Avtomatlaşdırmanın yayılması
491
məhsulun layihələndirilməsini yerinə yetirir. İlk dəfə olaraq CAD
sistemi
60-cı
illərin
əvvəlində MİT-də D.T.Ross tərəfindən
yaradılmışdır. Bu, NC sistemlərinin tətbiqi ilə şərtlənmişdir. Hissənin
modeli əsasında dəzgahların idarə proqramlarının yaradılması məsələsi
o dövrdə CAD sistemlərinin inkişafını stimullaşdırmışdır [3.18].
Kompyüterlərin tətbiqi ilə konstruksiyaetmə prosesi yeni mərhələ
qədəm qoyur. Konstruksiyaemədə aparılan aramsız tədqiqatlar
nəticəsində, layihələndirmə prosesinin təşkili, emal üçün optimal
həndəsənin yaradılması və qısa vaxtda CAD modellərinin hazırlanması
mümkün olmuşdur. CAD sistemlərinin tətbiqi maşınqayırmada daha ge-
niş tətbiq olunur. Artıq elektrotexnika, elektronika və tikinti də
avtomatlaşdırılmış konstruksiyaetmə sistemlərinin tətbiq sahəsinə
çevrilmişdir.
CAD sistemlərində hazırlanmış verilənlər sonrakı mərhələdə
texnoloji
proseslərin
layihələndirilməsində
istifadə
olunur.
Layihələndirmədə də kompyüterlərin tətbiqi özünə geniş yer almışdır.
Texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi üçün tətbiq
olunan CAP sistemləri prosesin idarə olunması və texniki avadanlığın
nəzarət edilməsinə imkan verir. Bu sistemlərin əsas tapşırığı texnoloji
marşrut sənədləri və avadanlığın seçilməsinin avtomatlaşdırılmış şəkildə
hissənin kompyüter modeli əsasında aparmaqdan ibarətdir. Belə
hazırlanmış texnoloji sənədlər, sonrakı mərhələlərdə prosesin idarə
olunmasında tətbiq olunur. CAM sistemləri texnoloji proseslərin birbaşa
avtomatlaşdırılmış layihələndirilməsi və işçi maşınlar üçün idarə
proqramlarının hazırlanmasında tətbiq olunur. Burada prosesin
aparılması zamanı baş verən dəyişiklikləri senzorların köməyi ilə qeydə
alıb, sonra kompyüterdə layihələndirmə zamanı tətbiq olunması imkanı
vardır. Proses verilənlərinin yığılması zamanı material və informasiya
axını arasında sıx əlaqə mövcuddur.
CAD/CAM inteqrasiya olunmuş sistemi ilə hissələrin hazırlanma
prosesini, konstruksiyaetmədən mexaniki emalı qədərki bütün
əməliyyatların təşkili və idarəsini asanlaşdırmaq olur.
Avtomatlaşdırmanın yayılması
492
CAQ sistemlərinin istifadəçi CAD/CAM və CAP sistemlərinin
tətbiqi ilə sıx əlaqədardır (şəkil 3.30). CAQ bir tərəfdən nəzarət
sənədlərinin avtomatlaşdırılmış hazırlanmasını, digər tərəfdən bu işin
istehsal şəraitində yerinə yetirilməsini əhatə edir. CAQ sistemlərinin
tətbiqi konstruksiyaetmə, layihələndirmə və nəzarət üsullarının tətbiqi
zamanı həndəsi, texnoloji və təşkilati verilənlərə istinad edir. Hal-
hazırda istehsalda keyfiyyətə qoyulan tələblər avtomatlaşdırılmış
nəzarət sistemlərinin köməyi ilə yerinə yetirilir.
Şəkil 3.30. Kompyüter inteqrasiya olunmuş texnoloji prosesin tərkibi.
Elektrikləşdirilmiş üsulların köməyi ilə prosesin hər hansı bir
parametrini elektrik siqnalı şəklində ölçüb, sonra transformasiya
etməklə, həmin parametrin dəyişməsi haqqında informasiya almaq olur.
Keyfiyyətə nəzarət sistemlərinin mürəkkəb ölçmə işlərində tətbiqindən
öncə, ölçmə işlərini hissələrin CAD modellərinin köməyi ilə
CIM
CAD/CAM
CAD
CAP
CAM
C
A
Q
İstehsal proq-
ramının işlənməsi
İstehsal proqramı
Vaxt və
yükləmənin
planlaşdırılması
Sifarişin verilməsi
Prosesə nəzarət
PPS
Avtomatlaşdırmanın yayılması
493
kompyüterdə simulyasiya etmək olur. Bunun nəticəsində, əməktutumlu
ölçmə işləri, vaxt və maya dəyəri baxımından optimallaşdırıla bilir.
Kompyüter inteqrasiya olunmuş istehsalın planlaşdırılması və idarə
olunması
sistemi
(alm.
PPS
-
Produktionsplanungs-
und
Steuerungssystem) avtomatlaşdırılmış prosesdə ayrı-ayrı yerlərlə
qarşılıqlı əlaqədə olub, prosesin əvvəldən sona kimi aparılması üçün
lazım olan təşkilati işləri özündə cəmləşdirir.
Texnoloji proseslərin avtomatlaşdırılmasının ən yüksək pilləsini
özündə əks etdirən kompyüter inteqrasiya olunmuş istehsaldır (CİM-
Computer Integraded Manufacturing). CIM texnologiyasının ilk
konsepti 1973-cü ildə ABŞ-da C.Harrinqton (ingl. J.Harrington)
tərəfindən işlənmişdir [3.19]. 80-ci illərdə informasiya texnikasının
inkişafı Almaniya və ABŞ-da maşınqayırma müəssisələrində bütün
informasiya axının və verilənlər bazasının inteqrasiya edilməsi
istiqamətində aparılan işlərin reallaşması üçün şərait yaratmışdır. 1985-
ci ildə Hannover sərgisində CIM texnologiyasının inkişafına aid
görülmüş işlərin nəticələri nümayiş etdirilmişdir. Kompyüter inteqrasiya
olunmuş istehsalda bütün informasiya axının açıq arxitektura əsasında
qurulması rəqəmli verilənlər əsasında işləyən avadanlıqlar üçün
planlaşdırılmış texnoloji proseslərin şəffaf şəkildə təsvir olunması,
həmçinin tətbiqi və etibarlı təşkil olunmasını mümkün etmişdir. CIM
texnologiyasında bir müəssisə daxilində iştirak edən şöbələr
kompyüterlərin köməyi ilə bir-biri ilə əlaqə saxlayır. Bununla, prosesin
məhsuldarlığını artırmaq və emala sərf olunan vaxtı azaltmağa imkan
yaranır.