Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   25   26   27   28   29   30   31   32   ...   110

60 
 
töküb  zibilliyə  tullayırdılar.  Həmin  adam  bir  daha  o  həndəvərdə  görünmürdü. 
Hətta  bir  neçə  zalım  müdir  və  mühəndisin  qollarını  bağlayıb,  üstünə  mazut 
töküb,  beş-altı  saat  şalbandan  asmışdılar,  heç  kəs,  nə  polis,  nə  jandarm  ona 
yaxınlaşmağa  cürət  etməmişdi. 
Fəhlələr  demokratik  fikirli,  vicdanlı,  xeyirxah,  bilikli,  bacarıqlı, 
xoşrəftar  mühəndislərdən  komitələrdə  sədr  seçər  və  konfranslara  nümayəndə 
göndərərdilər. 
Mədən  müdirləri,  mühəndislər,  inzibat-təsərrüfat  qulluqçuları, 
podratçılar  Sabunçu  və  Suraxanıya  kukuşkada  gedib-qayıdırdılar.  Yollarda 
maraqlı  söhbətlər  olurdu.  Birjada  pul  məzənnəsinin  artıb-azalması,  kimlərin 
iflas  olması,  bankı  kimin  yardığı,  şəhərə  təzə  rəqqasə  və  müğənni  gəlməsi, 
padşahlıqdan  təzə  fərmanlar,  fontan  və  yanğınlar,  mədən  alıb-satmaqdan, 
istiqrazdan, mülk alıb-satmaqdan, hərracdan, quyularda qəza baş verəndə neçə-
neçə fəhlələrin ölməyindən, ya şikəst olmağından, arvad almağından, qumarda 
uduzub-udmaqdan,  intihar  edənlərdən,  qoçuların  atışmasından,  alim  və 
mühəndislərdən,  yeni  texnikadan,  quyuları  su  basıb  neftin  yoxa  çıxmasından, 
quşbazlıqdan,  it  boğuşdurmaqdan,  qoç  və  xoruz  döyüşündən,  qəflətən  iflasa 
uğrayanların özünü öldürməyindən... 
Birdən  quyular  neft  əvəzinə  su  verməyə  başladıqda  buruq  ustaları 
suyun  qabağını  kəsib,  çarə  edə  bilmirdilər.  Sahibkarlar  başlarını  itirirdi, 
başlayırdılar belə mədənləri satmağa, özü də ucuz qiymətə, avadanlıqları ilə bir 
yerdə. 
Məşhur  geoloq  Qolubyatnikov  bu  dərdə  çarə  tapdı.  O,  1903-cü  ildən 
Abşeron  yarımadasının  və  neft  mədənlərinin  geologiyasını,  neft  saxlayan 
təbəqələrin xüsusiyyətini, neftin kimyəvi tərkibini, fiziki xassəsini, təbəqələrin 
şıltaqlığını  dərindən  öyrənmiş  və  xüsusi  neft  yataqları  geologiyası  elmi 
yaratmışdı.  Yeraltı təbəqələr üçün  xüsusi  xəritələr və  profillər tərtib eləmişdi. 
Həkim  xəstəliyi  təyin  edib,  diaqnoz  qoyduğu  kimi,  Qolubyatnikov  da  neft 
yatağında  baş  verən  dəyişiklikləri  müəyyən  edir,  qazma,  istismar  və  kəşfiyyat 
üçün  proqnoz  verirdi.  O,  quyuların  neft  əvəzinə  su  verməyinin  səbəblərini 
müəyyənləşdirib 
tədbir  görmüşdü.  Səbəblər  bunlar  idi:  «quyuların 
konstruksiyasının etibarsızlığı, güclü su təbəqələrinin yaxşı sementlənməməsi, 
bağlanmaması,  istismar  borularının  bərkidilməməsi  və  bunun  da  su  basqını 
üçün  sərbəst  şərait  yaratması...».  Onun  göstərişi  əsasında  yeraltı  su  mənbələri 
müəyyən edilib, sementlə bərkidildi; bununla da quyular təzədən neft verməyə 
başladı.  Mədənini  satanlar  peşman  oldular.  Mədən  və  neftli  yerlərin  qiyməti 
təzədən qalxdı. 
Acınacaqlı hal o idi ki, yerlilər xarici mütəxəssislərin qarşısında, xaric 
adı çəkiləndə səcdə edirdilər. Bu da böyük bir faciə idi. 
Xarici  kapital  Bakı  nefti  ilə  o  qədər  bərk  maraqlanırdı  ki,  əllərinə 
düşən geoloji, elmi, texniki məlumatı o saat dərc edirdilər; nəticədə paradoksal 


61 
 
vəziyyət  yaranırdı.  Abşeron  yarımadasının  və  Bibiheybət  yatağının 
Qolubyatnikov  tərəfindən  tərtib  edilmiş  ilk  geoloji  xəritələri  birinci  dəfə 
Rusiyada yox, Almaniyada çap edildi. 
Gəlir  verən  və  avamların  çox  olduğu  yerlərdə  fırıldaqçılar  həmişə 
özlərini  qabağa  verirdilər.  Çoxlu  yalançı    alim,    neftin    harada      gizləndiyini 
müəyyən  edən  «sehrkarlar»  kontorlara,  mədənlərə  soxulur  və  öz  «kömək» 
əllərini sahibkarlara uzatmağa  can atırdılar. Onları dilə   tutur, min bir   əfsanə 
deyirdilər.  Bunlardan      biri    də  Montvij-Montvil  adında          bir  «alim»  idi.  O, 
Bakıya  gəlib,  özünü  faydalı  filiz  axtaran  alim    kimi  qələmə  vermişdi.  Bu 
«mütəxəssis»  çox  mötəbər,  görkəmli,  iri  gövdəli,  gözəl  geyimli,  gözlərində 
sümük sağanaqlı eynək, əlində sehrli əsa gəzdirən bir qoca  idi. Bu adamın nə 
diplomu, nə də alim olması barədə heç bir sənəd yox idi. Özünün dediyinə görə 
əlindəki sehrli  əsa yer altında olan  neft, su, dəmir və sair faydalı  qazıntılardan  
xəbər verirdi. 
Montvij-Montvilə  təklif  edirlər  ki,        kabinetdə  olan  on  beş  qapalı 
qutudakı maddələri təyin etsə, ona  mühazirə oxumağa icazə verərlər; qoyulan 
şərt ilə razılaşır. 
Qutuları  salona  gətirirlər.  Onların  on  ikisində  başqa-başqa  süxur 
parçaları, dörd butulkada isə neft və su varmış; iki qutu isə bomboş imiş. 
Montvij-Montvil sehrli əsasını xeyli oynadandan sonra butulkalardakı 
neft,  su  və  süxurların  qızıl,  boş  qutuda  isə  ağır  maddə,  çox  güman  ki,  dəmir 
olduğunu söyləyir. Cəmiyyətin sədri qutuları açıb içərisindəki şeyləri «alim»ə 
göstərib deyir: «elm şüma məlum şüd» - «Elminiz məlum oldu». 
Amma buna baxmayaraq Montvij-Montvil bəzi adamların «qulaqlarını 
kəsib» xeyli pul ala bilmişdi. 
Müxtəlif  millətlərdən  olan  var  sahibləri  bu  şəhərə  gəlib  çoxlu 
müəssisə  və  kontor  açmışdılar.  Özləri  də  diqqəti  cəlb  etmək,  adamları 
şirnikdirmək  məqsədilə  kontorları  təmtəraqlı  düzəldər,  bahalı  mebellər  qoyar, 
pəncərələrdən  və  qapılardan  güllü  xara,  məxmər,  yun  pərdələr,  tavandan 
çilçıraqlar asar, döşəməyə gözəl xalçalar salardılar. Sarışın saçlı qızları, cavan 
qadınları katibə, makinaçı və kargüzar təyin edərdilər. 
İşgüzar  adamlar  pulu  təkcə  mədən  salmaq,  zavod  tikməklə 
qazanmırdılar.  Onlar  çox  vaxt  ziyan  da  gətirə  bilərdi,  mədəni,  zavodu 
düşmənçilikdən, paxıllıqdan yandırar, avadanlığı korlaya bilərdilər... 
Başqalarının  çıxardığı  nefti  ucuz  alıb  baha  satmaq,  birja  oyunlarında 
iştirak  etmək,  torpaq  və  sairə  şeylərin  ticarətilə  daha  asan  varlanmaq  olardı. 
Min  bir  yolla  pul  qazanmaq  adətə  keçmişdi.  Şirkət  düzəldib  payçıların  pulları 
ilə  milyona  sahib  olanlar  da  vardı.  Çoxları  -  Mantaşevlər,  Dadaşovlar  və 
sairləri nüfuzları ilə alış-veriş edirdi; onların familiyası, adı siyahıda olanda iş 
yağ kimi gedirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə