Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

 
288 
gələcək, o zaman vəziriniz olan Vaqif  ya sizi öldürəcək və ya 
yainki tutub İbrahim xana təslim edəcəkdir... Səayət edənlər ilə 
Məhəmməd  bəyin  fikri  bir  çıxdı.  Üç  ildən  bəri    cürbəcür 
fəlakətlər  və  dürlü-dürlü,  növbənöv  hadisələr  və  faciələrin 
şahidi-möhtəşəmi  olan  Vaqif ən yaxın  rəfiq və əhbabını, hətta 
rəfiqeyi-həyatını  böylə  bivəfa  və  xain  görərkən  üstüörtülü 
olaraq bu son şeirini söyləyir. Artıq Vaqif hər şeydən və hətta 
həyatından da məyus idi” (74, 65-66). “Fövqəladə  aqil, sadiq 
və siyasi bir şəxs” olan Vaqifin  belə bir fəlakətlə qarşılaşması 
heç şübhəsiz onun “son şeirini” yazmasını zəruriləşdirmişdir: 
 
Alimü cahil, müridü mürşidü şagirdü pir
Nəfsi-əmmarə əlində sərbasər olmuş əsir, 
Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir, 
Şeyxlər, şəyyadü-abidlər abusən qəmtərir, 
Heç kəsdə həqqə layiq bir ibadət görmədim. (89, 173) 
 
S.Mümtaz  bütün  olanlar  baxımından  onun  qeyri-adiliyini, 
şəxsiyyətini bir bütöv olaraq səciyyələndirir. Və vurğulayır ki, 
“ərəbcə,  farsca  dərin  bir  məlumat  və  fövqəladə  bir  istedada 
malik  olan  bu  nadir  sima  vəzir    olduğu  halda  yenə  elə,  xalqa 
yanaşmış  və  şeirlərini  də  tamamilə  öz  doğma  ləhcəsində 
söyləmişdir. Cavanşir sarayı  Vaqifi deyil, bərəks, Vaqif sarayı 
mənimsəmiş    və  dilimizə,  ədəbiyyatımıza  da  çox  böyük 
xidmətlər  göstərmişdir.  “Lisani-rəsmi”si    farsca  olan  İbrahim 
xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq  
o dolə və o ədəbiyyata  öz əsrində  fayiq gələn böyük Vaqifin 
şeirləri  o  qədər  rəvan,  sadə  və  o  qədər  şirindir  ki,  insan 
oxumaqla doymur. Bütün kitabı birdən götürüb  başına çəkmək 
və içmək istəyir.  Vaqif tam mənası ilə el şairi olaraq, həm də 


 
289 
mücəddəddir.  Bu  münasibətlə  də  nəzərimizdə  Vaqifin  qayət 
böyük dəyəri vardır”. (74, 68). Göründüyü kimi, ərəbcə, farsca 
dərin bir istedad sahibi olan Vaqifin həm də nadir bir şəxsiyyət 
kimi,  diqqəti  cəlb  edən  qabiliyyətlərindən  birisi  “lisani-
rəsmisi”  farsca  olan  Qarabağ  xanlığına  təsir  gücüdür.  Bütün 
bunlar,  əlbəttə,  bir  istiqamətdə  hakimiyyət  iddiasında  olan 
Məhəmməd  bəy  üçün  təhlükə  idi.  Vaqifin  doğma  ləhcəsinin 
imkanlılığı onun şair istedadı ilə reallaşmışdır. “Görmədim”də 
də  bu    imkanlar  məhz  klassik  səviyyəyə  qalxır  bəlkə  də  son 
zirvə akkordlarını nümayiş etdirir. 
 “Görmədim”i  Vaqif  yaradıcılığının  inçilərindən  sayan  
A.Dadaşzadə  yazır:  “Görmədim”  şeirində  ifadə  olunan,  üzə 
çıxan  etiraz,  nifrət  o  qədər  möhtəşəm  və  güclüdür  ki,    onu 
yalnız  şəxsi  həyatdakı    müvəffəqiyyətsizliklərlə  əlaqələndir-
mək  qeyri-mümkündür”  (33,  122-  123).  Bu  cür  düşünmək, 
doğurdan  da,  Vaqif  haqqında  birtərəfliliyə  yol  verməkdi. 
Vaqifin  yaradıcılığında  olan  əzəmət,  ucalıq  və  qeyri-adilik 
onun  bütün  müstəvilərdə  əlçatmazlığını  göstərən  faktlardır. 
“Görmədim” kimi möhtəşəm sənət abidəsinin hansısa təsadüflə 
və  şəxsi  olanla  bağlanması  düzgün  deyildir.  Biz  bütün 
yazılanlarda  şəxsi  olani  bir  xətt,  səbəb  kimi  götürə  və  düşünə 
bilərik,  ancaq  əsas  hesab  edə  bilmərik.  Orada  ciddi  siyasi, 
ictimai,  tarixi  məsələlər  qovuşur,  və  “Görmədim”  min  illər 
boyu olanların nəticəsi kimi püsgürür. Vaqif bütün həyatı boyu 
heç  nəyə  biganəlik  göstərməmişdir  və  şeirlərində  bu  alt  qatda 
görünən  aydınlaşmalı  məsələdir.  “Görmədim”ə  qədər  də  heç 
şübhəsiz  bu  tip  nümunələr  yazmışdır,  ancaq  təəssüf  ki, 
S.Mümtaz  demişkən  “Divan”ı,  yaxud  da  “Divanları”  məlum 
hadisədən  sonra  yandırıldığı  üçün  bizə  gəlib  çatmamışdır. 
“Görmədim” müxəmməsi sübut edir ki, Vaqif  həıyatın qarşıya 


 
290 
qoyduğu  məsələləri  bütün  dərinliyi  ilə  görmüş,    onlarla 
maraqlanmış  və  onlara  münasibətdə  yüksək  ictimai-fəlsəfi 
ümumiləşdirmə dərəcəsinə qalxa bilmişdir. 
Vaqifin  mütləq  ictimai  məzmunlu  şeirlər  yazdığı,  lakin 
onların əlimizə gəlib çatmadığı, itib-batdığı əqidəsində olanlar 
vardır”  (33,  123).  Biz  də  həmin  qənaətdə  olanlardanıq  və 
birdən-birə  belə  bir  möhtəşəm  sənət  abidəsinin  meydana 
çıxması təsadüfdən, hansısa şəxsi olandan çox uzaqdır. Bir də 
ki,  Vaqifin  hansısa  təsadüfə  şeir  yazacağı  elə  də  inandırıcı 
görünmür. Özü də “dönə-dönə imtahan etdim fələk dövranını” 
söyləyir  və  şeirin  müxtəlif  misralarında  bunu  xüsusi  olaraq 
deməklə mahiyyətə diqqəti yönəldir. 
 
Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını, 
Yola slamış, bil ki, bəzmi-işrətin cəndanını, 
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını, 
Dönə-dönə imtahan etdim fələk dovranını, 
Onda mən bərəkslikdən özgə adət görmədim. (89, 174) 
 
M.P.Vaqif  dünya  işlərinin  mürəkkəbliyini  “Görmədim” 
müxəmməsində,  M.V.Vidadi  isə  “Gördüm”  qəzəlində  özünə-
məxsusluqla  vurğulayır  və  son  olaraq  “vəfa  kuyin  dolandım, 
mütləqa yox bir bəşər gördüm” söyləyir. 
 
Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm,  
Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm. 
 
Görüb mərdümləri bitəcrübə, ey mərdüm, aldanma, 
Məhəksiz bilmək olmaz qəlbini, çox simü zər gördüm. 
 


 
291 
Səxavət olmayan kəsdə şücaət feli-nadirdir, 
Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. 
(91, 53) 
 
Akademik N.Cəfərov Füzuli / Vaqif, Vidadi / Vaqif  dün-
yagörüşü, ədəbi-bədii təfəkküründə olanlar kontekstində müqa-
yisələr  aparır  və  vurğulayır  ki,  “fərq  ondadır  ki,  Vidadi  eyni 
məzmunu qəzəldə,  Vaqif müxəmməsdə verir;  Vidadi klassik 
poeziyanın  ənənələrinə  uyğun  olaraq  neqativ  əlamətləri 
təsdiqdə, Vaqif isə novatorluq edərək pozitiv əlamətləri inkarda 
təqdim  edir,  -  hər  cür  təqdimat  estetik  təfəkkürün  inkişafını 
təsəvvür etmək baxımından maraqlıdır. 
Vaqifin  estetikası  Vidadinin  estetikası  ilə    tipoloji  oxşar-
lığına  görə  müqayisə  oluna,  hətta  müəyyən  mənada  qarşı-
qarşıya  qoyula  bilər  –  şübhəsiz,  qarşılaşdırmada  janr  
münasibətləri də ehtiva olunur; janr münasibətlərində o məqam 
ki, Vidadimin təqdimində potensiyadır, Vaqifdə reallaşır”  (25, 
112).  Doğurdan  da  Vaqifin  və  Vidadinin  estetikası  nə  qədər  
fərqlilikləri  özündə  işarələsə  də,  lakin  oxşarlıqları  da 
kənarlaşdırmır,  əksinə  xüsusi  yaxınlıqlarla  görünür  ki,  o  da 
daha dərin potensiyaya bağlanır. M.Füzuli də zamanında, XVI 
əsrin  kəshakəsində  “vəfa  hər  kimsədən  istədim,  ondan  cəfa 
gördüm”  deyirdi  və  davamı  olaraq  “Şikayətnamə”ni  yazırdı. 
N.Cəfərov  bu  yaxınlıqları,  müqayisələri    “Vaqif  estetikasının 
dialektikasını  görmək  üçün  lazımdır”  söyləyir.  “Vaqif 
Vidadidən  fərqli  olaraq,  Füzuli  standartları  ilə  düşünməkdən  
bütünlükdə  uzaqdır;  Vidadinin  bədii  təfəkküründəki  ziddiyyət  
Vaqifdə yoxdur, Vaqif ifadə tərzi artıq bütöv bir keyfiyyətdir”  
(25,  112).  M.Füzuli  “tapmadıq  bir  iz  vəfadan  ruzigar  əhlində 
biz” deyirdi və ictimai həqiqətin bədii estetikasını öz ənənəsinə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə