285
musiqinin, xalq həyat tərzinin qaynarlığı, coşqunluğu bütün
həyatı boyu son şeirlərinə qədər davam edir. Son şeirlərində
olan isə düşdüyü və yaranmış real vəziyyətin hadisəsidir.
Əlabbas Müznib “Azərbaycan ədəbiyyatından seçmələr”
kitabında yazır: “Vaqif saray üçün saray şeiri, xalq üçün isə
xalq şeiri yazdığından xalq arasında tanındığı kibi, sarayda da
kəşfü kəramət sahibi olmasından əlavə, dəyərli bir şair
olduğunu tanıtmışdır” (76, 75). Vaqif poeziyasının əsasında
onun təbii istedadı və ondan yüksək ustalıqla istifadə bacarığı
dayanır. “Bayram oldu...” da, “Hayıf ki, yoxdur” da, “Pəri” də,
“Bax” da, “Görmədim” də məhz bu istedada və intellektə
bağlanır. “Görmədim” Vaqif kimi həyat eşqilə coşub daşan bir
qəlbin qəfil kükrəməsidir. Bu kükrəmənin isə mahiyyətində,
daha doğrusu alt qatında çox ciddi, həm də təsadüfilikdən
olduqca uzaq səbəblər vardır. Çünki “mən cahan mülkündə
mütləq doğru halət görmədim” hansısa ötəri hissin, hadisənin
nəticəsi olaraq yazıla bilməzdi. Bir də ki, Vaqif kimi şən, şux,
nikbin əhvali-ruhiyyəli şeirlər yazan və Vidadiyə kədərli, giley-
güzar xarakterli şeirlərinə görə etirazlarını bildirən, bəzən
iradlar tutan, “qəriblik, ayrılıq nədir ki, ondan bu qədər çəkibən
azar ağlarsan” söyləyən şair birdən – birə daha kəskin və
Vidadi etirazından bəlkə də qat-qat artıq olacaq bir üsyan-
karlıqla “hər nə gördüm, əyri gördüm, özgə babət görmədim”
kimi bir mövqeyi nümayiş etdirir.
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim,
Aşinalar ixtilatında sədaqət görmədim,
Beyətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan, lacərəm, təhsili-hacət görmədim.
286
Xah sultan, xah dərvişü gəda biliittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,
Cifeyi dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hekayət görmədim. (89, 173)
Ədəbi-nəzəri fikir bu şeiri müxtəlif səviyyələrdə təhlil
etmiş və nə qədər fərqli münasibətlərə baxmayaraq son olaraq
bu üsyankarlığı son dövr həyatında baş verənlərlə
əlaqələndirmişdir. Bu şeirlər (“Görmədim” və “Bax”) onu da
əlavə edək ki, Vaqif yaradıcılığının “bayram oldu heç
bilmirəm neyləyim”dən başlayan etirazının daha gur, daha
üsyankar səsidir. XVIII əsr Azərbaycan şeirinin onurğa
sütunudur. Görkəmli ədəbiyyatşünas F.Köçərli də “Görmədim”
müxəmməsinə xüsusi həssaslıq göstərərək yazır ki, “Molla
Pənah Vaqifin bir çox şeiri – müstəzadı və müxəmməsatı
vardır. Onlardan məşhuru əbnayi-ruzigarın bivəfa və
dəyanətsiz olmağı xüsusunda yazdığı müxəmməsdir ki, onun
məal və məzmunu, - necə ki dünya vardır, - həmişə təzəlik və
doğruluq üzrə baqi qalacaqdır” (60, 195-196). Doğurdan da, bu
müxəmməs, əvvəl dediyimiz bir fikri burada təkrar deyirik,
Azərbaycan və dünya ədəbiyyatının klassik nümunəsi, nadir
incisidir. Həyat nizamının, dünya işinin müşküllərini bunun
qədər dəqiq əks etdirəcək əsərlər bəlkə də çox azdır. Düzdür,
Azərbaycan və türk xalqlarının ədəbiyyatında (şifahi və yazılı
ədəbiyyat nəzərdə tutulur), eləcə də Şərq xalqlarının
ədəbiyyatında kifayət qədər bu tipli nümunələr tapmaq olar,
ancaq bunun qədər üsyankarlıq, və bu üsyankarlığın özü qədər
də poetik formasını tapan sənət nümunələri az-az ola bilər. Bu
şeir Vaqif böyüklüyünün, qüdrətinin, əzəmətinin simvoludur.
287
F.Köçərli “Görmədim” müxəmməsi ilə bağlı çoxlu suallar
qoyur və bu suallardan əvvəl vurğulayır ki, “Vaqifin bu
kəlamında hikmətamiz və ibrətamiz sözlər çoxdur ki, onları
şair təcrübə üzü ilə söyləyibdir və əksəri dəruni-qəlbdən çıxan
suzişli fəryad və nalələrdir. Bu sözlər acı və pürkədər isə də,
mənən haqq və doğrudur. Bunları batil etməyə əldə dəlilimiz
yoxdur” (60, 187). Vaqif poeziyası bütün müstəvilərdə əlçat-
mazlığı, özünəqədərki ənənədə yeni mərhələni, yeniləşməni
səciyyələndirir. Daha doğrusu, xalq poeziyasında olanların,
aşıq yaradıcılığından gələnlərin bir mərhələ olaraq yazılı
ədəbiyyatda yerini və gərəkliyini şərtləndirir. F.Köçərlinin
“əksəri dəruni-qəlbdən çıxan suzişli fəryad və nalələrdir”
qənaəti təsadüfi yox sırf reallığa hesablanır və Vaqifin
düşüncəsinin o biri üzündə nələrin yaşandığını, hansı əzabların,
sıxıntıların görünüşünü özündə sərgiləyir. Bu mənzərəni hələ
Vaqifdən çox-çox əvvəl, saraylarda yaşamış və mühitin,
zamanın bütün tərəflərini görmüş Q.Təbrizinin, X.Şirvaninin
dediklərində də müşahidə edirik. Ancaq “Görmədim” bir
ədəbiyyat, düşüncə hadisəsi olaraq dünyanın bu başından o
başına olanların klassik, möcüzəli ifadəsidir. Biz belə mətnləri,
bədii nümunənin alınmasını çox az-az müşahidə edirik.
Görəsən M.P.Vaqif hansı zillətlərdən, gərginliklərdən
çıxmışdır ki, bunları demişdir və yaxud da hansı müşküllərlə
qarşılaşmışdır ki, “Görmədim”i yazmışdır. Ə.Müznib bunu
“pessimistlik”, şərq şairlərinə məxsus hal” kimi səciyyələndirir
(76, 73). S.Mümtaz isə məsələyə sırf olanlar, siyasi
gərginliklərin, reallığın tələb etdikləri kontekstində yanaşaraq
yazır: “Səayət edənlərin əllərindəki dəstəvuz Vaqifin
fövqəladə aqil, sadiq və siyasi bir şəxs olması idi. Onlar
Məhəmməd bəyə deyirdilər ki, gec-tez İbrahim xan Qarabağa
Dostları ilə paylaş: |