Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə86/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   82   83   84   85   86   87   88   89   ...   104

 
293 
Aşıqlarımız  Türkiyəyə,  Gürcüstana,  Qərbi  Azərbay-
cana,  Dağıstana,  İrana  səfər  edir,  həm  öz  şeirlərini  oxuyur, 
yayır, aşkarlayır. Şahidi olurlar ki, böyük ustad Vaqif onlardan 
qabaq  gəlib  elin  içərisində  dolaşır,  oralarda  çoxdan  şair  öz 
gözəl  gözəlləmələri  ilə  hakimdir.  Beləliklə,  baxın  Azərbaycan 
aşıqları məhz bu yolla Vaqif poeziyasına vaqif olurdular. 
Molla Cümə şeirləri ilə Molla Pənah Vaqif yaradıcılığı 
arasında  çox  aydınlıqla  görünən  tellər,  bağlar  var.  Böyük 
aşığımız  böyük  şairimizin  yaradıcılığı  ilə  necə,  nə  yolla  və 
harada tanış ola bilərdi? Mən çox inamla və cəsarətlə deyirəm, 
mənim  apardığım  müşahidələrimə  görə  Molla  Cümə  böyük, 
ulu  şairimizin  yaradıcılığına  vaqif  idi.  Ancaq  bu  sadəcə 
danışıqdır. Bunu sübuta yetirmək üçün çoxlu axtarışlar, müqa-
yisə və təhlillər aparmaq lazımdır. Bunun üçün xüsusi tədqiqat 
işləri  görmək  gərəkdir.  Əlbəttə,  bunu  tezliklə  birinci  axtarışda 
aşkarlamaq  çətindir.  Çox  ehtiyatla,  səbrlə,  diqqətlə  yoxlamaq, 
xalqımızın  hər  iki  sənətkarının  yaxınlıq  və  oxşarlığını 
göstərmək lazımdır. Uzun illər bu iki sənətkarın yaradıcılıqları 
arasında olan  yaxınlıq, tellər və bağlar  məni rahat  buraxmırdı. 
Axı  bu  möcüzədir, özü də  çox ibrətamiz  bir  möcüzədir. Vaqif 
və Molla Cümə yaradıcılıqları arasında yaxınlıq və oxşarlıq üzə 
çıxır.  Mən  bu  sahədə  kiçik  və  ilk  müşahidə  aparmaq  qərarına 
gəldim. Onu da deyim ki,  bu  yaxınlıq  və oxşarlığın çox dərin 
kökləri  var.  Bunları  axtarmaq,  üzə  çıxarmaq  folklorşünaslıq, 
ədəbiyyatşünaslıq üçün çox vacib problemlərdən biridir. 
Mən  şəxsən  bu  işə  formal,  xüsusi  müqayisələrlə  baş-
lamaq  istəyirəm.  İlahi,  hər  iki  sənətkarın  nə  qədər  də  oxşar, 
yaxın  əsərləri  var.  Elə  bunların  özü  də  sübut  edir  ki,  Molla 
Cümə  Vaqifi,  onun  dünya  şöhrətli  yaradıcılığını,  xüsusilə  də 
qoşma,  təcnis  və  deyişmələrini  yaxşı  tanıyır  və  ürəklə  bəhrə-
lənirdi.  Hər  iki  sənətkarın  eyni  bir  şeiri  üzərində  müşahidələr 
aparmaq uğurludur. 
Şeirlərində  Vaqif  əvvəlcə  gözəlin  portretini  çəkir,  gö-
zəlliklərini,  əlamətlərini  sadalayır.  Molla  Cümə  isə  «gözəl» 


 
294 
deyərək  müxtəlif  mənalar  üzərində  şeirini  tamamlayır.  Elə  bil 
Vaqif tərəfindən portreti çəkilmiş gözələ  vurulan  Molla Cümə 
ondan çarə istəyir. Başqa sözlə, Molla Cümə gözəli artıq tərif-
ləri, əlamətləri aşkar edilmiş hazır gözəldir. Vaqif isə onun gö-
zəlliklərini,  əlamətləri  ilə  şeirə  gətirir.  Vaqif  gözəl  sözünü 
müxtəlif mənalarda işlətməklə gözəlin gözəlliyini ustalıqla po-
etikləşdirir. Oxucuya aydın olsun ki, söhbət hər  iki sənətkarın 
gözəlin tərifinə elədiyi və bir-birinə oxşar, yaxın olan «gözəl» 
şeirindən gedir.  
Vaqif: 
Gözəl qamət, gözəl gərdən, gözəl üz 
Gözəl olmaz sən tək olsa, gözəl yüz 
Gözəl canı munca yetər, gözəl üz 
Gözəl deyil, etmə, gözəl alı sən. 
Molla Cümə: 
Gözəl bircə, gözəl, dayan burada 
Gözəl dərdim gözəl deyim sənə get 
Gözəl günüm gözəl qoydun qarada 
Gözəl, rəhmin gözəl eylə mənə get. 
                               Vaqif: 
Gözəl durub, gözəl gəzib, gözəl bax 
Gözəl kəlbəm, sal boynuma gözəl bağ 
Gözəl, seyrü kəşt eyləyib gözəl bağ 
Gözəl, dər budaqdan gözəl alı sən. 
Molla Cümə: 
Gözəl varmı gözəl dərdə dərmanım 
Gözəl aldı gözəl dinim, imanım 
Gözəlim sən, gözəl İsmi Pünhanım 
Gözəl doğru, gözəl cavab denə get. 
Hər iki sənətkarın elə şeirləri var ki, onlar arasında ox-
şarlıq,  yaxınlıq  göz  qabağındadır.  Burada  istər-istəməz  ustad-
şagird ənənəsi özünü aydıncasına göstərməkdədir. 
Vaqif: 
Bir fitnə fellinin, üzü xallının 


 
295 
Bir şirin dillinin qurbanıyam mən. 
Bir qənd məqallının ləb zülallının 
Bir ağzı ballının qurbanıyam mən. 
Molla Cümə: 
Bir zülfü ənbərə, qaşı peykərə 
Bir gözü xumara canım peşkəşdir 
Bir yanaq əhmərə, üzü qəmərə 
Bir dişi gövhərə canım peşkəşdir. 
Vaqif: 
Bir süsən muylunun, səmən boylunun 
Friştə xoylunun, mələk soylunun 
Bir cənnət küylünün, Tuba boylunun 
Bir şümşad qollunun qurbanıyam mən. 
Molla Cümə: 
Bir ismi əzbərə, əndamı tərə 
Bir cavan bəşərə, gözəl düxtərə 
Bir eşqi əxkərə çox zülümkərə 
Cüməyəm, əşkara canım peşkəşdir. 
Vaqif  Azərbaycanın  aşıq  sənətinin  ənənələri  üzərində 
pərvəriş  tapmışdır.  Onun  bütün  şeirləri  öz  köklərini  Azərbay-
can  aşıqlarının  şeirlərindən  götürür.  Beləliklə,  Vaqif  böyük 
ustad  sənətkar,  müəlim  kimi  formalaşmışdır.  Bunun  ikinci  bir 
tərəfi  də  var.  Azərbaycan  aşıq  sənətinin  ənənələrindən  güc-
qüvvət alan Vaqif  sonralar özündən sonra yetişən aşıqların, ən 
böyük  ustadları  da  daxil  olmaqla  ustadı  olmuşdur.  Vaqifdən 
sonra  elə  bir  Azərbaycan  aşığını  tapmaq  olmaz  ki,  o,  böyük 
sənətkarın  yaradıcılığından  bəhrələnməmiş  olsun.  Akademik 
Həmid  Araslı  yazır  ki,  XIX  və  XX  əsrlərin  aşıqlarının  çoxu 
Vaqifin  mövzularını  təkrar  etmiş,  onun  kimi  qoşmalar  yarat-
mağa çalışmış, onun qafiyələrini, rədiflərini və bədii ifadələrini 
dönə-dönə işlətmişlər. 
Vaqif: 
Bayram oldu heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdu. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə