Orta əsrlərdə Avropada texnikanın inkişafı
147
zım idi. Dəmir töküklərin dolayı yolla hazırlanması X
ΙΙΙ
əsrdə dəmir
istehsalının sürətlə artmasına gətirib çıxarmışdır. Avropada orta əsrlərdə
illik metal emalı 60 000 t qiymətləndirilir [1.19]. X
Ι
V əsrdən
başlayaraq tüfəng və topların hazırlanması dəmirin istehsalı və emalında
yeni bir mərhələ yaradır. Odlu silahlar getdikcə ov və müharibə üçün
əsas silaha çevrilir. Dəmirçiliklə bərabər sağanaqların hazırlanması üzrə
mütəxəssislər meydana gəlməyə başlayır.
İlk dəfə olaraq bürüncdən top 1326-cı ildə Florensiya (İtaliya), 1327-
ci ildə İngiltərə, 1332-ci ildə isə Çində hazırlanmışdır. Topların
istehsalında əsas problem atəş zamanı yaranan qaz təzyiqinə tab
gətirmək və gülləyə dəqiq istiqamət verməkdən ibarət idi. Bu tələbləri
sənətkarlar kiçik əl silahlarında olduğu kimi, böyük və ağır topların
hazırlanmasında da təmin etməli idilər.
İlk vaxtlarda dəmir toplar döymə yolu ilə düzəldilirdi. Döyülmüş
metal lövhə silinidrik ağac ətrafında əyilərək onun ağzı qaynaq edilirdi.
İlk vaxtlar bu topların mərmiləri kürə şəklində yonulmuş daşlardan
düzəldilirdi. Sonralar, dəmirin tökülməsi məlum olduqdan sonra onlar
bu yolla əldə edilmişdir.
Silahlarda boruların daxili dəqiqliyini artırmaq üçün onlar deşmə
əməliyyatına uğradılırdılar. Bu üsulun tətbiqi zamanı tələb olunan emal
dəqiqliyini təmin etmək üçün maşınların tətbiqi haqqındakı ilk məlumat
1373-cü ildə Trier şəhərindən gəlir. Bundan az sonra, 1420-ci ildə
Vyana əlyazmasında üfiqi quruluşlu turbin çarxı ilə hərəkət etdirilən
burğulama dəzgahı təsvir olunmuşdur. Burğulama əməliyyatı yonqarın
çıxarılmasını asanlaşdırmaq üçün aşağıdan yuxarıya aparılırdı.
Şəklil 1.94-də 1496-cı ildə Filips Monxun emalatxanasına aid olan
top burğulama dəzgahının çizgisi göstərilmişdir. Göründüyü kimi, emal
olunan Morze (top qülləsi) yerdə bərkidilir. Onun üst hissəsində
burğulama kəskiləri ilə örtülmüş ağac aşağıya hərəkət etdirilir. Alətə
veriş onlara bağlanmış iplərin köməyi ilə yerinə yetirilir. Alətin
dönməsi, onun asıldığı ağac lövhəyə bərkidilmiş qolların, atların
köməyi ilə fırlanması nəticəsində baş verir [1.77].
Orta əsrlərdə Avropada texnikanın inkişafı
148
Top hazırlamaq üzrə Avropada ilk emal mərkəzi Nürnberq şəhərində
yaradılmışdır. Sonralar İmperator Maksimilian hərbi sənayeni İnsburq
şəhərinə köçürür. Üzün müddət burada mürəkkəb və bahalı dəmir
töküklərindən hazırlanan toplar Avropa hökmdarları və böyük şəhərlərin
sifarişləri əsasında yerinə yetirilirdi. Şəhərlərdə sənətçilik daha sürətlə
inkişaf etməkdə idi.
Şəkil 1.94. Top qülləsinin burğulanması, Filip Monxun əlyazması,
1496-cı il.
Təkcə metal emalı üzrə metaldartan, bıçaq, kərənti, nal, mismar, yəhər,
qaşıq, kəlbətin, xəncər, çıraq, pərgar, qızıl, gümüş, kotan, lövbər, bülöv,
tava, dəmir qablar və zəncir üzrə ixtisaslaşmış dəmirçilər və həmçinin
top üçün sağanaq hazırlayan mütəxəssislər mövcüd idilər. Bu, əlbəttə
başqa sahələr üzrə mövcüd olan sənətçilərin siyahısını tamamlayır.1363-
cü ildə əhalisi təxminən 20000 olan Nürnberq şəhərində 1200 üsta 50
Orta əsrlərdə Avropada texnikanın inkişafı
149
sənətçi qrupunda cəmləşmişdir [1.19].
İxtisaslaşma böyük maşınlarla bərabər, alətqayırma və sənətçilikdə
işlədilən kiçik qurğuları da inkişaf etdirmişdir. Artıq X
Ι
əsrdə pərli
burğular şpindellə işləyən spiral tipli burğularla əvəz olunmuşdur.
Şpindelə hərəkət nazim
çarxların
köməyi
ilə
verilirdi. Alət bərkidil-
miş
şpindelin ucuna
qayış dolanır, qayışın
ucları
arasında
üfiqi
vəziyyətdə
yerləşmiş
ağac lövhə bərkidilir
(şəkil
1.95).
Lövhə
aşağıya basıldıqda, spin-
deldən dolanmış qayış
açılaraq onu fırlanmağa
məcbur edir. Bu zaman
nazim
çarx
qayışın
yenidən dolanması üçün
lazım olan enerjini top-
layır [1.78]. Bu burğu-
lama qurğusunun çatış-
mayan cəhəti fırlanma
hərəkətinin
fasiləsiz
olmaması idi. Yəni təs-
vir olunmuş mexanizm şpindeli yalnız məhdud sayda dövr etdirir və
sonradan şpindel öz əvvəlki vəziyyətinə qaytarılırdı. Başqa sahələrdə bu
üsulla bərabər əl ilə fasiləsiz fırlanmaya malik olan burğulama
alətlərindən də istifadə olunmuşdur (şəkil 1.96).
Tarixi mənbələrdə Venesiya şəhərində düzəldilmiş bir pardaq
dəzgahının təsvirinə rast gəlinir. Bu dəzgahın sxematik təsviri şəkil
1.97-də verilmişdir. Buradan göründüyü kimi aparıcı qasnaq oturdulmuş
Şəkil 1.95. Burğulama qurğusu, 1425-ci il.