Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

 
292 
uyğun səviyyədə müxtəlif formalarda çatdırırdı. Və M.Füzulidə 
M.V.Vidadi  kimi  bədii  estetik  düşüncənin  həyat  həqiqətini 
ifadəsi  gördümlə  reallaşır.  M.Füzuli,  M.V.Vidadinin  “Gör-
düm”ü ilə Vaqifin “Görmədim”i bütün parametrləri ilə Əhməd 
Yügnəklinin “itmiş insanlığın parlaq gövhərinə” dayanır. 
 
Vəfa hər kimsədən istədim, ondan cəfa gördüm, 
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm. 
 
Kimə kim, dərdimi zihar qıldım istəyib dərman, 
Özümdən həmbetər bir dərdə onu mübtəla gördüm. 
 
Mükəddər xatirimdən qılmadı bir kimsə ğəm dəfin, 
Səfadan dəm uran həmdəmləri əhli riya gördüm. (52, 115). 
 
M.Füzulinin,  M.V.Vidadinin  “Gördüm”lə  ortaya  qoyduğu 
bədii  estetik  dünyagörüş  M.P.Vaqifdə  “Görmədim”lə  daha 
sxematik,  məzmunlu  və  yeni  bədii-estetik  əxzetmə  ilə  qəti-
ləşdirilir.  M.Füzuli  və  M.V.Vidadi  gördüklərini  “Gördüm”də 
qəzəl  formatında,  Vaqif  isə  “Görmədim”də  müxəmməsdə 
ümumiləşdirir. “Görmədim”in digər bir klassik nümunəsi XIX 
əsr  aşıq  poeziyasının  görkəmli  nümayəndəsi  Dədə  Ələsgərdə 
fakta çevrilir. 
 
Bivəfanın, müxənnəsin, nakəsin, 
Doğru sözün, düz ilqarın görmədim. 
Namərdi özümə mən dost eylədim
Namusun, qeyrətin, arın görmədim. 
 
Namərdi özümə mən dost eylədim, 
Yolunda canıma çox qəsd eylədim, 


 
293 
Söyüddən bağ saldım peyvəst eylədim, 
Almasın, heyvasın, narın görmədim. 
 
...Ələsgər elmində olma nəbaləd
Doğru söylə, sözün çıxmasın qələt, 
Şahiddə iman yox, bəydə ədalət, 
Alimlərin düz bazarın görmədim. (8, 211). 
 
XX  əsr  Azərbaycan  ədəbiyyatının  istedadlı  nümayəndə-
lərindən olan H.Cavidin “Görmədim”i də öz məzmunu və ruhu 
etibari  ilə  bu  sırada  dayanır  və  bir  tərəfdən  M.Füzulinin  ruhu 
ilə səsləşirsə, digər tərəfdən Vaqifə bağlanır.  
 
Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir, 
Hər səadət ruhu oqşar pək sönük bir şölədir, 
Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir... 
Görmədim, əsla bəladan başqa bir şey görmədim. (21, 69) 
 
Bədii-estetik  düşüncənin  Vaqif  normativləri  bir  xətdə  və 
həm  də  daha  güclü  olan  tərəf  kimi  ozan  /  aşıq  təsəvvüründə 
olanlara bağlanır və demək olar cövhərini də oradan alır. Ona 
görə də Vidadi və Vaqif yaradıcılığının estetik siması təbii ki, 
bu  və  ya  digər  şəkildə  nə  qədər  yazıda  yaşansa  da,  şifahi 
düşüncədə  aşıqda  təkrarlanır,  ki,  bu  da  qaçılmazdır.  Əksinə, 
təbii  olan,  genetik  xarakterli  təkrarlanandır.  Ədəbiyyatşünas 
Y.Babayev  yazır:  “Görmədim”  yalnız  Molla  Pənah  yaradıcı-
lığının deyil, ümumiyyətlə, ədəbi fikir tarixində bəşərin şərinə, 
insani  cəmiyyətlərə,  ictimai  varlığın  eybəcərliklərinə,  naqis 
insan  ehtiraslarına,  nəfsi  istək  və  əməllərə  qarşı  yazılmış  ən 
kəskin  ittiham  şeirlərindəndir,  ictimai  lirikanın  dəyərli 


 
294 
örnəklərindəndir.  Müxəmməs  əruz  vəzninin  rəməl  bəhrində 
yazılmışdır.  Burada  sanki  müəllif  yalnız  bütün  sosial  gerçək-
likdən  deyil,  öz  yaradıcılığından,  ömrü  boyu  yazdıqlarından, 
orada təbliğ və təlqin etdiyi  fikirlərdən də imtina edir. Həyatı 
boyu  vəsf  etdiyi  insan  gözəlliyindən  yox,  insan  şərindən  və 
eybəcərliyindən    söhbət  açır.  Bunun  səbəbi  sənətkarın  bədii 
məntiqlə əsaslandırdığı deyimlərdə, reallığı şübhə doğurmayan 
bəyanlarda özünün parlaq poetik təcəssümünü tapır” (17, 732). 
M.P.Vaqifin  parlaq  poetik  düşüncəsi  özünəqədərki  ədəbiyyat 
fonunda  intibah  mədəniyyətini  səciyyələndirir  və  bu 
mədəniyyət  bir  xətdə  XIX  əsrdə  Aşıq  Ələsgərlə  özünün  ən 
yüksək  mərhələsini  yaşayırsa,  digər  müstəvidə  S.Vurğun 
istedadı  ilə  bütövləşir  və  bədii  düşüncənin  əlahiddəliyini, 
qadirliyini,  Vaqif  bədii-estetik  idealının  hara  yönləndiyini  və 
hesablandığını  aydınlaşdırır.  Akademik  İ.Həbibbəyli  yazır: 
“XVIII  əsrdə  Molla  Pənah  Vaqif  yazılı  ədəbiyyatda  Azərbay-
can  şeirinin  Qurbanisi    missiyasını  həyata  keçirmişdir.  Molla 
Pənah  Vaqif  Azərbaycanda  ədəbiyyatın  inkişafında  xüsusi 
mərhələyə  çevrilmiş  romantik  şeirdən  realist  tərənnümə    qəti 
keçidin  banisidir”  (45,  4).  Doğurdan  da,  Vaqif  şeirinin 
mahiyyətində    bir  istiqamətdə,  özü  də  ən  zor  olan  səviyyədə, 
Qurbanidən  (sazdan)  gələnlərin  missiyasını  uğurla  həyata 
keçirmək və  yazılı  ədəbiyyatda bu xəttin  gəlişini təmin  etmək 
dayanır.    “Son  şeirləri  adı”  ilə  vurğulanan  və  ədəbi  yaddaşda 
qəlibləşən “Görmədim”, “Bax” Vaqif realizminin özünəməxsus 
izharıdır.  İ.Həbibbəyli  bir  məqamı  da  xüsusi  olaraq  diqqət 
mərkəzinə  çatdırır:  “Molla  Pənah  Vaqif  Azərbaycan  şeirinin 
yolunu  qəzəl-qəsidə  ənənəsindən  qoşma-gəraylı  istiqamətinə 
çevirmişdir.  Vaqif  həm  də  qoşma  və  gəraylı  janrlarında  
Azərbaycan  şeirinin  qızıl  fondunu  təşkil  edən  nadir  poetik 


 
295 
örnəklərin müəllifidir. Bu gün də Vaqifin qoşmaları və gəray-
lıları  həmin  janrda  yazılmış  ən  mükəmməl  şeir  nümunələri 
hesab edilir. 
Fikrimizcə,  təkcə  ömrünün  son  anlarında  yazdığı  üçün 
yox, özünün mühüm ideya-bədii xüsusiyyətləri və dərin ictimai 
məzmunu  etibarilə  “Görmədim”    müxəmməsi  Molla  Pənah 
Vaqif  yaradıcılığının  zirvəsidir.  Bu,    “Bayram  oldu”  ilə 
başlanan,  “Hayıf  ki,  yoxdur”la  inkişaf  etdirilən  Vaqif 
realizminin  kulminasiya  nöqtəsidir.  Vaqifin  “Görmədim” 
müxəmməsi  XVIII  əsr  Azərbaycan  şeirinin  dövrə,  zamana 
haray  səsi,  sərt  ittihamnaməsidir.  Bu  zamanı  silkələyə  bilən 
nadir  şeir  nümunəsidir”  (45,  4).)..Fikrimizcə,  “Görmədim” 
təkcə XVIII əsr səviyyəsində deyil, M.P.Vaqifin XVIII əsrdən 
bütün  zamanlara  yönələn  harayı,  ittihamnaməsidir.  XVIII  əsr 
Azərbaycan şeirinin zirvəsidir. 
 
Müxtəsər kim, belə dünyadan gərək etmək həzər, 
Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər
Alilər xaki-məzəllətdə, dənilər mötəbər, 
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər
İşlənən işlərdə əhkami ləyaqət görmədim. 
 
Dövlətü iqbalü malın axırın gördüm tamam, 
Həşmətü cahü cəlalın axırın gördüm tamam, 
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam, 
Başadək bir hüsnü-surət, qəddü qamət görmədim.  
(89, 174). 
 
M.P.Vaqif,  doğurdan  da,  “tərənnümçüdən  təqlidçiyə, 
mədhiyyəçidən ifaçıya çevrilir... Aliləri (ağıl, mərifət və kamal 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə