Azərbaycanda maşınqayırmanın yaranması
512
neftçıxarma işləri və qazma avadanlığı istehsalının texnoloji təminatı
üçün mühəndislər hazırlanmağa başlanmışdır.
1932-ci ildə Azərbaycan Sənaye İnstitutunda “Metalların soyuq
emalı” kafedrası yaradılır və onun rəhbərliyi F.Yaroşevskiyə həvalə
olunur. 1942-ci ildən bu kafedra “Maşınqayırma texnologiyası” adlanır.
1950-ci ilin dekabr ayında mexanika, dəmiryol nəqliyyatı və tikinti
fakültələrinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradılır. Dos.,
t.e.n. F.Yaroşevski, dos., t.e.n. Semyanin və t.e.n. Sultanovdan ibarət
müəllim tərkibinə malik olan “Maşınqayırma texnologiyası” kafedrası
artıq ixtisas kafedrasına çevrilmiş və bu ixtisas üzrə mühəndislər
hazırlamağa başlamışdır. 1950-ci ildə bu ixtisas üzrə müxtəlif kurslarda
123 tələbə təhsil alırdı. “Maşınqayırma texnologiyası” ixtisası üzrə son
50 ildə hazırlanmış mütəxəssislərin sayı şəkil 3.43-də verilmişdir.
Buradan göründüyü kimi, 60
−
80-ci illər arasında mühəndis hazırlığı bu
sahəyə artan tələbatla bağlı olaraq sürətlə artmış və 90-cı illərdə
başlayan böhrandan sonra aşağı düşmüşdür. 1951
−
96-cı illərdə
Azərbaycanda bu ixtisas üzrə 15527 tələbə təhsil almışdır [3.30].
“Maşınqayırma texnoloğiyası” kafedrasında aparılan çoxsahəli elmi-
tədqiqat işləri yeni kafedraların yaradılması üçün zəmin yaratmışdır.
Yeni mühəndis hazırlığına yönəldilmiş bu kafedraların siyahısı cədvəl
3.2-də verilmişdir. Yeni kafedraların yaranması maşınqayırma ixtisası
üçün maddi-texniki bazanın möhkəmləndirilməsi, mütərəqqi fənlərin
tətbiqi və elmi-pedaqoji kadrların hazırlığı üçün əlverişli şərait
yaratmışdır. 1950-ci ildən 1970-ci ilə qədər bu sahədə 14 nəfər texnika
elmləri namizədi, sonrakı 30 ildə 55 nəfər texnika elmləri namizədi və
10 nəfər texnika elmləri doktoru yetişmişdır.
1993-cü ildən başlayaraq Azərbaycanda çoxpilləli təhsil sisteminə
keçidlə əlaqədar olaraq “Maşınqayırma və material emalı” istiqaməti
üzrə bakalavr hazırlığına başlanmışdır. 1997-ci ildən etibarən isə
Azərbaycan Texniki Universitetində magistratura açılmış və bu ixtisas
üzrə magistr hazırlığı həyata keçirilmişdir.
Azərbaycanda maşınqayırmanın yaranması
513
Cədvəl 3.2. Respublika sənayesində əsas məhsul növləri istehsalının
durumu [3.31].
Məhsulun növü
1990
1992
1993
1994
1995
1996
1997
Enerji kompleksi
Elektrik enerjisi, mlrd. kVt.s
13,2
19,6
19,1
17,6
17,0
17,0
16,8
Neft və qaz kondensatı, mln. t
12,5
11,1
10,3
9,6
9,2
9,1
9,1
Təbii qaz, mlrd. m
3
9,9
7,9
6,8
6,4
6,6
6,3
6,0
Metallurgiya sənayesi
Dəmir filizi, min t
501
360
374
4
1,5
3,9
3,2
Polad borular, min t
493
260
146
31
9,9
3,1
3,0
Maşınqayırma kompleksi
Mancanaq dəzgahları, min ədəd
5,2
2,9
1,9
0,3
0,06
0,07
0,07
Dərinlik nasosları, min ədəd
57,0
55,1
52,7
29,2
23,8
15,0
15,7
Dərinlik quyu ştanqları, min ədəd
527
393
161
35
0,5
00
17,7
Fontan armaturları, min ədəd
6,5
4,6
6,8
1,6
0,7
0,5
0,6
Elevatorlar, min ədəd
2,1
1,2
1,3
0,4
0,2
0,2
0,6
Atmaya qarşı qurğular, dəst
365
241
113
42
15
5
7
Yuyucu aqreqatlar, ədəd
764
216
170
72
50
36
51
Sınaq aqreqatları, ədəd
885
452
246
82
92
17
27
Təmir aqreqatları, ədəd
485
252
253
174
37
38
60
Elektrik mühərrikləri, min ədəd
4860
1637
1355
834
512
339
416
Güc transformatorları, min kVt
1996
651
226
97
56
124,5
116,7
Kompressorlar, min ədəd
1000,4
839
976,7
392,2
57,8
10,2
9,6
Soyuducular, min ədəd
330
223
228
97
25
6,8
0,1
Kondisionerlər, min ədəd
309
268
179
119
64
78,8
16,5