Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə78/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   74   75   76   77   78   79   80   81   ...   104

 
264 
nin digər şeirlərinin məzmunları ilə səsləşir. Əlbəttə, qafiyə və 
təcnisləri  bütünlükdə  təhlil  etmək  xüsusi  hazırlıq  tələb  edir. 
Mən  bu  deyişmənin  elə  əlimə  gələn  bir-birinin  dalınca  qoşul-
muş  2  bəndini  gətirmək  istəyirəm.  Bəzi  bəndlərin  arasındakı 
əlaqə əvvəlki bəndin son sözü ilə sonrakı bəndin başlanmasıdır. 
Qafiyə: 
Mail olmuş çoxlar ada qumaşa, 
Həsrətimi çoxları çəkibdir başa, 
Müştaq -müştaq çoxlar edər tamaşa, 
Xətti-xala mah rüsxara deyəsən. 
Təcnis: 
Rüsxarına yazılmış ki, gözəldi, 
Qaşı qasid, kiprik elçi göz aldı, 
Hər görəndə cəsədimi köz aldı,  
Bir ab səpsin tez ciyarə deyəsən. 
Molla  Cümənin  qəzəlləri.  Diqqətəlayiqdir  ki,  Molla 
Cümənin qəzəlləri də  var. Uzun  illər qəzəllərin  varlığı  məlum 
olmamışdır. Yalnız son illər bu qəzəllər aşığın əlyazmalarından 
aşkar edilmişdir. Qəzəlləri Molla Cümə beyt adlandırır. Molla 
Cümənin  qızı  Reyhan  xanımdan  aldığım  əlyazmasında  və  bir 
də  «Hophopnamə»də  bir  sıra  beyt  və  qəzəllər  var.  Bunları  ilk 
dəfə  mən  aşkar  edib,  diqqətlə  oxuyub,  yoxlayıb,  müqayisələr 
aparıb aşığın külliyyatına daxil etmişəm. Aşıq həm qəzəlləri və 
həm  də  necə  deyərlər,  beytləri  hamısını  bir  yerdə  beyt  adlan-
dırır. Beytlər çox müxtəlif həcmdədir. Eləsi var ki, 28 misradır. 
Aşıq deyir: 
 
Çün demişəm divani, təxmisdə mən, 
Həm müxəmməs qafiyə təcnisdə mən. 
On iki hava ilə dərdim haray, 
Heç tükənməz baxıban gördüm haray, 
İsmi Pünhan güzarında bir səhər. 
İstədim beyyit-deyəm təhər-təhər, 
Eşq ucundan beyit-düzdüm dəxi, 


 
265 
Göz yaşımdan dəftər yazdım dəxi. 
Molla  Cümənin  beytləri  çox  maraqlı  əsərlərdir.  Onlar 
xüsusi  tədqiqata  möhtacdır.  Beytlərin  məzmunu  aşığın  digər 
bədii əsərlərinin mövzularına yaxındır. Elə beyt var ki, on dörd 
bənd-beytdir. Beytin birisi belə başlanır 
Məzarımdan çölə qoyun sağ əlim 
Bu vəsiyyət sizlərə eylər dilim. 
Başqa bir beyt belə başlayır: 
Başlayıram dərdimi beyt ilə 
Arif olan anlasın öyüd ilə. 
Bütün  beytlər  müstəqildir,  bəzən  aşıq  bu  beytlər  ara-
sında əlaqə də yaradır. Onu deyək ki, beytlərin içində qəzəllər 
də var, ancaq Molla Cümə qəzəl sözünü işlətmir. Onun divani-
lərinin birində deyilir: 
Şad günümdə eşqə gəlib yazdığım qəzəlləri 
İndi peşiman dəftərinə düzməyin hayındayam. 
Molla  Cümənin  sözün  həqiqi  mənasında  qəzəlləri  də 
var.  Bunlar  aşığın  beytlərindən  fərqli  olaraq  bədii  cəhətdən 
kamil,  çox  diqqətlə  işlənmiş  nümunələrdir.  Klassik  ədəbiyya-
tımızın  qəzəllərinin  bütün  təhlillərinə  riayət  olunmuşdur.  Elə 
bir  görkəmli  təcrübəli  bir  klassik  əsərlər  müəllifi  şairimizin 
qələmindən çıxmışdır. «Deməyimmi», «Gəlir», «Getmə» rədif-
li qəzəlləri səciyyəvidir. 
«Kredo»  qəzetinin  oxucularına  aşığın  qəzəllərindən 
birini təqdim edirəm: 
Çevril bir bəri bax, ey yari vəfadar getmə 
Qoyub hicrində məni böylə giriftar getmə. 
Sən belə getməginən həsrət-firqət adına 
Yanmışam, yaxılmışam dildar, dilbər getmə. 
 
Ey sərv qamətli canan, gəl sərimə sal saya 
Qəribəm binəvayam sən ol havadar getmə. 
Sən təbibsən mən zəif dərdimə çarə gərək 
Sonra dərmansız ölər bu xəstə bihar getmə. 


 
266 
 
Qorxuram ki, gedəm xoş məzarın təlx edələr 
Yolunu bənd eyləmiş bədguh-bədgar getmə. 
Qayit allahı sevərsən bu könlümü şad eylə 
Danış şirin dilinən bir neçə göftar getmə. 
 
Aç qolunu sal boynuma sarmaşğınan ay dost 
Qoy baxıb əğyar sözünə bu qədər………. 
Baxıb əğyar sözünə bu qədər incitmə məni 
Nə demiş xilaf demiş o binur bimar getmə. 
 
Yalvara, yalvara busə verib peşman oldun 
Cümədən küsməginən səndədir ixtiyar getmə. 
 
Akademik  H.Araslı  məqalələrin  birində  yazırdı  ki, 
Qurbani,  Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Aşıq  Valeh  kimi 
ustad aşıqların klassik şeir üsulunda əsərləri olmuşdur. Bunlar 
yazıya alınmadığı üçün unudulub getmişdir. Molla Cümənin bu 
tipli  şeirləri  əlyazmasına  düşdüyü  üçün  saxlanılmışdır.  Bu 
şeirlərdə çox maraqlı və ibrətamiz beytlər var.  
 
Ey fələk, haçan olar mən təki bir taleyi sum 
Gəzərsə Təbriz, Tehran, Misir, Yəmən,Van, hindu, Rum 
Bu mənim bədbəxtliyim aləmlərə həm oldu faş 
Bəlkə göydə eşidə Şəms, Qəmər, mələk, cum. 
 
Molla  Cümənin  bayatıları.  Şəxsən  mənə  aşığın  60-
dan  artıq  bayatısı  məlumdur.  Bunlardan  bir  qismi  İlisu  əlyaz-
masındadır.  Orada  xüsusi  ayrıca  səhifədə  toplanmışdır.  Qalan 
bayatılar  ayrıca  isə  aşığın  müxtəlif  əlyazmalarında  qalıb. 
Səhifələrin sonunda ya sol tərəfdə, ya da sağ tərəfdə bir-iki-üç 
nümunə  bir  yerdə  səliqə  ilə  yazılmışdır.  Aşığın  bayatıları 
müxtəlif  mövzulardadır.  Bayatılarda  təmiz,  ülvü  məhəbbət 
tərənnüm olunur. Xalq lirikasının çox ibrətamiz, səciyyəvi nü-


 
267 
munələridir.  Bülbül,  gül,  gül-çiçək,  ceyran,  quzu,  Ay,  Günəş, 
ulduz,  ala-qara  gözlər,  bəxt,  ülkər,  nərgiz  xalq  bayatılarının 
ənənəvi zəminində böyük ustalıqla qoşulmuşdur.  
Dağları qar qucar yatar, 
Sonanı sar qucar yatar, 
Cəfanı bülbül çəkər 
Gülü xar qucar yatar. 
 
Mən aşiqəm oyan gül, 
Oyan bülbül, oyan gü,l 
Gec açıldın tez soldun 
Məni ağlar qoyan gül. 
Molla Cümənin bayatıları el bayatılarından bir də deyil-
mə  formasına  görə  seçilir.  Xalq  bayatıları  «mən  aşiq»,  «Aşi-
qəm»,  «Əzizim»,  «Eləmi»  və  sair  ənənəvi  sözlərlə  başlayır. 
Molla  Cümədə  belə  deyildir.  Amma  həmin  ənənəvi  sözlərlə 
başlayaraq bayatılar da var: 
Aşiqəm gül əsəndə 
Danışıb güləsən də 
Bülbülün bağrı çatlar 
Yel dəyib gül əsəndə. 
 
Aşiqəm gülə bəxtim  
Bülbüləm gülə bəxtim 
Yar sənə vəd veribdir 
Şad olub gülə baxtım. 
Molla Cümənin bayatılarını ilk dəfə mən çap eləmişəm. 
(Bax:  seçilmiş  əsərləri.  1983  səh  173-182).  Bayatılar  sonralar 
aşığın  çap  olunan  kitablarına  və  Şəki  folkloru  antologiyasına 
düşmüşdür.  Bəzi  bayatılarda  Molla  Cümənin  öz  təxəllüsü  də 
var.  Bunlar  çox  zaman  aşığın  şeirlərində  cığa  yerində  işlədil-
mişdir.  
Xuda çatmaz dada Cümə 
Yetməsən murada Cümə  


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə