Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə91/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   87   88   89   90   91   92   93   94   ...   104

 
310 
qoşmalarda,  müxəmməslərdə,  qəzəllərdə  deyil,  hətta  təcnis-
lərdə  də  hər  iki  sənətkarın  gözəl,  axıcı,  gözoxşayan,  ürəyəya-
tımlı təcnisləri çoxdur. Onları oxuduqca oxumaq istəyirsən. 
M.P.Vaqifdə: 
Çəkilir sürmələr, qaralı gözlər 
Alır məndən səbri qaralı gözlər 
Yoluna baxmaqdan qaralı gözlər 
Gəl indi bir quru ayağilə sən. 
Molla Cümədə: 
Bağ yetirdim bar tapmadım öz əlim 
Ha hərrədim boş qayıtdı öz əlim 
Qızıl gülə həsrət qoydu öz əlim 
Bülbüllər yaşırdı a yazı məndən. 
Molla  Pənah  Vaqifin  qoşmaları  elə  bil  ki,  cüt  –  qoşa 
yazılmışdır. Bu ənənə Vaqif yaradıcılığında əsas yerlərdən biri-
ni  tutur.  Əgər  diqqət  eləsək,  Molla  Cümə  də  tək  şeir  qoşma-
mışdır.  Eyni  rədifdə  ən  azı  iki  qoşması  –  şeiri  vardır.  Mən 
aşığın  şeirlərini  toplayarkən  onu  tanıyanlar,  qocalar  deyirdilər 
ki, Molla Cümə tək şeir  yazmamışdır. (Əlbəttə, bu ənənə onun 
qoşma,  gəraylı,  divani  və  bəzən  də təcnislərinə  aiddir.)  Məsə-
lən,  Vaqifin  məşhur  rədiflər  əsasında  yazılan  qoşmalarından 
bəzilərinə nəzər salaq: 
Xeyli vaxtdır ayrılmışıq yar ilən 
Gördük amma tapışmadıq ayrıldıq. 
…Olmayaydı belə səfərə çıxmaq 
Biz yar ilə danışmadıq, ayrıldıq. 
Yaxud başqa bir misal: 
Açıq başda əgər olsa bir dilbər 
Onda bu nişanlar müəyyən gərək. 
…Bulud zülflü, ay qabaqlı gözəlin 
Duruban başına dolanmaq gərək. 
«Gərək»  rədifli  qoşmaların  sayı  çoxdur.  Belə  misal-
lardan daha çox misal çəkmək olar. Molla Cümə isə əsasən  iki 


 
311 
oxşar  rədifli  qoşma  söyləyir.  Heç  vaxt  onda  bir  rədifli  qoşma 
olmayıb, iki-üç oxşar rədif var, ancaq bir rədifli yoxdur.  
Bəd əsilnən dost olmayın qardaşlar, 
Bəd əsil dost olan ahu-zar eylər. 
…Necə dad etməyim ay fələk, 
İsmi-Pünhanın mənə zəlalət eylər. 
Belə misalları daha çox gətirmək olar. 
Çox  zaman  hər  iki  sənətkar  eyni,  oxşar  bir  mövzuya 
şeirlər  həsr  edirlər.  Molla  Cümənin  mənim  çox  sevdiyim 
«Ağlayanda»  rədifli  qoşması  var,  5  bənddən  ibarətdir.  M.P. 
Vaqifin  də  həmin  mövzuya  həsr  etdiyi  qoşması  var.  O  da  5 
bənddir. Maraqlı cəhət odur ki, hər iki sənətkar mövzu ilə bağlı 
çox  ibrətamiz,  təsirli,  bədii  cəhətdən  yüksək  səviyyəli  oxşar 
bədii dil vasitələri, bənzətmə, ibarə, obrazlı  müqayisələr seçir-
lər.  Onların  bu  bədii  dil  vasitələri  ilk  baxışda  oxşar  kimi 
görünür. Ancaq bədii təsir qüvvəsi  ilə orijinal və bənzərsizdir. 
Məsələ burasındadır ki, hər iki qoşma oxucuda çox dərin bədii 
vüsət oyadır. 
Vaqif: 
Məni qərq eylədin qəm dəryasına 
Ey çeşmi-xumarım nöşün ağladın, 
Ey gözüm, nə dəyib köyrək könlünə 
Ey şirin göftarım, nöşün ağladın. 
 
Hər kəs görən dəmdə öz sirdaşını 
Məgər tökər qabağını-qaşını 
Oda yaxdın ciyərinin başını 
Vaqif der: dildarım nöşün ağladın. 
İndi gəlin, Molla Cümənin həmin mövzuda olan qoşma-
larından misallara nəzər salaq: 
Beyqafıl qovrulub məlul ağladın, 
Müşkül oldu halım sən ağlayanda, 
Elə bil ağladın canım dağladın 
İtirdim kamalın sən ağlayanda. 


 
312 
 
Qurban olum gözlərinin yaşına 
Səbir eylə ol xudanın işinə 
Bir od saldın ciyərimin başına 
Ay bülbül sədalım sən ağlayanda. 
Molla Cümə bütün realist həyatdan, eldən-gündən gələn 
mövzularla yanaşı, mifik və əfsanəvi obrazlara da qədim Şərq, 
Azərbaycan, İslam mifologiyasına da çoxlu əsərlər həsr etmiş-
dir. Bu mövzuda olan şeirlərdən bir neçəsinin adını qeyd edək. 
«Mədəd»,  «Şükür»,  «Dünya»,  «Dünyadır»,  «Neylədin», 
«Yarəb», «Bax»  və s. rədifli şeirləri  buna  misaldır.  Aşıq hətta 
digər  mövzulara həsr elədiyi şeirlərində də  tez-tez  mifoloji  və 
əfsanəvi  obrazlara  müraciət  edir.  Belə  şeirlər  onun  ilahiyyat 
elminə, qədim İslam mədəniyyətinə, Qurani-Kərimə bələdliyini 
təsdiq edir. Molla Pənah Vaqif də əsl realist bir sənətkardır. O, 
o  dövrün  həyatını,  həyat  gerçəkliklərini  canlı,  real  gözəlləri 
tərifləmişdir. Onun gözəlnamələri hər gün və tez-tez rastlaşdığı 
el,  oba  qızlarına  həsr  edilmişdir.  Böyük  şairin  real,  üzvi, 
müqəddəs  aşkara  məhəbbəti  də  böyük  və  tükənməzdir.  Bu  o 
demək  deyildir  ki,  M.P.Vaqif  qədim  Şərq,  Azərbaycan,  İslam 
rəvayət, dastan, lətifələrinə bələd olmamışdır. Aşağıda görəcə-
yimiz  misralar aydın  surətdə  sübut  edir  ki,  adlarını  çəkdiyimiz 
miflər  tarixi  və  əfsanəvi  obraz  və  şəxslər  haqqında  olan 
rəvayət,  miflərlə  tamamilə  tanış  idi.  Yenə  də  təkrar  edirik  ki, 
Molla  Pənah  Vaqif  yaradıcılığının  üslubu  belədir,  o  formalar 
bunu  belə  tələb  edirdi.  Böyük şairin  saysız-hesabsız  qoşma  və 
gözəlnamələri  həyatın  özündən  nəşət  edirdi,  elin  ən  böyük  və 
həm də ən incə gözəlləri haqqında təranələri dağ çeşməsi kimi 
büllur,  saf  qaynaqlardan  təbii  yolla  axıb  gəlirdi.  Qoşmalardan 
bəzi misallar: 
Bir məlahət kanı, Yusifi-sani, 
Yüz Züleyxa, yüz min Yusifi-Kənan. 
Oturuşu şirin, danışı Leyla 
Ağ sinəndir təxti Süleyman kimi. 


 
313 
Gedin deyin o ləbləri Yəmənə 
Olsa yüz min Tuba boylu gül bədən. 
Mən bir Fərhad, sən bir Şirin dəhandan… 
Fərhad Şirin üçün sığındı dağa 
Məcnunun oylağı Leyli dağıdır. 
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm… 
Döndəribdir məni Şeyx Sənana 
Cam içmişəm mən məstanə gəlmişəm. və s. 
Vaqifin «Mənim» rədifli qoşmasından daha bir bənd: 
Vəhdətim, xoş günüm, söhbətim, dəmim 
Fəxfürum, Qeysərim, Cəmşidim, Cəmim 
Xosrovum, Xaqanım, şahi-əzəmim, 
Padişahım həm əla sultanım mənim.  
Azərbaycan aşıq sənətinin əlamətlərindən, bəlkə də əsas 
xüsusiyyətlərindən  biri  də  aşıqların  şeirlərdə  işlətdikləri  rədif-
lərdir. Rədif sadəcə sözlər deyil, onlar bəlkə də aşıq şeirlərinin 
bəzək-düzəyidir.  Çox  zaman  rədiflər  ayrı-ayrı  bəndlərdə  hətta 
qafiyələri  də  çəkib  gətirir.  Rədiflər  aşıq  şeirlərinin  ayrılmaz 
tərkib  hissəsidir.  Çox  zaman  aşıq  qoşmalarının  ümumi  təsiri 
məhz  onlarda  işlədilən  rədiflərlə  əlaqədardır.  Belədir,  hər  bir 
aşıq  şeirinin  birinci  bəndində  ikinci  misrasının  sonu  rədiflə 
tamamlanır.  Sonra  bu  rədiflər  qoşmaların  qalan  bəndlərində 
dördüncü misrada tez-tez təkrar olunur. Ustad aşıqların birinci 
bənddə  işlətdiyi  rədiflər  sonrakı  bəndlərdə  dəyişilmir,  eynilə 
təkrar  olunur.  Bu,  xüsusi  bir  qayda  ilə  qorunmuş  qanundur. 
Molla Pənah Vaqif qoşma və təcnislərində klassik rədiflər var. 
Bunlar  sonrakı  aşıqlarımızın  şeirlərində  təkrar  olunmuşdur. 
Heç kəs deyə bilmir ki, rədifləri bir aşıq başqasından götürüb. 
Rədif  özü  qoşmalarla  qoşa-qoşa  gəlib  özləri  xüsusi  bir  qayda 
ilə  yerləşirlər.  Klassik  aşıqlarımızın  rədif  işlətməsində  Molla 
Pənah  Vaqifdə  bir  yenilik  var.  Başqa  sözlə,  rədif  sonrakı 
bəndlərdə  eyni  ilə  təkrar olunmur,  oxşar  səslərlə  əvəz  olunur. 
Bir neçə misal çəkək: 
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə