261
və düşüncə hadisəsidir. Onlar dünyagörüş, həyat hadisələrinə
münasibət baxımından bir-birilə nə qədər ayrılsalar da, lakin alt
qatda eyni mənzərəni, qənaəti sərgiləyirlər. Biri digərini
bütövlük anlamında tamamlayır. Həyatın bütün ağrılarını,
iztirablarını keçmiş və dərk etmiş Vidadi son anda Vaqifin də
eyni sonluğa, qənaətlərə çıxacağını söyləyir; əslində belə də
olur, Qarabağ xanlığında baş verən daxili gərginliklər, eləcə də
Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu onu həyatın
məşəqqətlərlə dolu olması qənaətinə gətirib çıxarır. Əslində
“bayram oldu heç bilmirəm neyləyim”lə Vaqif həyatın sərt
üzünün nə demək olduğunu yaxşı bilirdi. Elə “toy-bayramdır
bu dünyanın əzəli” deməsində də həmin yaşantılar, ruzigarın
sərt üzünün olması sezilir. M.P.Vaqif “bayram oldu heç
bilmirəm neyləyim”dən və “toy bayramdır bu dünyanın əzəli”
qənaətində “Görmədim”ə gəlir. Yoxsa belə bir şedevrin
yazılması mümkünsüz idi, dünyanı-yorub yola salmış Vidadi
ilə müşairəsində, eləcə də yaradıcılığının böyük bir hissəsində
şən, şux görünən Vaqif “Bax” qəzəli ilə və “Görmədim”
müxəmməsi ilə daha bir istiqaməti müəyyənləşdirir, istedadının
nə qədər əzəmətli və əlçatmaz olduğunu bir daha nümayiş
etdirir.
“Durnalar”. Vaqif və Vidadi yaxınlığında “Durnalar”
xüsusi bir hadisədir. Bu şeirlər poetik sistemi, fonopoetik,
morfopoetik məzmunu, sintaktik fiqurların sxemlərinin
məzmunyaratmada xüsusi fərqlənməsi ilə seçilir. Vidadi -
Vaqif yaradıcılığında olanlar onların yaxınlığını, birinin
digərini
tamamlamasını,
F.Köçərli
demişkən
əqrəbə
olmasından ta ruhi yaxınlıqlarına qədər bir sıra məsələlərə
diqqət yetirməklə poeziya müstəvisində düşüncələrimizi
262
aydınlaşdırmağa imkan yaradır. Bu yolun Vaqifə qədərki
mərhələləri böyük ziqzaqlarla, şifahi və yazılı düşüncədən
gələnlərin yaxınlaşma və ayrılmaları ilə müşahidə olunur.
Vidadidə olan başlanğıc Vaqifdə yeni sferaya daxil olur. Öz
qaynağını aşıq poeziyasından, elat həyat qayğılarından götürən
mənəviyyat kodları yazı düşüncəsində XVIII əsrdə Vidadi ilə
dolğunlaşır və onun yeni mərhələ fenomenini ortaya qoyan
Vaqifi ədəbi-mədəni arenaya təqdim edir. Ona görə də ümumi
tərəflərdən əlavə məsələyə konkret nümunələr əsasında diqqət
yetirmək bir zərurət kimi görünür.
“Durnalar”ın poetik sistemi, və müraciət forması kimi
yazılı ədəbiyyatda bir bütöv olaraq görünüşü bu iki böyük
sənətkarın adı ilə bağlıdır. Lakin şifahi ədəbiyyatda,
dastanlarımızda, xalq şeirində, bayatılarda, nəğmələrdə bu
kifayət qədər özünə yer alır. Hamısında da etiraf edək ki,
özlüyündə qəribliyi, ayrılığı, həsrəti, vətən, yurd intizarını
işarələyir. Məsələn, Azərbaycan xalqının dünya şöhrətli
“Koroğlu” dastanında şeirin söyləndiyi, daha doğrusu dastanda
yer aldığı məqam tipik bir vəziyyəti işarələyir. “Eyvazın
Çənlibelə gətirilməsi” qolunda oxuyuruq: “Koroğluya yalqızlıq
əl verdi. Çənlibel, dəlilər yadında düşdü. Bu ağır vaxtda onları
yanında görmək istəyirdi. Bir də baxdı ki, budur, Çənlibel
tərəfdən bir dəstə durna gəlir. Ürəyi qubar elədi. Sazı döşünə
basdı, aldı görək nə dedi.
Göydən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?
263
Söhbət olurdu sazınnan,
Ördək olurdu qazınan.
Neçə incəbel qızınnan,
Tuti dillər yerindəmi?...
Koroğlu fikirləşdi ki: - “Yol elə bu uçurumdandır” (59,
116-117). Klassik nümunədir, dastan mətni bizə qəhrəmanın
düşdüyü ağır vəziyyət, müşküllər anlamında qəhrəmanın
narahatçılığını, ürəyinin qübar etməsini çatdırır. Mahiyyətində
olan isə real vəziyyət və Çənlibel tərəfdən durna gəlişidir. Real
vəziyyət ümumi mənzərəni, qəhrəmanın həyacanını ortaya
qoyur, çünki bir tərəf uçurum, getmək mümkün deyil, digər
tərəfdə isə Ərəb Reyhan yolu kəsmişdir. Söyləyici təhkiyəsi
bütün təfsilatı ilə Qoç Koroğlunun iç dünyasını aydınlaşdırır.
Bədii mətn nəzm və nəsrin qovuşuğunda bütövləşir. “Əsli və
Kərəm”, “Əmrah” və s. dastanlarda da durnaya müraciətlə
deyilmiş nümunələr vardır. Dastan mətnlərinə diqqət yetirdikdə
“Əsli və Kərəm”də də durnalara müraciətin eyni anda,
psixoloji məqamın gərginliyində baş verdiyini görürük.
Məsələn, “Əsli və Kərəmdə oxuyuruq. “Kərəm durnaları görən
kimi sazını sinəsinə basıb, görək durnalardan nə xəbər aldı:
Qatar-qatar göy üzündə süzürsüz,
Əylən, durnam, əylən, xəbər sorayım.
Bizim yurddan nə xəbərlər bilirsiz?
Əylən, durnam, əylən, xəbər sorayım.
Bizim yerdə sərin bulaq axarmı?
Yaz gələndə bənövşələr qoxarmı?
Alagözlüm seyrangaha çıxarmı?
Əylən, durnam, əylən, xəbər sorayım.
264
Dərdli Kərəm deyər, hardan gələrsiz?
Xan Əslimin yerin, yurdun bilərsiz,
Görsəz, ona məndən salam deyərsiz,
Əylən, durnam, əylən, xəbər sorayım. (15, 92).
Göründüyü kimi, bu şeir nümunəsi də “Koroğlu” dastanın-
dakı Koroğlunun Ərəb Reyhanla qarşılaşması vəziyyətindədir.
Daha doğrusu, ruhu, məzmunu etibarilə eynitiplidir. Kərəm də
sevgilisinin arxasınca gedir və olduqca ağır anlar yaşayır, onun
iztirablarının əzabını daşıyır. El-el, oba-oba gəzib Əslini axtarır
və bir tərəfdə el ayrılığı, digər tərəfdə sevgi uğursuzluğu, bütün
bunlar semantik məzmunda durnaların köçü ilə həmahənglik
təşkil edir. Dastanda vurğulanır: “Kərəm sözün tamam elədi.
Baxdı ki, durnalar hey dalbadal gedir, Sofiyə dedi:
- Sofi lələ, görürsənmi, bu durnalar bizim ellərə gedirlər.
Qoy bunlarla elimizə bir xəbər göndərim.
Kərəm bunu deyib, sazını basdı sinəsinə, telləri dilləndirdi,
aldı görək nə dedi:
Durnam, gedər olsan bizim ellərə,
Yaxşı söylə başdan keçən halları.
Qohum-qardaş, dost, müsahib olanlar
Bundan sonra gözləməsin yolları (15, 92).
M.V.Vidadinin, M.P.Vaqifin də durnalara müraciəti eyni
sistemin hadisəsi olaraq ciddi mahiyyətə köklənir. Burada həm
də dövrün özünün problemlərindən doğan və durnaların köçü
ilə simvollaşan, yəni onun ahənginə dayanan stixial məqamlar
vardır. Durnalardakı metaforik məzmun informasiyası
bütünlükdə Şərq ədəbiyyatında, türk xalqlarının şifahi
Dostları ilə paylaş: |