Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə90/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   86   87   88   89   90   91   92   93   ...   104

 
306 
Fikri, zikri dediyi danışdığı sənsən, gözəl 
Mayil olmaz hər yetən göftarə, gördüm Vaqifi. 
Molla Cümə: 
A gəlin, yoxdur ayıb 
Qaş kirpiyin gözün gözəl. 
Dil gözəl, dodaq gözəl 
Yanaq gözəl, üzün gözəl. 
Xoy gözəl, qılıq gözəl 
Söhbət gözəl, sözün gözəl. 
Boy gözəl, buxun gözəl 
Qamət gözəl, özün gözəl. 
A gəlin oxşar canın 
Yağmış təzə qara gəlin. 
Akademik  Həmid  Araslı  məqalələrinin  birində  yazmış-
dır  ki,  Qurbani,  Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Aşıq  Valeh 
kimi ustad aşıqların vaxtilə klassik şeir üslubunda əsərləri olub. 
Məsələn:  rübai,  müxəmməs,  qəzəl,  mürəbbe  və  sairə.  Belə 
şeirlər  yazıya  alınmadığı  və  aşıqlar  tərəfindən  ifa  edilmədiyi 
üçün  qalmamışdır.  Məlumdur  ki,  Molla  Pənah  Vaqif  klassik 
şeir üslubunda çoxlu əsərlər yazmışdır. Klassik şeir üslubunda 
şeirlər  Molla  Cümənin  də  yaradıcılığında  var.  Buna  mən 
xüsusilə  aşığın  qəzəllərini  göstərə  bilərəm.  Aşığın  qəzəllərini 
ilk  dəfə  əlyazmalarından  tapıb  mən  çap  eləmişəm.  Çox  diqqə-
təlayiqdir  ki,  Vaqifin  və  Molla  Cümənin  qəzəlləri  içəri-sində 
oxşar nümunələr vardır. İndi mən hər iki sənətkardan bir qəzəl 
misal göstərəcəyəm. 
Molla Pənah Vaqif: 
Aydın olsun gözlərin kim gəldi yarın kağızı  
Könlümü şad eylədi gözəl nigarın kağızı. 
Oxudum,  öpdüm  gözə  sürtdüm  dedim  səd 
mərhəba 
Gözüm üstdə var yerin ey gülüzarın kağızı. 
Səndən ayrı ol qədər qan ağladım kim dəmbədəm 
Yaşa batıb islanıb səbri qərarın kağızı. 


 
307 
Çox çəkirdim intizarın gözlərim yolda idi 
Şükrüllah gəldi çeşmi xumarın kağızı. 
Qeyri yarı ey gözəl qılma bədəl sən Vaqifə 
Yadigar saxla bu olsun etibarın kağızı.  
Molla Cümənin qəzəli: 
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir 
Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir. 
Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər 
Öz-özümə səbir verdim dedim mahi-taban gəlir. 
Çıxardıb al libasını geyibdi qara donları 
Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir. 
Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə 
Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir. 
Molla Cümə çıx daldadan səni görsün o sirdaşın 
Bəlkə canı qərar tapa eşidib bigüman gəlir. 
Hər  iki  sənətkarın  yaradıcılığında  çox  maraqlı  şeir-
lərdən  biri  xüsusilə  diqqəti  cəlb  edir.  Əcaba,  bir-birindən  xə-
bərsiz  yazılan  bu  müxəmməslərdə  necə  də  oxşarlıqlar  var. 
Bəlkə  Molla  Cümə  doğrudan  da  Vaqifin  bu  şeirini  nə  vaxtsa 
eşidib,  yaxud  hardasa  ona  qulaq  asıb.  Hər  halda  bu  şeirlər 
arasında yaxınlıq, bir-biri ilə tanışlıq göz qabağındadır. Görün, 
böyük  ustad  Vaqif  necə  də  sonrakı  yenə  də  ustad  olan 
sənətkarların yaradıcılığına yol tapırdı. 
Molla Pənah Vaqif: 
Gədə, mən qurban olum qaşları kaman bacına 
Belə bir şux baxan kirpiyi peykan bacına 
Məməsi misli-şəkər, gözləri ceyran bacına 
Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına 
Məst dəmənkəşi xəndani xuraman bacına. 
Molla Cümə: 
Gədə mən qurban olum 
Gözləri göyçək bacına. 
Başında kəlağayı 
Baftası ləçək bacına. 


 
308 
Saçları güləbatın 
Teli qurumsaq bacına. 
Qabağı ayna kimi 
Yanağı çiçək bacına. 
Him vurub qaş oynadan 
Sığallı birçək bacına. 
Gədə mən qurban olum 
Gözləri göyçək bacına. 
Hər  iki  sənətkarda  müxəmməs  gözəlin  tərifinə  həsr 
olunub.  Onun  gəzişi,  duruşu,  baxışı,  geyimi,  nazı,  qəmzələri, 
nadir  gözəlliyi,  üzü,  dişləri,  dodaqları,  baxışları  və  s.  Oxucu-
ların  icazəsi  ilə  mən  hər  iki  sənətkarın  müxəmməsindən  daha 
iki bənd gətirməyi məsləhət bilirəm. 
Vaqif: 
Görmüşəm gözlərimi - nərgizi məstanə kimi 
Gecə-gündüz gəzərəm çölləri divanə kimi. 
Ələ düşsə dönərəm başına pərvanə kimi 
Parə-parə ciyərim eyləmişəm şanə kimi 
İstərəm sarmaşam ol zülfü pərişan bacına. 
Molla Cümə: 
Gözləri büllur kimi 
Qaşlarının əyməsi xub. 
Qoynunda cüt şamama 
Yengicə dəyməsi xub. 
Belində gümüş kəmər 
Yaxasında düyməsi xub. 
Ayağında kişmir tuman 
Taftalı yun geyməsi xub. 
İstığa çəpkən olan 
Zər ciqqə əlcək bacına, 
Gədə mən qurban olum 
Gözləri göyçək bacına. 


 
309 
Molla  Pənah  Vaqif  və  Molla  Cümə  bütün  bəndlərin 
sonunda  birinci  bəndin  iki  misrasını  təkrar  edərək  şeirin  təsir 
qüvvəsini çoxaldırlar. 
Molla  Pənah  Vaqif  klassik  Azərbaycan  ədəbiyyatının 
orta  əsrlərdə  yetişdirdiyi  nadir  simalardan  biridir.  Doğrudur, 
kökündə,  mənbəyində  Azərbaycan  aşıq  sənətinin  ənənələri 
dayanır. Ancaq unutmayaq ki, Vaqif klassik şeir üslubunu çox 
heyrətlə  aşıq  sənəti  ənənələri  ilə  qovuşdurmuşdur.  Onun  ədə-
biyyatımız, mədəniyyətimiz tarixində ən böyük xidmətlərindən 
biri  də  budur.  Məsələn,  Vaqif  də  müxəmməs  yazıb,  Molla 
Cümə də. Vaqifin müxəmməslərinin ayaqları klassik şeir üslu-
bunda bərkiyib. Molla Cümənin müxəmməsləri isə saz havaları 
üstündə  qurulmuşdur.  Çox  zaman  hər  iki  sənətkar  eyni  rədif 
üstündə  müxəmməslərini  düzüb-qoşurlar.  Əlbəttə,  şeirlər  biri 
digərinin himayəsi ilə dünyaya gəlmişdir. Vaqif deyir: 
Dilbər, nə deyim sən kimi canan ələ düşməz 
Zülfün kimi heç zülfü pərişan ələ düşməz 
Ləbin kimi bir ləli-Bədəxşan ələ düşməz 
Bir yerdə belə həkimi-Loğman ələ düşməz 
Biçarələrin dərdinə dərman ələ düşməz. 
Molla  Cümə  isə  aşıq-saz  havaları  üstündə  düzüb  qoş-
duğu müxəmməsində deyir: 
Ey könül, qalxma səmayə 
Əvvəlki dövran ələ düşməz. 
Yarinən, həmdəminən 
Etdiyin seyran ələ düşməz. 
Çox keçər illər, aylar 
Olubdu viran, ələ düşməz. 
Lalə, nərgiz, tər bənəfşə 
Sünbülü-reyhan ələ düşməz 
Gül solub bülbül gedib 
Ölübdür bağban ələ düşməz. 
Molla Pənah Vaqifin və Molla Cümənin bədii cəhətdən 
çox  kamil,  təsirli,  bəlkə  də  oxşar  süjetli  təcnisləri  var.  Yalnız 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə