbi  kapitalistlər  neft  sərvətinin  gələcəyini,  geoloji  əsaslar  üzrə 
öyrənərək  neft  çıxarma  qaydalarını  pis  bilən  bakılılardan  torpaqlarını  «baha» 
qiymətə  alırdılar.  Bununla  da  Abşeron  yarımadasının  tükənməz  sərvətinə 
yiyələnirdilər. 
Xarici  kapitalistlər  müsəlmanların  min  illərlə  ata-baba  yurdu  olan 
neftli  torpaqlarını  əllərindən  almaq  məqsədilə  o  yerləri  də  hərraca  qoymaq 
barədə  qərar  çıxartdırırdılar.  Əhməd  bəy  Ağayev  Peterburqa,  sonra  da  Tiflisə 
camaat tərəfindən nümayəndə gedib Bakı müsəlmanlarının ata-baba yurdu olan 
neft-mədən yerlərini əllərində saxlamağa nail olur. 
Təzə  kəşf  edilmiş  zəngin  neft  yataqlarındakı  torpaqları  müzaidəyə 
qoyub hasil olacaq gəliri xəzinəyə vermək əvəzinə tez-tez çarın fərmanı ilə, bu 
və  ya  digər  yüksək  rütbəli  məmurlara,  taxt-taca  yaxın  qraf,  knyaz  və  sair 
adamlara  bağışlanırdı,  onlar  da  bu  torpaqları  pullu  neftxudalara,  şirkətlərə  ya 
satır, ya da şərikli istismar etdirirdilər. Suraxanıdakı neftli torpağın çoxusu belə 
talan edilmişdi. 


53 
 
Balaxanı,  Sabunçu,  Ramana,  Bibiheybət,  Binəqədi  kəndlərində  yer 
üstündə böyük davalar düşürdü; bir-birini məhkəməyə verirdilər. Çar hökuməti 
belə  hadisələri  bəhanə  eləyir,  çox  yeri  dövlətin  ixtiyarına  verir,  ya  hərracda 
satdırır,  ya  da  çara  yaxın  adamların  adına  keçirtdirirdi.  Bunun  nəticəsində 
Qəfqaz  canişini  qraf  Voronsov-Daşkov  Balaxanı  kəndinin  ortasında  zəngin 
mədən sahibi olmuşdu. 
1905-ci  ildə  baş  vermiş  hadisələrlə  əlaqədar,  Qafqaz  canişini  Bakıya 
gəlir. Güman edirlər ki, yerlərdə vəziyyəti öyrənəcək, xeyirxah bir iş  görəcək. 
Lakin belə olmur, o, nə fəhlələrin ağır vəziyyətinə, nə onların iş şəraitinə, nə də 
şikayətçilərə  əhəmiyyət  verir,  birbaşa  Balaxanıya,  öz  şəxsi  mədəninə  gedir, 
vəziyyəti, nə qədər ziyan çəkdiyini öyrənib qayıdır, Tiflisə yola düşür. 
Bakıda  iki  cür  neft  sənayeçisi  vardı:  biri  mədən  və  zavod  yiyələri  - 
«neftxudalar»,  digəri  isə  «dirəkçilər».  Birincilər  hər  yerdə  məşhur  idilər. 
«Dirəkçilər»  isə  neftli  güman  edilən  torpaqları  zəbt  edir,  alır,  yə  da  icarəyə 
götürüb ortasına dirək basdırır, üstünə adını və həmin yerə nə vaxt yiyələndiyi 
tarixi yazırdı. «Dirəkçilər» çox zirək, işgüzar adamlar idi. 
Onlar      axtarış-kəşfiyyat    aparmırdılar,      quyu      qazdırmırdılar.  
Ortasında   dirək basdırılan   yerin sahəsi  kvadrat  şəklində  olardı.  «Dirəkçilər» 
birdən  əlli-altmış,  bəzən  daha  çox  torpaq  sahəsi  zəbt  etməyə  nail  olurdular. 
Ortasında dirək basdırılmış sahələrdən tək bircəsində neft əldə ediləndə, fontan 
vuranda,  ətrafdakı  torpaqların  qiyməti  birə  yüz  artardı.  «Dirəkçilər»  qərbi   
Abşeronda,  Qobustan  otlaqlarında,  Kür  ovalığında,  Xəzəryanı  düzənlikdə, 
Siyəzəndə,  Şamaxıda,  Gəncə    quberniyasında  -    Naftalanda          çoxlu  torpaq 
tutub, dirək basdırmışdılar. Mərkəzi və Şərqi Abşeronda dirəkçilərin işi o qədər 
də yaxşı getmirdi. Çünki  neftxudalar  yerlərə çoxdan  yiyələnmişdilər. 
Camaat  arasında  bir  də  belə  bir  inam  vardı  ki,  neft  olan  yerlərdə  ot, 
ağac,  kol-kos  bitməz.  Buna  görə  dirəkçilər,  adətən,  şoranlıq,  gölməçə,  daşlıq, 
qayalıq  yerləri  tuturdular.  Amma  təbiəti  gözəl  olan  Şimali  Qafqazda, 
Maykopda  zəngin  neft-qaz  yataqları  kəşf  ediləndən  sonra  bu  cür  mülahizələr 
yoxa çıxdı. 
Neftli torpaqlar üstündə tez-tez dava düşür, adam öldürülürdü. 
Məhkəmələrdə  yalançı  şahidlər  olurdu.  hakim  iddiaçıları,  üstündə 
dava  düşmüş  əraziyə  aparır,  adamları  dindirirdi.  Molla  əlindəki  Qurana 
şahidlərə  əl  basdırıb  and  içdirirdi.  Yalançı  şahid  Qurana  əl  basıb  belə  qəsəm 
edirdi:  «And  olsun  bu  Qurana,  ayaqlarımın  altında  olan  torpaq  iddiaçının  ata-
baba  torpağıdır».  Doğrudan  də  ayağının  altındakı,  əvvəlcədən  ayaqqabının 
içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı. 
Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi. 
Kasıb  adam  yerini  satanda  müştəriyə  deyirdi  ki,  xozeyin,  əgər  məni 
salacağın  mədəndə  gözətçi  götürəcəksənsə  sövdamız  baş  tutacaq.  Sahibkar 
razılaşırdı,  amma  bir  neçə  əydan  sonra  üstünə  şər  atıb  onu  mədəndən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə