Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə83/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   79   80   81   82   83   84   85   86   ...   104

 
282 
sonsuz  dərəcədə  genişdir.  Şairi  yaşadan,  şöhrətləndirən  də 
məhz daxili dünyasıdır.  
 
Böyük  Ulu  Dədəmiz  Qorqud  deyirdi  ki,  hanı  dediyim 
bəy ərənlər dünya mənimdir deyənlər. Molla Cümə Dədəmizin 
elə  bil  bu  sözlərinə  qüvvət  verən  bir  şeirində  –  iri  həcmli 
qoşma üstündə olan bir şeirində deyirdi: 
Kənanın şöləsi, Misir sultanı, 
Yusif Züleyxanı neylədin, dünya. 
Abi-həyat üçün varan zülmətə, 
İskəndər Zülqərneyni neylədin, dünya. 
Bisutun dağında çalışan səngə, 
Fərhad tək şeydanı neylədin,dünya. 
Başında məskəni, quşlar yuvada 
Məcnunla Leylanı neylədin dünya. 
İslamın çırağı, haqqın həbibi 
Məhəmməd Mustafanı neylədin dünya. 
Allahın yolunda Zülfüqar çalan, 
Əli tək aslanı neylədin, dünya. 
Molla Cümə böyük sənətkardır. Onun özünəməxsus mü-
rəkkəb, geniş, zəngin, poetik dünyası var. Molla Cümə özünün 
dediyi kimi hər şeydən qabaq aşıqdır, özü də böyük aşıqdır. O, 
dünyaya  nəzər  salıb  sakit  dayana  bilməz,  gördüyün  çağır-
malıdır.  Bu  cəhətdən  Molla  Cümənin  eyni  zamanda  necə  de-
yərlər, ictimai-fəlsəfi, dini-ürfani dünyası da var. Bu dünya onu 
daha  çox  düşündürmüş,  valeh  etmişdir.  Yaşadığımız  dünya 
ziddiyyətlərlə  doludur.  Bunlar  haqqında  Molla  Cümənin  özü-
nün  xüsusi  aləmi  var.  Bu  aləmi  açmaq  eyni  zamanda  aşığın 
daxili  ziddiyyətlərini  aşkarlamaq  deməkdir.  Molla  Cümənin 
bilavasitə  dünyaya  müraciətlə  bir  neçə  şeiri  var.  Bu  şeirlər 
«Dünya» rədiflidir,  iri  həcmli şeirlərdir, qoşma və müxəmməs 
üstündədir. 
Bəlkə  də  müqayisəsi  yerinə  düşməz,  ancaq  mən  öz 
müqayisəmi  aparacağam.  Hazırda  məncə  sirr  deyil.  Molla 
Cümə Baş Göynükdə, Baş Layisqidə, Aşağı Göynükdə, Aşağı 


 
283 
Layisqidə  oturub  bu  qədər  elmi-dini,  ürfani,  fəlsəfi,  ictimai 
məlumatları  haradan  almışdır.  Axı  o,  bizə  məlum  oluduğuna 
görə yalnız bir neçə dəfə Dağıstana getmişdir. Vəssəlam. Mən 
bir  dəfə  öz  təəccübümü  bildirmək  üçün  belə  bir  müqayisə 
aparmışam.  Axı  bizim  böyük  Nizamimiz  yalnız  Gəncədə  otu-
rub dünya bədii fikrinin fövqünə yüksəlməmişdirmi? Cümə də 
belə bir möcüzənin sahibidir. Molla Cümə bəzi şeirlərində özü 
də dini-ictimai şeirlərində böyük  həqiqətlər açır. Mən belə bir 
qənaətdəyəm  ki,  Molla  Cümə  məşhur  islamşünas  alimdir  – 
üləmadır.  
Qanıram ustaddan almışam dərsi, 
Oxumuşam ərəb, türk ilə farsi, 
Fikrim seyr eyləyər ərşinən kürsü, 
Dərin kitabların mənasıyam mən. 
O,  İslamı  bütün  təfərrüatlarına,  incəliklərinə  qədər 
öyrənmişdi.  Aşığın  xüsusilə  mifologiyaya  həsr  edilən  şeirlə-
rinin təhlili bunu aydıncasına göstərməkdədir. 
Molla  Cümə  dünyaya  həsr  elədiyi  bütün  şeirlərində 
ondan  qəti  surətdə  narazıdır.  Aşığa  görə  dünya  dünyada  baş 
verən  bütün  bədbəxtliklərin  səbəbkarıdır.  Molla  Cümə  elə  bil 
dünya ilə üz-üzə dayanıb ona hökm oxuyur, bütün hərəkətlərini 
birbaşa  üzünə  deyir.  Belə  bir  xalq  deyim  var.  «Dünya  beş 
gündür  beşi  də  qara».  Xalq  beş  günün  heç  birisini  bəyənmir, 
hamısı  bədbəxtliyin  mənbəyidir.  Böyük  şairimiz  Səməd  Vur-
ğun  hələ  Böyük  Vətən  müharibəsi  ərəfəsində  elədiyi  məruzə-
lərin birində xalq ədəbiyyatından danışanda belə bir bayatısını 
seçib misal gətirmişdir. 
Əzizinəm gülə naz, 
Bülbül eylər gülə naz, 
Dünya bir qəmxanadır 
Ağlayan çox gülən az. 
Poeziyamızın  günəşi,  şərəfi  Məhəmməd  Füzulidə  belə 
misralar var. 
Dünya işinin mədarı yoxdur, 


 
284 
Heç kimsəyə etibar yoxdur, 
Eylər birisini sahibi tac 
Ol birisini eylər ona möhtac. 
Biz  bunlara oxşar  misraları  Molla Cümənin şeirlərində 
də tapırıq: 
Cahan kandır qullar asi, 
Cürə-cürə yaranıbdır. 
Kimi varlı kimisi ac 
Kimi qoyar qızıldan tac. 
Bu  cəhəti  biz  xüsusilə  Molla  Cümənin  qoşma  üstündə 
söylədiyi iri həcmli şeirlərində görməkdəyik: 
Fələk məni ondan betər tərsə saldı işimi, 
Fərhad cürə eşq ucundan dağıdımmı başımı, 
Tahir sifət qərq oluban ümmanda əgləşmişəm. 
Molla  Cümə  əsərlərində  ən  çox  dünyadan  şikayətlənir. 
Bununla  belə  dünya  sözünün  əvəzediciləri  də  var  fələk, 
zamana, aləm, qəza, qəzavü-qədər və sairə. Dünyadan sonra ən 
çox işlənən «fələk»dir. Molla Cümə hətta fələyə bir neçə şeirini 
də  həsr  etmişdir.  Fələk  haqqında  folklorumuzda  çoxlu  nümu-
nələr vardır. Bir sıra atalar sözü: «Fələyin qaydasıdır dağı dağ  
üstdən çəkər», «Fələyin zoruna  heç nə kar eləməz», «Fələyin 
çərxi dönər». Məşhur Azərbaycan bayatı ustadı Ələminin baya-
tısını Övliya Çələbi əsərlərinə salıb saxlamışdır. 
Ələmi halım fələk,  
Dil bilməz zalım fələk,  
Kəsdin can bağçasından 
İki nihalım fələk. 
Mən aşiqəm yüz yalvar, 
Yüz oturub yüz yalvar, 
Fələk bildiyin eylər  
Sən istəsən yüz yalvar. 
Nəcəf bəy Vəzirov deyir: «Çəkmə çəkə bilməzsən 
bərkdir fələyin yayı».  


 
285 
Fələyi  tez-tez  ərşi-fələk  adlandırırlar.  Fələk  də  Allah 
kimi göyün bir qatındadır. Məhəmməd Füzuli deyir: «Fələklər 
yandı ahımdan muradım şəmi yanmazmı». Yaxud böyük sənət-
karın belə bir beyti də yadıma düşdü: 
Değil bihudə gər yağsa fələkdən başıma daşlar 
Binasın tişeyi ahimlə viran etdiyimdəndir. 
Məhəmməd  Füzuli  ahının  külüngü  ilə  fələyin  binasını 
viran eyləmişdir. 
Aman fələk aman sənin əlindən, 
Axır məni böylə günə yetirdin. 
Bir dərdim artırıb minə yetirdin. 
Molla  Cüməyə  görə  fələk  indiyə  qədər  heç  kəsin 
əlindən  tutmayıb.  Fələk  azğındır,  fələk  qorxunc  bir  qüvvədir. 
Onu  da  deyim  ki,  fələkdən  bütün  məhəbbət  dastanlarında  da 
şikayət var. 
Yüz dərman tapıldı çarəmdən qeyri, 
Yüz dərdlər sağaldı yarəmdən qeyri, 
Fərhad ilə Məcnun Kərəmdən qeyri, 
Cümə tək murada yetməyən kimdi. 
Bəzən  aşıq  şeirlərində  göstərir  ki,  onu  sağalmaz  eşq 
dərdinə,  bəlasına  salan  da  fələkdir.  Fələyin  bəlasından  qurtar-
maq  mümkün  deyil.  Fələk  aşığı  elə  bir  dərdə  salıb  ki,  onun 
dərmanı yoxdur. Həyatda dərmansız dərdə düşən aşiqlər də var. 
Molla Cümə də onlardan biridir.  
Aman aman nə haldayam gör məni, 
Yaxam oldu göz yaşımın xırmanı,  
Səndə bitir hər bir dərdin dərmanı, 
Sən var ikən kimə gedim, ay fələk 
Çirkin oldu gözəl adım, ay fələk. 
Molla  Cümə  «f»  hərfi  üstündə  təcnis  yazıb.  Fələyə 
böyük bir müxəmməs həsr eləyib. 
Of fələk, yandım fələk, 
Görəndə dildarı fələk, 
Of fələk, öldüm fələk 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə