208
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını. (92, 54).
Bütün bunlar və bu kimi faktlar ozandan aşığa gəlişin keçidinin
dərvişlə, təkyə ilə, sufi ocaqları ilə birbaşa bağlılığını
təsdiqləmək gücündə görünmür. Təkrar edirik, əlbəttə təkyə ilə
aşığın arasına elə də ciddi sədlər çəkmək də mümkün deyildir,
ancaq mübahisəli görünən ozandan aşığa gəlişin yolunda
təkyələrin aparıcı funksiyası, aşığın təkyələrə bağlanması
hadisəsidir. Vaqifə gələn yolda bu iki xətt; həm ozanlıq /
aşıqlıq, həm də təkyələr ciddi fakt və təsir bolluğu ilə müşahidə
olunur. XVIII əsr Azərbaycan poeziyası bir mərhələ olaraq öz
qaynağını bu iki xətdən alır və hər iki xətt də özlüyündə xalqın
olan kimi, onun ruhuna, milli düşüncəsinə biçilmiş və onu
ifadəyə köklənmişdir. Burada müəyyən məqamlarda siyasi
hakimiyyətlə yaxınlaşmaq, ağır dönəmlərdə bir nöqtədən çıxış
etmək düşüncəsi olsa da, daha çox və bəlkə də bütün mahiyyəti
ilə xalqı ifadəyə köklənmişdi. Yunis Əmrədən bir nümunəyə
diqqət yetirək.
Yenə seyr eylədi könlüm,
Dostun camalın arzular.
Hicrinə qatlanmaz daha,
Dostun camalın arzular.
Hər kim uğrasa bu dərdə,
Tapar o himməti ərdə,
Açılınca gizli pərdə
Dostun camalın arzular. (40, 113)
Aydınlıq üçün bir başqa nümunəyə də diqqət yetirək:
209
Bir qaydada qalmayaq gəl,
Gəl dosta gedək, gəl, könül!
Həsrət ilə ölməyək gəl,
Gəl dosta gedək, gəl, könül!
Gəl biz gedək can durmamış,
Surət tərkini vurmamış,
Araya düşmən girməmiş,
Gəl dosta gedək, gəl, könül! (40, 75).
Şah İ.Xətai yaradıcılığından bir nümunəyə diqqət yetirək
və Yasəvi / Əmrə / Xətai xəttində texnoloji təfəkkürün inkişaf
sxemlərində sabitləşmənin özünü göstərdiyi bir fakt kimi
müşahidə olunur.
Gəl, könül, incimə bizdən,
Qalsın, könül, yol qalmasın!
Əvvəl-axır yol qədimdir,
Qalsın, könül, yol qalmasın!
Bağçada açılan güldir,
Mənayi söyləyən dildir,
Pəs, əzəldən qədim yoldir,
Qalsın, könül, yol qalmasın! (84, 28).
Göründüyü kimi, orta əsrlərin dərinliklərindən gələn
dərvişliyin ortaya qoyduğu sistem türklük müstəvisində çıxış
etməklə öz qaynağını etnosa, onun yaddaşında olan kanonik
sxemlərə bağlayır. Təkyələrdən, zaviyələrdən gələnlər ilahi
bilgilərdən, əxlaqi-mənəvi zənginlikdən çıxış etməklə bir
210
istiqamətdə toplumun sabahına sahiblik missiyasını yerinə
yetirirdilər. M.P.Vaqifə bədii düşüncənin rəngarəngliyi müstə-
visində əriş-arğac yollar gəlir. Bu yolların ən güclü qaynağı
ozandan, aşıqdan gələnlərdi ki, bu da böyük sənətkarı bütün
yaradıcılığı boyu izləmiş və onu zirvələrə, Azərbaycan şerinin
intibahını müəyyənləşdirən statusa gətirib çıxarmışdır. Çünki
göz açdığı yurd yerləri Vaqifin könlünü sazla dinləndirmiş,
onun ruhuna isti, həlim bir qılıq qatmışdır. Qazaxda coşub-
çağlayan könül rübabı Qarabağda əlçatmazlıqlara ucalmışdır.
Ə.Abid bir məsələni xüsusi vurğulayaraq yazır: “Əruz
vəzni saray ətrafında vücuda gələn bütün mənzum məhsullara
zəminə olurkən, heca vəzni də çadır ədəbiyyatı sahəsində
qiyməti azalmağa üz tutmaqla bərabər, kendi təbii seyrində
davam edirdi; hətta bu vaxta qədər əvami və təşkilatsız bir
tərzdə irəlilərkən əruzun sarayına müqbil özünə təkyəyi
müdafiə mərkəzi bulmuşdu” (1, 153). Bütün təfsilat və
mahiyyətin aydınlığı buradadır, yəni hecanın imkişaf taleyi,
genetikası ilə əlaqədar söylənən mübahisələrin, fikir
ayrılıqlarının mənbəyi və dolaşıqlıq nöqtəsinin başlanğıcıdır.
Ona görə də mübahisələrin, ziddiyyətlərin də elə başlanğıc
qaynağı buradır. İslamın gəlişi və saray mühitində baş verən
əruz vəzni ilə bağlı proseslər, üstəgəl ərəb və fars dilində
yazmaya zorlanma, sarayların ali təbəqəsi, hökmdardan tutmuş
çevrəsindəkilərə qədər güclü bir axının meydana gəlməsini
şərtləndirdi. Bu ana dilindən kənar olanlar və milli düşüncənin
bu və ya digər dərəcədə sarsıdılmasına yönəlmiş proseslər idi
ki, uzun müddət intibah hadisəsi olaraq özünü göstərdi.
Başlanğıcından böyük ideoloji və mədəni sistemin ortaya
qoyulmasına istiqamət verdi, fundamental islam mədəniyyəti,
islami dəyərlər sistemini formalaşdırdı. Bəşər sivilizasiyasına
211
uzun əsrlər boyu xidmət edəcək və faydalı olacaq siyasi,
ideoloji, bədii-estetik bir layın dinamik hərəkatına istiqamət
verdi. Saray mühiti bu zənginliyə sahiblik etdi və bir missiya
olaraq onun inkişafının qayğısında durdu. Belə olan halda,
ziddiyyətlərin, gərginliklərin, bir qədər də mədəniyyətlərin
toqquşmasına heca vəzni ilə olanların, Ə.Abidin təbirilə desək
“çadır ədəbiyyatı”nın böhranı, enişi başladı və bu tənəzzül
prosesi kimi göründü. Təkyələr isə mövcud şəraitdə bundan
daha çox yararlanmaqla böyük çoxluğu özününküləşdirmək
yolunu tutdu, Saray şəraitində və onun çevrəsində parlayan
mədəniyyətə alternativ olacaq daha əski layın, doğma olanın
oyanışına üstünlük verdilər. “İnsan məzhəbi”ndə olan
müxtəlifliklərlə, bəzən xalqla siyasi hakimiyyət arasında
vasitəçi, bəzən də başdan-başa əks mövqe nümayiş etdirməklə
pozulmuş nizamın bərpasına başladılar. “Çadır ədəbiyyatı”
burada başlıca təsir faktı oldu və milyonların mənəvi
ehtiyacının təminatçısı kimi göründü. Daha dəqiq desək,
təkyələr bundan yararlanmaqla özünün oyanışına, hərəkatın
uğurlarına əsas oldu. Ozandan, etnos düşüncəsindən gələnlərin,
qəlibləşmiş mədəniyyət formullarının yeni müstəviyə daxil
olması və güclü bir axına çevrilməsi halı yaşandı. Vaqif bu
xətdə intibah hadisəsi olaraq bir toplum kimi hamısını özündən
(daha doğrusu içindən) keçirdi. Ə.Yasəvi, Yunis Əmrə, Şah
Xətai, M.Əmmani xəttində olanlara, daha çox isə Dədə
Qorqud, Qurbani, Abbas Tufarqanlı xəttinə üstünlük verməklə
M.Füzulidən sonra klassik üslubun yaşadığı böhranı
dərinləşdirdi, bir qədər də dəqiq desək klassik ədəbiyyata
böhran yaşatdı və yeni bir intibahın, milli yaddaşın daha dərin
qatlarında olanların intibahına çevrildi. Gəlinən nəticə, reallıq
Dostları ilə paylaş: |