Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə79/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   75   76   77   78   79   80   81   82   ...   104

 
268 
Sirr vermə yada Cümə 
Cəfan gedər bada Cümə. 
Yaxud: 
Ağlayan yaş ağlayar 
Gözünən qaş ağlayar 
Cümənin dərdin duysa 
Ciyəri daş ağlayar. 
Molla  Cümənin  bayatıları  yüksək  bədii  təsirli,  janrın 
qəlibinə  düşmüş,  ideya-bədii  cəhətdən  kamil  nümunələrdir. 
Aşığın  bayatılarını  əsrlər  uzunu  sığallayıb,  təkmilləşdirilmiş  
ənənəvi xalq bayatılarından ayırmaq mümkün deyil: 
Aşiqəm od adamı, 
Cənnətin od adamı, 
Yandırsa yar yandırar 
Yandırmaz od adamı. 
Molla  Cümənin  başqa  bir  maraqlı şeiri də  var.  O, belə 
adlanır: «Debeyti misalı». Molla Cümənin özünün yazdığı şeir 
şəkilləri içrəiisndə «Dübeyti» var. Bu şeir bizə Şəki rayonu Baş 
Göynük  orta  məktəbinin  dil-ədəbiyyat  müəllimi  Şərif  İdrisov 
lütflə bağışlamışdır. Şeir ilk dəfə aşığın «Seçilmiş əsərləri»ndə 
(«Yazıçı»,  1983,  s.317-322)  çap  edilmişdir.  Bu  şeirin  qoşul-
ması  haqqında  müəyyən  rəvayət  də  vardır:  Guya  Şəkinin  Baş 
Göynük  kəndində  Molla  Cümə  məclis  aparırmış.  O  zaman 
qadınlar da məclisə gələrmişlər. Ya ayrıca otaqda oturarmışlar, 
yaxud  da  otaq  böyüksə  bir  küncə  yığışarmışlar.  Guya  İsmi 
Pünhan  da  gəlib  qadınların  arasında  oturarmış.  Məclis  başla-
yanda  İsmi  Pünhanın  fikrinə  gəlir  ki,  görəsən  Molla  Cümədə 
haqq aşıqlığından nişanə qalıbmı? Onu yoxlamaq üçün fikrində 
–  ürəyində  müxtəlif  quşların  adlarını  xatırlayır.  Əgər  Molla 
Cümə haqq aşığıdırsa, onu hiss edəcək. Molla Cümə haqq aşığı 
kimi  İsmi  Pünhanın  ürəyində  nə  varsa  hiss  edir  və  şeir  qoşur. 
İsmi Pünhan artıq inanır ki, Molla Cümə hələ də haqq aşiqidir. 
Quşların  adları  çəkilir.  Bəzilərini  mən  hətta  ilk  dəfədir  ki, 
eşidirəm.  Mahişə,  bayquş,  qarğa,  alabaxta,  qaratoyuq,  qırğı, 


 
269 
himbiş,  durna,  göyərçin,  qırqovul,  qaranqaç,  şamağa,  leylək, 
ördək,  cintal,  bəzdək,  dovdaq,  civ-civ,  cundu,  qaz,  bülbül, 
sağsağan,  qurquru,  kəklik,  çita,  qu-qu,  yapalaq.  İsmi  Pünhan 
ürəyində hansı quşu tutursa, Molla Cümə elə o saat o quşa bir 
bənd şeir qoşur. 
İsmi Pünhan gözü şuxdu, 
Kirpiyi canıma oxdu, 
Dilimin qurbanı olmuş 
Sən istəyən qaratoyuxdu. 
 
İsmi Pünhan növcanım, 
Ağlım, hissim din-imanım, 
Məndən durnamı istərsən 
Sənə qurban şirin canım. 
Şeir  cəmi  30  bənddir.  Bütün  bəndlər  gəraylı  üstündə 
qurulmuşdur. 
İsmi Pünhan üzü güldür, 
Xoş, sədalı, şirin dildir, 
Bir vəfalı dost bağında 
Başındadır, ya bülbüldür.  
 
İsmi Pünhan gül sonası, 
Eylər məni eşq anası, 
Düşübdü könlümə kəklik 
Yaxşı olar çığırtması. 
Molla Cümənin dini şeirləri. Bir  gün  Molla Cümənin 
nəticəsi Elman mənə zəng çaldı. Dedi ki, Paşa müəllim, AzTv-
də film çəkirlər. Molla Cüməyə həsr olunub, guya Molla Cümə 
sufidir, İsmi Pünhan da Allahdır. Dedim, ay Elman, mən ömrü-
mün  yarısını  sənin  babanın  həyat  və  fəaliyyətinə  həsr  elə-
mişəm.  Axı  niyə  onlar  mənə  zəng  vurub  məsləhət  almırlar. 
Elman  əlavə  etdi  ki, Paşa  müəllim,  deyirlər  film  çəkən vaxtilə 
sizin tələbəniz  olub.  Mən  çox  təəssüf elədim. O  film  çəkilibsə 
də  mən  görməmişəm.  Axı  Molla  Cümə  heç  vaxt  sufi  şair  ola 


 
270 
bilməz. O, yer, sənət şairidir, onun ayaqları çox möhkəm yerə, 
bu  dünyaya  bağlıdır.  Doğrudur,  Molla  Cümənin  çox  az  şeir-
lərində sufi terminlər, işarələr var. Ancaq Molla Cümə heç vaxt 
sufii  şair  olmayıb,  ola  da  bilməz.  Bunun  ən  yaxşı  və  bariz 
ifadəsi  elə  böyük  sənətkarın  zəngin  yaradıcılığıdır.  O,  şeirlə-
rinin birisində deyir: 
Ədnayam, kəmtərəm dərdə dərmanam, 
Hənəfi məzhəbəm, həm müsəlmanam, 
Nəbim Məhəmməddi, əhli-Quranam 
Mömin qardaşların aşnasıyam mən. 
Aşıq  bir  çox  şeirlərində  fəxrlə  deyir  ki,  mən  Ulu  Tan-
rının  quluyam,  Məhəmməd  Mustafanın  vurğunuyam.  Bax 
Molla Cümənin  bu vəziyyətini şeirlərindən tapıb  üzə çıxarmaq 
və  öz  qiymətini  vermək  lazımdır.  Molla  Cümə  İslam  dinini, 
tarixini,  mifologiyasını çox  dəqiqliklə  sevən  və  təbliğ edən  bir 
sənətkardır.  Bunları  biz  aşığın  bir  çox  şeirlərində  müşahidə 
eləyə bilərik. 
Molla Cümə oddananda 
Durub alar dəstəmaz 
Üz çevirər dərgahına 
Qohum-qardaş səsləməz. 
Aşıq  İslam  dinini,  onun  inkişafı  tarixini,  İslam  üləma-
larının  fəaliyyətini,  Qurani-Kərimi  çox  gözəl  bilir.  O,  şeir-
lərinin birində belə deyir: 
 
Üz tutub dərgaha qıllam minacat 
Dilim əzbərisən layəzəl Allah 
Yanıbdır ciyərim qabardır qaşqa 
Kimə deyim dərdim bir səndən başqa. 
Göründüyü  kimi  aşıq  Ulu  Tanrısına  o  qədər  ibadət 
eləyib  ki,  hətta  qaşqası  (alnı)  da  yara  olub.  Şeirlərinin  birində 
aşıq deyir ki,  «Şükür cəlalına ey Qəni Səttar min bir  ismi  var 
birdir Qəffar». Başqa bir şeirində: 
Molla Cümə çağır Cəlili Cabbar 


 
271 
Yetiş imdadıma ey Qəni-Səttar. 
Mola  Cümə  Ulu  Tanrıya  çox  minnətdardır  ki,  onu  eşq 
sövdasına salıb, vergi verib. O biri tərəfdən bu eşqin  sevdasını 
gizlədə bilmədiyi üçün ondan üzr istəyir. 
Molla  Cümə,  haqdan  qeyri  özgəsinə  ərz  eyləmək  nə 
lazım, 
Başın üstdə ağan vardır o qədir fələk kimi. 
Çox da yanma Molla Cümə axırın torpaq olu 
Cümlə işlər Allahdandır qəza-qada neyləyim. 
Aşıq  fələkdən,  zamanadan,  qəzavü-qadadan  narazıdır, 
ancaq  Allah  Taaladan  yox.  O,  hər  daim  hər  çətinliyə  düşsə, 
Allaha,  Xudaya  ibadət  edir,  kömək  diləyir.  Digər  bir  şeirində 
özünə müraciətlə: 
Bu fəna dünyada sən 
Getməginən azğın yola 
Toba qıl yaradana 
Bəlkə günahım əf ola. 
İsmi Pünhana müraciətlə: 
Sevərsən əvvəl Allahı 
Həm Həbibi Mustafanı 
Yəqin bil ki, öldüyündür 
Etməsən bir çarə ey dost. 
Molla  Cümənin  «Allaha  şükür»  rədifli  bir  müxəmməsi 
var.  Aşığın  dünya  görüşünü,  həyata  baxışını,  insanlara  müna-
sibətini  Ulu  Tanrıya  olan  məhəbbətini  öyrənmək  üçün  çox 
əhəmiyyətli bir əsərdir: 
Eyləyən şamu-səhər 
Bir olan Allaha şükür. 
Sərasər möcüzatı 
Nur olan Allaha şükür. 
Bilinməz qullarına 
Dur olan Allaha şükür. 
Hökmünü tutanlara 
Zor olan Allaha şükür. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə