Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə23/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   19   20   21   22   23   24   25   26   ...   159

Antik dövrdə maşınqayırma 

62 

 

keçdikdən sonra bu valın köməyi ilə hər hansı bir fiqur hərəkət etdirilir 



və  ya  düdəklərdən  səslər  çıxarılır  və  i.a.  O  dövrdə  geniş  yayılmış 

mexanizm hər saatdan bir quşun hərəkət edərək oxuması idi.  

Ktesibios 

dəqiqliyi 

yüksək 

olan 


başqa 

bir 


saat 

da 


düzəltmişdir.  Bu  saatda  da  üç 

qabdan  istifadə  edilmişdir.  Qabda 

üzən  ağac  lövhənin  üzərinə  bir 

fiqur  bərkidilir.  Bu  fiqur  yuxarıya 

hərəkət 

etdikcə 


onun 

əlində 


bərkidilimiş 

çubuq 


yaxınlıqda 

yerləşmiş 

silindrin 

üzərindəki 

bölgüdə saatı göstərir (şəkil 1.28).  

Bu 


saatın 

düzəldilməsində 

Ktesibios 

müəyyən 


çətinliklə 

üzləşir.  O  dövrdə  saat  günəşin 

çıxması və batması ilə bağlı olaraq 

günün 


1/12 

hissəsi 


kimi 

hesablanırdı. 

Saatı 

müxtəlif 



uzunluqda 

olan 


vaxtlara 

uyğunlaşdırmaq  üçün    o,  suyun 

axmasını 

konik 


ventillə 

tənzimləyir.  İkinci  variantda  aralıq  qabın  deşiyi  böyüdülərək  orada 

yuxarı-aşağı  hərəkət  edə  bilən  üzük  yerləşdirilir.  Üzüyü  hərəkət 

etdirməklə suyun sürətini tənzimləmək  mümkün olurdu. Üçüncü üsulda  

üzərində  vaxt  qeyd  olunmuş  silindr  dönən  formada  hazırlanır  və  onun 

üzərindəki  bölgü  dönmə  bucağından  asılı  olaraq  müxtəlif  vaxtları 

göstərirdi.  Bununla  da  Ktesibiosa  antik  dövrdə  işləyən  saatların 

dəqiqliyini artırmaq nəsib olur.   

Ktesibios  apardığı  tədqiqatlarını  kitablar  şəklində  yazmışdır.  Çox 

təəssüflər olsun ki, onun məşhur əsərləri “Mexanikanın protokolu” (yun. 

"Memorandum on mechanics"), “Döyüş maşınları”(yun. "Belopoeica"), 

 

Şəkil 1.28. Su saatı. 



 


Antik dövrdə maşınqayırma 

63

 

 “Pnevmatika”  (yun.  "Pneumatica")  və  apardığı  elmi  işlər  haqqında 



ümumi  mənzərə  yaradan  “Yaddaş  qeydləri”  (yun.  "Memorabilia") 

tamamilə  itmişdir.  Ktesibiosun  ixtiralarından  bir  neçəsi  ondan  sonra 

yaşamış  isgəndəriyyəli  Heronun  və  romalı  Vitruvinin  işlərində  yenidən 

baxılmış və ətraflı təhlil edilmişdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  

 



 

 

 



 

 

 



 

 

 




Antik dövrdə maşınqayırma 

64 

 

 



Şəkil 1.29. İsgəndəriyyəli Heron. 

 

Isgəndəriyyəli Heron ( b.e. 

Ι



ΙΙΙ



 əsrlər) 

 

B

izim 

eranın 


əvvəllərində 

isgəndəriyyəli  Heron  (şəkil  1.29)  öz 

dövrünün  ən  məşhur  mühəndisi 

sayılırdı.  Heronun  tərcümeyi  halı 

üzün  müddət  müəmmalı  olaraq 

qalmışdır. Əsərlərində özünü “Heron 

Ktesibiu” 

adlandırması 

tarixçilər 

arasında  çaşqınlığa  səbəb  olmuşdur. 

Tərcümədə  bunun  “Heron  Ktesibios 

oğlu”  alınması  onun  məşhur  alim, 

b.e.ə. 

ΙΙΙ


  əsrdə  yaşamış  Ktesibiosun 

oğlu  olmasına  şübhə  yaratmışdır. 

Heron  öz  başqa  əsərlərində  ayın 

üzünün tutulmasından yazır ki, bu da 

onun 

bizim 


eranın 

əvvəlində 

yaşamasına  dəlalət  edir.  Çünki  ayın  üzünün  tutulması  hesablamalara 

görə  bizim  eranın  əvvəlində,  62-ci  il  martın  12-də  baş  vermişdir.  Onun 

Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər 

ki, onun atasının adı sadəcə olaraq “Ktesibios” olmuşdur.

 

 

Heron 



gördüyü 

işlərinin 

nəticələrini 

“Mexanika” 

(yun.“Mechanica”),  “Pnevmatika”  (yun.“Pneumatica”),  “Mudafiə 

maşınları”  (yun.  “Belopoeica”),  “Avtomatika”  (yun.“Automatics”)  və 

“Ölçmə  alətləri”  (yun.“Dioptra”)  əsərlərində  təsvir  etmişdir  [1.45, 

1.46].  Bundan  başqa  o  “Ölçmə”  (yun.“Metrica”)  adlı  həndəsə  və 

“Güzgü” adlı optika haqqında iki kitab yazmışdır. “Mexanika” kitabında 

Heron  əsasən  qaldırıcı  mexanizmlər  haqqında  məlumat  verir.  O  bu 

əsərdə  müxtəlif  mexanizmlərin  köməyi  ilə  qol  effektinin  praktikada 

tətbiqini  araşdıraraq  ling,  paz,  sonsuz  vint  və  dişli  çarxların 

kombinasiyasını  təsvir  edir.  Bir  riyaziyyatçı  kimi  Heron,  təsir  edən 

qüvvənin  və  qolun  qiymətindən asılı olaraq lingdə qol qaydasının işlə- 




Antik dövrdə maşınqayırma 

65

 

məsini  göstərmişdir.  Heron  həmçinin  kranların  və  böyük  həçmli  tikinti 



daşlarının  kəlbətin  və  pazların  köməyi  ilə  qaldırılmasını  da  izah  edir. 

“Müdafiə  maşınları”  əsərində  Heron  o  dövrə  qədər  məlum  olan 

katapultların  işləmə  prinsipini  göstərərək,  böyük  katapultlarda  ağır 

daşları  atdıqdan  sonra  katapultun  əvvəlki  vəziyyətə  gətirilməsini 

sürətləndirmək üçün əlavə mexanizm təklif etmişdir.  

Heronun “Ölçmə alətləri” əsəri antik dövr üçün çox təkmil olan ölçü 

alətini təsvir edir (şəkil 1.30).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



    

Şəkil 1.30. Dioptra. 

 

Bir tutgacda bərkidilmiş ağac silindrik lövhə sonsuz vintlərin köməyi 



ilə şaquli və üfiqi istiqamətlərdə hərəkət etdirilə bilir. Silindrin vəziyyəti 

Heronun düzəltdiyi su tərəzisinin köməyi ilə tarazlaşdırılırdı. 

Lövhənin üzərində şaquli ox ətrafında fırlana bilən, iki ucunda nişan- 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə