Giriş
3
nimsədikdən sonra uzun müddət bununla kifayətlənərək, heç bir yeni
şey ixtira etmək məcburiyyətində qalmamışlar. Yalnız yeniliklərin
cəmiyyət tərəfindən qiymətləndirilməsi və ixtiraların tezliyi sonuncu
minillikdə kəskin dəyişmişdir. Onu da qeyd etmək lazımdır ki, qədimdə
edilmiş ixtiralar, məsələn: Cənubi Amerikada kəşf edilmiş press,
Avstraliyada kəşf edilmiş bumeranq və eskimosların düzəltdikləri
harpunlar öz dahiyənalığı ilə heç də yeni dövrdə edilmiş ixtiralardan
geri qalmırlar. Ona görə də, “qədimdəki insanların intellektinin bu
gunkü insanlara nisbətən aşağıdır” demək düzgün olmazdı. Sadəcə
olaraq o zaman texniki təkamül çox yavaş gedirdi.
Texnikanın ləng inkişafı cəmiyyətin primitiv olması ilə bağlı idi. O
dövrdə insanlar tayfa başçılarının göstərişi ilə gündəlik azuqə əldə
etməklə məşğul idilər. Digər tərəfdən bu cəmiyyət çox konservativ
olduğundan hər hansı bir sadə insanın ixtira baxımından verdiyi yenilik
təklifi heç bir nəticə verməyəcəyi halda, bu onun öldürülməsi ilə
nəticələnə bilərdi. Ona görə də, mövcud texnikanın məqsədyönlü
təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə məşğul olan yox idi. Bu
təmayül kəndlərdə daha çox nəzərə çarpırdı. Sonradan böyük şəhərlərin
yaranması cəmiyyətin quruluşunda təkamülə gətirdiyi kimi, texnikanın
inkişafına da şərait yaratmışdır.
Digər tərəfdən böyük şəhərlərdə çoxlu insan kütlələrinin cəmləşməsi
yeni ideyalara malik insanların sıxlığını artırmışdır. Onu da qeyd etmək
lazımdır ki, hər bir cəmiyyətdə çox az adam tapılır ki, texnikanı inkişaf
etdirmək qabiliyyətinə malik olsunlar. Bu adamların yalnız kiçik bir
hissəsi özündə dözümlülük, enerji və cəsarət taparaq öz ideyalarını
praktikada reallaşdırmağa qadir olur.
Məsələn, Almaniyada patent idarəsinin verdiyi məlumata əsasən ildə
30 min yeni ixtira qeydiyyatdan keçir. Əgər Almaniyada yaşayan 80
milyon əhalini nəzərə alsaq, demək olar ki, hər 2666 nəfərə bir ixtira
düşür. Buradan göründüyü kimi, qədimdə kiçik tayfalarda (50-100
nəfər) ixtira etməyə qabil adamların olması ehtimalı bu günkündən çox
aşağı olmuşdur.
Giriş
4
Insanların cəmləşdiyi böyük yaşayış məntəqələrində ixtiraçıların
sıxlığı yüksək olduğundan bu cəmiyyətlərin texniki inkişafı da yüksək
idi. İxtiralar meydana gəldiyi andan dünyanın müxtəlif yerlərində
yaşayan başqa sivilizasiyalara da yayılmağa başlayır. Bu yeniliklər
əsasən aralarında ticarət əlaqələri olan dövlətlərə ötürülürdü. Eyni
prosesi ticarət yolunun üstündə yerləşən dövlətlərə də aid etmək olar.
Bizim eradan 1000 il əvvəl, yüksək mədəniyyətə malik olan Aralıq
dənizi hövzəsində yerləşən dövlətlər, Hindistan, Çin və Orta Asiya
dövlətləri arasında sıx əlaqə hökm sürürdü. Bu dövlətlərin birində
yaranan ixtira müəyyən vaxtdan sonra o biri dövlətlərə də yayılırdı.
Texniki təkamülün bir dövlətdən başqasına ötürülməsi həmin
dövlətlərdə hökm sürən təbii iqlimdən və onun coğrafi mövqeyindən də
asılı idi. Məsələn, qədimdə Avropada və Asiyada baş verən texniki
yeniliklərin Cənubi Amerikaya aparılmasının ləngiməsi də bununla
bağlı idi.
Sivilizasiyanın ibtidai inkişaf dövründə insanlar öz ilkin əmək
vasitələrini düzəltdikləri zaman, təbii hadisələri yalnız umumi şəkildə
müşayət edərək bu dəyişiklikləri emprik şəkildə tətbiq edə bilirdilər.
Cəmiyyətin sonrakı inkişafı ərəfəsində biliklərin artması və istehsala
artan ehtiyac nəticəsində təxminən XV əsrin ikinci yarısından
başlayaraq təbiətdə baş verən dəyişiklər hərtərəfli, elmi əsaslandırılmış
şəkildə öyrənilməyə başladı.
XVIII əsrdə İngiltərədən əsasını götürən və sonralar başqa ərazilərə
yayılan sənaye inqilabı, iri həcmli istehsalın maşınların tətbiqi ilə həyata
keçirilməsi ilə istehsal münasibətlərinin yeni formada təşkil olunmasına
gətirib çıxarmışdır. Yeni istehsal prosesində maşınların, kimya və digər
təbiət elmlərinin nəticələrinin tətbiqi texnikanın və cəmiyyətin yeni
səviyyəsi ilə diktə olunurdu. Sənaye inqilabının başlanğıcı dövründə
ilkin iş maşınlarının, məsələn, buxar maşınının və başqa texniki
vasitələrin tətbiqi məhdud elmi və praktiki təcrübələr əsasında aparılırdı.
Bu zaman yaranan yeni istehsal prosesi, elmin istehsal prosesinin
məhsuldarlığı ilə birbaşa əlaqələndirilməsinə gətirib çıxarmışdır. Buna
Giriş
5
görə də, bu dövrdən başlayarq texniki elmlər tətbiqi xarakter almağa
başlamışdır. İstehsal proseslərinin praktiki nəticələrə meyyilənməsi
texniki elmin başqa təbiət elmlərindən ayrılmasını zəruri etmişdir.
Texniki elmlər insanların məqsədyönlü fəaliyyət göstərmələri üçün
tətbiq olunan süni sistemlərin yaranma qanunauyğunluqlarını öyrənən
elmlər toplusu kimi formalaşmağa başlayır.
Həm təbii, həm də texniki elmlər fəaliyyət göstərmələri üçün böyük
məbləğdə vəsait tələb etmələri ilə bərabər, həm də müəyyən həcmdə
təcrübi biliyə malik insan kütləsinə ehtiyac yaradırdı. Bu insan kütləsi
xüsusu biliyə malik, texniki sistemləri layihələndirə və işlədə bilən
mühəndis və texniklərdən ibarət idilər. XIX əsrin ortalarına qədər
mühəndislər təbiət elmi ilə məşğul olan işçilərlə birlikdə fəaliyyət
göstərirdilər. Sonralar texnikanın istehsal proseslərində tətbiqi və
cəmiyyətdə rolu daha da artdığından, mühəndislər cəmiyyətdə bir elitar
qrup kimi çıxış etməyə başlayır.
Qədimdə
insanların
gündəlik
həyatının
yaxşılaşdırılmasında
mühəndislərin rolunun böyük olmasına baxmayaraq tarixi salnamələrdə
onlar haqqında çox az yazılmışdır. Bu onunla bağlıdır ki, tarixi
səlnamələr o dövrdə saraylarda yazılırdı. Bu salnamələrdə başqa
adamlara nisbətən saray əyanlarına daha çox yer ayrılırdı. Məsələn,
salnamələrdə şahlar güclü və qəhrəman döyüşçü kimi təsvir edilirdi.
Sezar haqqında hamı eşidib, amma onunla eyni zamanda yaşamış, ilk
dəfə mərkəzi istilik sistemini ixtira etmiş məşhur tikinti mühəndisi
Sergius Oratanı isə heç kim tanımır.
Təbiət elmləri son dörd əsrdə irəliyə misli görünməmiş addım
atmışdır. Keçmişdə geniş yayılmış astrologiya və kimyagərlik elmləri
ilə bərabər mühəndislik elmi də böyük sıçrayışla inkşaf etmişdir.
Sonuncu min illikdə müasir maşınqayırmanın əsaslarını öyrədən, yayan
və inkişaf etdirən texniki məktəblərin yaranması ilə mühəndislik elmi,
tanınmış mühəndislər tarixdə özünəməxsus yer tutmağa başlamışlar.
Mühəndislərin ixtiraları, yaratdığı əzəmətli tikililər, konstruksiyalar
məqsədyönlü şəkildə çap olunaraq, bu elmin incəliklərinin dünya infor-
Dostları ilə paylaş: |