Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə87/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   83   84   85   86   87   88   89   90   ...   104

 
296 
Dügiylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz motal da yoxdu.
Hüseyn Bozalqanlı:
Nə odun var evdə ocaq qalayaq,
Nə yağ var ki, plov üstə calayaq,
Gedək kimin sinisini yalayaq,
Ölmürük, itmirik əcəl də yoxdur.
Vaqif aşıqların  içində  böyüyüb. Kiçik  yaşlarından onun
sinəsi  el  sözləri,  aşıq  dastan  və  qoşmaları  ilə  dolmuşdu.  Ona
görə hələ Qazaxda ikən ilk şeirini də qoşma üstündə yazmışdı.
Xalq  aşıq  şeirlərində  böyük  məharətlə  ifa  edilən  məhəbbət
mövzusu onun  yaradıcılığında da əsas istiqamət olaraq qalırdı.
Vaqif  artıq  Qarabağa  sinəsi  el  sözləri  ilə  dolu  gəlmişdi.  Vaqif
Azərbaycan  aşıq  sənətinin  yetirməsidir.  Ona  görə  də  qoşma,
təcnis,  gözəlləmələrin  əksəriyyəti  ustad  aşıqlarımızın  rədiflə-
rinə  bənzəyirdi.  Beləliklə,  Vaqif  yaradıcılığı  üçün  Qarabağda
gözəl  şərait  yaranmışdı.  Onun  qoşmaları  dağ  çeşməsindən  gə-
lən  büllur  bulaq  kimi  axıb  tökülürdü.  Hətta  ən  böyük  ustad
aşıqlarımızı da heyrətə gətirirdi.
Qarabağın  Abdal-Gülablı  kəndindən  olan  böyük  aşığı-
mız Valeh cahannamə yazıb. Bu şeirdə Şərqin böyük sənətkar-
larının,  hökmdarlarının  adlarını  çəkir.  Son  bənddə  Vaqif  yad
edilir.  Çox  diqqətəlayiqdir  ki,  Valeh  Vaqifi  böyük  sənətkar
adlandırır və həm də kamal sahibi hesab edir:
Hanı Molla Pənah bivəfa cahan
Təxəllüsü «Vaqif», nəzmi dürəfşan
İndi eyləmisən xak ilə yeksan
Tapmaq olmaz o kamalda can hanı?
Firidun  bəy  Köçərli  əsərlərində  Əli  adlı  bir  aşıq  haq-
qında məlumat vermişdir. O yazır: «Aşıq Əlinin bir neçə kəla-
mından  ki,  Mirzə  Yusif  Qaracadaği  tərtib  etdiyi  məcmuədə
dərc olunmuşdur. Belə məlum olur ki, onun elm və savadı yox
imiş  və  ona  şair  deyilməyib,  aşıq  deyilib».  F.Köçərli  sonra
göstərir  ki,  kəlamından  görünür  ki,  aşıq  Əli  Vaqifin  müasiri


 
297 
olmuşdur.  Aşığın  şeirləri  içərisində  ədib  həm  lətafətlilərinin, 
həm  də  qüsurlu  olanlarının  da  olduğunu  qeyd  edir.  Rəvan  və 
təsirli şeirlərindən misallar verir. 
Əliyəm, çox çəkdim dərdi bəladan, 
Qəm əl götürmədi mən mübtəladan, 
Aləmi-ərvahda qalü-bəladan, 
Xun cigərli qara dağlı olmuşam. 
Bundan  sonra  F.Köçərli  aşıq  Əlinin  Vaqifi  tərif  etdiyi 
qoşmasını da misal gətirir. Dörd bənddən ibarət olan bu şeirin 
son bəndi belədir: 
Əli çəkər gecə-gündüz ahı-zar 
Kəsildi müdarə, getdi ixtiyar 
Vaqif olsun bu mənadan xəbərdar 
Mədinə kuyinə Səkinə gəlmiş. 
Deməli,  Aşıq  Əli  Qaracadağdan  Qarabağa  Vaqifin  hü-
zuruna gəlmiş, başqa sözlə, ona pənah gətirmişdir. Firidun bəy 
Köçərli sonra belə bir qeyd verir: Səkinə aşıq Əlinin arvadıdır. 
Qaracadağdan  Qarabağa  gələndə  aşıq  Əli  öz  hərəmini  dəxi 
oraya  gətirmişdi  və  Molla  Pənahın  övrəti  Mədinə  ilə  Səkinə 
görüşübdür. 
Vaqif  bütün  Azərbaycan  ədəbiyyatına,  xüsusilə  də  aşıq 
sənətinə böyük və qüdrətli təsir göstərmişdir. Belə bir sualı da 
axtarmaq  istəmişəm.  Deyərlər  ki,  Molla  Cümə  Vaqifi  oxuya 
bilərdimi? Necə və hansı bir yolla? Aydındır ki, təkrar edirəm, 
bütün ustad aşıqlarımız səyyar sənətkarlardır. Onlar ömrü boyu 
el,  ölkə  gəzirlər.  Aşıq  Ələsgər  deyirdir  ki,  o,  aşıq  kimi  diyar-
diyar  gəzmişdir.  Aşıq  Hüseyn  Bozalqanlı  deyir  ki,  o,  «Koroğ-
lu» dastanının  ən  böyük  qollarından  birini  Göyçəli  aşıq  Musa-
dan  almışdır.  Qurbani  Dədə  Yediyarın  yanına  getmişdi.  Aşıq 
Valeh  Dağıstana  Zərnigarın  görüşünə  yollanmışdı.  Xəstə 
Qasım isə Dağıstanda Ləzgi Əhmədlə görüşmüşdü. 
Azərbaycan  aşıq  sənəti  bənzəri,  bərabəri  olmayan 
böyük mənəvi sərvətdir. Bu böyük sərvəti Azərbaycan xalqının 
ustad aşıqlar kollektivi yaradıb. Mənə belə gəlir ki, əsrlər boyu 


 
298 
Azərbaycanın  müxtəlif  rayon  və  bölgələrində  yaşayıb-yaradan 
aşıqlar biri digəri ilə əlaqədə olmuş, bu böyük və kamil sənətin 
ölkənin hər bir guşəsində yayılması üçün əlindən gələni əsirgə-
məmişlər. Xəstə Qasım Dağıstana gəzməyə getməmişdi. O, bu 
bölgənin  aşıqları  ilə  əlaqə  yaratmaq,  yaxından  tanış  olmaq 
üçün  getmişdi.  Həm  öyrədir,  həm  də  öyrənirdi.  Bu  mənada 
böyük  sənətkarımız  Vaqifin  qoşmaları  məhz  görkəmli  aşıqla-
rımız vasitəsilə ölkənin bütün ucqar guşələrində belə yayılırdı. 
Vaqifi  bütün  Azərbaycan  aşıqları  tanıyır,  əsərlərini  oxuyur  və 
yayırdılar.  Vaqif  Azərbaycan  aşıq  sənəti  üçün  bir  məktəb 
olmuşdu. 
Molla Pənah Vaqifin cüt gözəlin tərifinə həsr edilən  iki 
şeiri  var,  qoşma  üstündədir.  Şeirin  birində  gözəllərin  adları 
çəkilmir, heç bir nişanəsi də göstərilmir. Həmin şeirdən nümu-
nələrə diqqət yetirək: 
Bir-birinə həmdəm iki növcavan 
Biri güldür, biri gülgəz yanaqlı, 
Biri tər sinəli, ayna əndamlı 
Biri nar məməli, nəsrin buxaqlı. 
…Biri bəstə boylu, narınc örtüklü 
Biri şux baxışlı, xəncər kirpikli 
Biri dal gərdənli, süzgün sümüklü 
Biri uzun qaşlı, həm gen qabaqlı. 
Şair cüt gözəlin tərifinə həsr elədiyi ikinci şeirində artıq 
gözəlləri reallaşdırır, öz adı və gözəlliyi ilə tərifləyir. 
Səhər-səhər həsrətilən gəzirdim 
Cüt qoşa nar gördüm iki sinədə 
Birisi qız idi, birisi gəlin 
Can qurban eylərəm ikisinə də. 
…Gəlinin yaxası polad iynəli 
Qızın yaxasıdır çarpaz düyməli 
İkisin də gərək gözəl öyməli 
Can qurban eylərəm ikisinə də. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə