Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə82/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   78   79   80   81   82   83   84   85   ...   104

 
279 
 
Dedik  ki,  aşiqlərə  Ulu  Tanrı  qisməti  kimi  verilir.  Ona 
görə də əvvəl-axır uzun əzab-əziyyətdən sonra  butasına qovu-
şur.  Ancaq  bəzi  dastanlarımızda  ustad  aşıqlarımızın  yaradı-
cılığında  buta  ilə  vüsal  baş  tutmur.  Aşıq  sevgilisinə  çatmaq 
yolunda məhəbbətinin qurbanı olur, fiziki cəhətdən şəhid olur. 
Ancaq  bir  fədakar  aşıq  kimi  mənəvi  cəhətdən  qələbə  çalır  və 
əbədiləşir.  Molla  Cümə  çoxlu  şeirlərində  belə  fədakar  aşıqlar 
içərisində Məcnun və Kərəmin adını vəsf edir. 
Məcnun Kərəm ki var eşq əhlinin gözüdür, 
Ondan qalan xilaf şeylər fitnə-fel dustağıdır. 
Molla Cümə özünü məhz bu aşiqlərin sırasına daxil edir 
və bununla da fəxr eləyirdi.  
Könül əyləncəyi, istəkli butam, 
Ol İsmi Pünhanı neylədin dünya! 
Çünki İsmi Pünhana qovuşa bilmir. Çünki İsmi Pünhan nakam 
bir sevgili kimi vaxtsız köçür. Bir də onu əlavə etmək istəyirəm 
ki,  yaradıcılığının sonunda  meydana gələn şeirlərdə İsmi Pün-
han artıq bir sevgili, bir şəxs kimi ümumiləşir. Aşığın əlçatmaz, 
ünyetməz  həyat  idealına çevrilir. N.Nərimanov deyir:  «həqiqi, 
təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pula 
satmaq  olmaz.  Bu  hiss  padişahı  gədadan  ayırmaz,  həqiqi,  tə-
miz, məzhəb, din bilməz və çirkin fikirlər bəsləməz... Məşuqun 
məbudun  vüsalına  çatıb  sonra  ölmək  ancaq  həqiqi,  təmiz 
məhəbbətin  nişanəsidir.  Məbud  idealdır,  həqiqi,  təmiz  məhəb-
bət sahibi məbuduna, məşuquna çatarsa, idealına çatan kimidir. 
İdeal ideallıqdan çıxar. 
 
Kərəm  başında qara, çirkin  fikirlər  basləsə  idi, Əsli  ilə 
yaşamaq  istərdi, fəqət yaşamadı, öldü... və ölməyinə də səbəb 
Əslinin  min  cövr-cəfadan  sonra  tapılmağı  və  sonra  Kərəmə 
verilməyi oldu. Baxınız, nə nazik bir mətləb! Nə gözəl və dərin 
bir  fəlsəfə!  Nə  qədər  təmiz  və  müqəddəs  bir  əqidə...»  Molla 
Cümənin  bircə sevgilisi olub İsmi Pünhan, o da  nakam gedib. 
Molla  Cümə  İsmi  Pünhandan  sonra  heç  kəsi  sevməmiş,  əsər-


 
280 
lərindən  də  bu  barədə  məlumat  yoxdur.  Aşıq  ömrü  boyu 
butasının eşqi ilə yaşamışdır. 
 
Molla  Cümənin  «dünya»ları.  Molla  Cümə  bir  sıra 
şeirlərində  «dünya»ya  müraciət  eləmişdir,  bəzən  isə  sadəcə 
adını  çəkmişdir.  Hər  dəfə  də  aşıq  dünyanı  tənqid  eləmiş,  çox 
zaman  isə  damğalamışdır.  Aşıq  bununla  belə  elə  şeirlər  də 
yazmışdır ki, onlarda dünyaya müraciətlə sərt fikirlər söylənir. 
Elə bil aşıq dünya ilə üz-üzə dayanıb onunla döyüşə hazırlaşır. 
Onu  damğalayır.  Molla  Cüməyə  görə  bəşər  övladı  heç  vaxt 
dünyadan xeyir görməmişdir. 
Məlumdur ki, dünya çox mənalı sözdür. Bəlkə də onun 
saysız-hesabsız mənaları var. Dünya bütün dövrlərdə dünyanın 
ən böyük alimləri, yazıçını düşündürmüşdür. Onların hamısının 
özünə  görə  dünya  haqqında  mülahizələri  vardır.  Ona  görə  ki, 
dünya  alimləri  hər  dəfə  fikirləşmişlər  ki,  dünya  nədir,  onun 
əvvəli nədir , axırı nədir. Dünya necə yaranıb, kim yaradıb, kim 
onu  saya-hesaba  salıb.  Dünya  böyükdür  və  sirlər  aləmidir. 
Onun  sirləri  nədir  və  kim  onun  sirlərini  bilir.  Bəşər  övladı 
əsrlər  boyu  dünya,  aləm,  haqqında  saysız-hesabsız  rəvayətlər, 
əhvalatlar  düzəldib  söyləmişdir.  Dünya  haqqında  dünya  xalq-
ları  nə  qədər  miflər  düzəltmiş,  hər  bir  xalqın  da  özünə  görə 
dünya haqqında orijinal mifləri olmuşdur. Dünya xalqlarının ən 
böyük  və  ən  zəngin  mifləri  məhz  dünya  haqqındadır.  Rus 
mifologiyasında ona «mirozdaniye» deyilir. Bütün dünya alim-
lərinin  və  sənətkarların  dünya  haqqında  mülahizələri  var... 
Dünyaya  türk  dünyasında  ilk  müraciəti  Ulu  Babamız  Dədə 
Qorqud eləmişdir. 
Qanı dediyim bəy ərənlər 
Dünya mənim deyənlər 
Əcəl aldı yer gizlədi 
Fani dünya kimə qaldı  
Gəlimli gedimli dünya 
Axır son ucu ölümlü dünya. 


 
281 
Gözəllik  və ağıl  mücəssəməsi olan, dövrünün  həyat və 
güzəranını dərindən duyan, həyatın, varlığın ziddiyyətlərini çox 
dərindən  dərk  edərək  öz  poeziyasında  çox  uğurla  bədii  çalar-
larla  ifadə  edən  XII  əsrin  mələk  şairimiz  Məhsəti  Gəncəvi 
rübailərində dünyanı ustalıqla qiymətləndirərək bədii və fəlsəfi 
yüksəkliyə qaldırdı.  
Bu dünya bir qızıl kuzəyə bənzər 
Suyu gah şirindir gah da ki zəhər 
Çox da öyünmə ki, uzundur ömrün 
Əcəl köhlənində hazırdır yəhər.  
Türk  dünyasının  böyük  səyahətçisi  Evliya  Çələbi  «Sə-
yahətnamə»nin  cildlərinin  birində  Azərbaycan  bayatı  ustası 
Lələnin aşağıdakı bayatısını vermişdir: 
Lələnin dünyası nə? 
İnanma dünyasına.  
Dünya mənim deyənin,  
Dün getdik dun yasına. 
Əziz  oxucum,  diqqət  edin  həmin  bayatıdan  Ulu  Baba-
mız Dədə Qorqud kəlamlarının qoxusu gəlir. 
Aşıq Səməd: 
Üstündən yel keçmiş dağlar görmüşəm, 
Dağılmış, talanmış bağlar görmüşəm, 
Mənəm deyənləri ağlar görmüşəm, 
Kimsə gülər, kimsə ağlar dünyada.  
 
Dünya  doğrudan  da  çox  mənalı  bir  məfhumdur. 
Dünyanın ən böyük şəxsiyyətləri hər şeydən əvvəl iki dünyanı 
qəbul etmiş və ondan danışmışlar. O dunya  yaxud axirət dün-
yası, bir də yaşadığımız dünya. Bundan başqa bir də insanların 
öz  şəxsi  dünyaları  var.  Bunu  da  iki  mənalı  qəbul  etmək  olar. 
Bir xarici ətraf, dünya, bir də sənətkarın mənəvi daxili dünyası. 
Böyük şairimiz bunları cahan adlandırmışdır. Diqqət edilsə, elə 
məhz  dünya  deməkdir.  Böyük  Nəsiminin  da  daxili  dünyası 
nəhəng böyük xarici dünyasına da sığmır. Daxili dünya çox və 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə