258
formal elementlər məzmun yaratmada iştirak etmir, onu həm
də fonopoetik, morfopoetik, sintaktik fiqurlar şərtləndirir.
“Keçən işdən mərd igidlər pozulmaz”, “atalar deyibdir:
“tökülən dolmaz”, “qatıq üçün qışda ağlamaq olmaz” sırf
həyati reallığa, Vaqif zamanının, eləcə də etnosun məişət
tərzinin olacaqlarına hesablanır və qaynağını da oradan alır.
“İnşallah, gələr bahar, ağlarsan” qənaəti bir bütöv düşüncəni,
həyati reallığını özündə işarələyir. Əlbəttə, Vaqif / Vidadi
romantikasından, çox az-az və çətinliklə seziləcək yumor
duyğusundan bu müşairə müstəvisində davamlı şəkildə danış-
maq mümkünsüzdü. Burada doxsan iki bəndin verdiyi infor-
masiyanı konkret elmi-nəzəri sferanın bilgiləri müstəvisində
təhlilə gətirmək özü bir tədqiqat işidir. İki böyük sənətkarın
müşairəsində olanlar təkcə onlar səviyyəsində ədəbi-mədəni
sferanı aydınlaşdırmaq üçün əsas etmir burada bütünlükdə
XVIII əsr səviyyəsində olanlar ortaya qoyulur və onların
müəyyənliyi üçün isə sistemli mühakimələr yürütmək gərəyi
yaranır.
a) elat səviyyəsində olanların
dinamik hərəkətliliyi;
b) folklor yaddaşından gələn düşüncə arxetiplərin
görünüşü;
c) türk mifologiyasında özünü göstərən təsəvvürlərin
mətndə qorunuşu;
ç)
islam mifologiyasndan gələnlər;
d) əfsanəvi, tarixi hadisə və əhvalatların burada veril-
məsinin
mahiyyəti;
e) aşıq yaradıcılığından gələn formanın (deyişmə) janr
məzmunu və s.
Akademik İsa Həbibbəyli “Erkən yeni dövr Azərbaycan
ədəbiyyatının görkəmli yaradıcısı” adı məqaləsində böyük