Antik dövrdə maşınqayırma
50
Arximed İsgəndəriyyədə təhsil aldıqdan sonra Sirakusiyaya yetişmiş
bir riyaziyyatçı kimi qayıdır. Əsasən riyaziyyatla məşğul olan Arximed
öz işlərini bir neçə əlyazmasında çəmləşdirmişdir. Onun “Konoida və
sfereoidlər”, “ Spiral haqqında”, “ Qum rəqəmləri”, “ Üzən cisimlər”,
“Kürə və silindr”, “Çevrənin ölçülməsi”, “Tarazlıqda olan səthlər”
kimi riyaziyyat haqqındakı elmi əsərləri bizə gəlib çatmışdır. Bunlardan
yalnız sonuncu üç əsər indiyə qədər orijinal formada qalmışdır. Digər
əsərlər müxtəlif vaxtlarda, müxtəlif adamlar tərəfindən köçürülüb və
izahatlar əlavə edildiyindən, hətta onların xronoloji ardıcıllığını
müəyyənləşdirmək çətinlik yaradır.
Arximed bir riyaziyyatçı kimi fəaliyyət göstərsə də, gündəlik
problemlərin həllindən də kənarda qalmamışdır. Sirakusiyada yaşayan
Arximed özünün ilk işlərindən bir neçəsini mexanikaya həsr edir. Lingin
və polipastin işləmə prinsipi, vint, cisimlərin ağırlıq mərkəzi və
Arximed qanunu mexanika sahəsində onun etdiyi vacib ixtiralardandır.
Arximed o dövrün ən məşhur mühəndis və konstruktorlarından sayılırdı.
Misirdə olduğu zaman tarlaları suvarmaq üçün ixtira etdiyi Arximed
vinti, nizələri, oxları və mərmiləri uzaq məsafələrə atmaq üçün işlədilən
katapultlar, gəmiləri batırmaq üçün kranlar Arximedin şöhrətini
əbədiləşdirən işlər olmuşlar. Təəssüflər olsun ki, bu maşınlar və başqa
ixtiraları haqqında Arximed heç bir əlyazma qoymamışdır. Plutarx bu
haqqda yazır:” Arximed o qədər məğrur idi ki, ona şöhrət gətirən
ixtiralar haqqında o heç bir əsər yazmamışdır.” Buna baxmayaraq
Arximedin “oyunçaqlar” adlandırdığı qurğular böyük tarixi ixtiralar
olduğundan
onun
ölümündən
sonra
antik
dövrün
bir
çox
mühəndislərinin əsərlərində özünə yer tapmışdır. Bu maşınların böyük
praktiki əhəmiyyəti onları nəsildən-nəsilə ötürərək illər boyu
yaşatmışdır.
Arximedin bir mühəndis kimi etdiyi ilk ixtira lingin köməyi ilə
yüklərin qaldırılmasında tətbiq olunan qüvvənin azalması olmuşdur
[1.40]. Ondan əvvəl də yüklərin tərpədilməsində linglərdən, onların
tətbiqinin mexanizmini bilmədən istifadə etmişlər. Ancaq Arximed ilk
Antik dövrdə maşınqayırma
51
dəfə olaraq lingin işləməsi nəzəriyyəsini işləyərək, tətbiq olunan qüvvə,
qüvvə qolu ilə qaldırılan yük və yükün qət etdiyi yol arasındakı
münasibəti göstərmişdir. Tarixə “qızıl qol qaydası” kimi düşən qanun,
yəni “qüvvədəki qazanc yolda itirilən məsafə ilə tərs mütənasibdir”
kəlamı da Arximedə aiddir.
Arximedin dövründə diyircəkdən və
ipdən istifadə edərək yüklərin qaldırılması
artıq məlum idi. Bunu b.e.ə. 970-ci ilə
məxsus olan Assuriya relyefində təsvir
olunmuş iplə diyircəyin kombinasiyası da
göstərir. Arximed ilk dəfə olaraq bu
kombinasiyanı
məqsədyönlü
quraraq
özünün tapdığı ling qanununu burada
tətbiq etmişdir. Qaldırılan yükə tətbiq
edilən qüvvəni bir neçə dəfə azaltmaq üçün
o polipast (yun. polypastos, poly - çox, spao
- çəkirəm deməkdir)
deyilən qüvvə ötürən
mexanizmi düzəldir (şəkil 1.21). Şəkildən
göründüyü kimi, polipast, tətbiq olunan qüvvə ilə qaldırılan yük
arasında sadə qaldırıcı diyircəkdən fərqli olaraq, diyircəklər (qasnaqdan)
blokundan ibarətdir. Ardıcıl olaraq yük asılan kəndirlə əlaqədə olan
qasnaqlar verilən yükün qaldırılmasına tətbiq olunan qüvvəni bir neçə
dəfə azaltmağa imkan verir. Kəndir hər qasnağın ətrafında dolandıqca
qüvvəni iki dəfə azaldır (şəkil 1.22). Qanaqların sayı artıqca tətbiq
olunan qüvvənin qiyməti proporsional olaraq azalır: Qüvvə = Yük/2
n
(n
qasnaqların sayıdır). Bu effekt ilk dəfə olaraq Arximed tərəfindən aşkar
edilib qaldırıcı maşınlara tətbiq edilmişdir. Polipastın ixtirası o dövrdə
maşınların tətbiqində atılan mütərəqqi addım idi. Bu mexanizm böyük
işçi əməyi tələb olunan yerlərdə, tikinti işlərində, gəmilərdə yelkənlərin
qaldırılmasında geniş istifadə olunmuşdur. Hal hazırda qaldırıcı kranlar
da bu mexanizmlə işləyir.
Plutarx yazır ki, Arximed şah II Heronun xahişi ilə böyük yükü kiçik
Şəkil 1.21. Üç diyircəkli
polipast.
Antik dövrdə maşınqayırma
52
qüvvə
ilə
necə
hərəkət
etdirməyi nümayiş etdirmək
üçün belə bir eksperiment
aparır. O böyük yük gəmisini
kəndir
vasitəsilə
kənara
dartır. Sonra gəmini adamla
və yüklə doldurur. Dolu
gəmini polipastın köməyi ilə
Arximed asanlıqla qurudan
suya tərəf çəkir. Bu hadisə
ilə bağlı Plutarx öz kitabında
Arximedin məşhur kəlamını
“mənə dayaq nöqtəsi verin,
mən yer kürəsini tərpədim” yazır.
Arximed vintinin ixtirasını da tarixdə antik dövrün məşhur mühəndisi
olan Arximedin adı ilə bağlayırlar. Vintin dəqiq tarixi məlum deyil. Belə
güman edilir ki, insanlar vintin formasını təbiətdən götürmüşlər.
Məsələn, ilbisin yuvası və ya üzüm tənəyini vint formasına misal
göstərmək olar. Sonsuz vintin tapılmasından öncə, insanlar yükü
aşağıdan yuxarıya hərəkət etdirmək üçün maili müstəvilərdən istifadə
edirdilər. B.e.ə. 2640-1850-ci illərdə Misirdə piramidaların tikintisində
də bu mustəvilərdən istifadə edilmişdir. Bunu tarixi dəlillər əsasında
demək mümkündür [1.41]. Ağac diyircəklər üzərində yerləşdirilmiş ağır
yüklər yüzlərlə insan tərəfindən kəndirlərin köməyi ilə yuxarıya
dartılaraq bir nöqtədən başqa nöqtəyə aparılırdı (şəkil 1.23). Bu ona
dəlalət edir ki, o dövrdə misirlilərin vintin köməyi ilə işləyən qaldırıcı
qurğulardan xəbərləri olmayıb. B.e.ə. 384-cü ildə Platonun şagirdi
Aristotel öz “Mexaniki problemlər” əsərində texniki məsələlərin
həllində çarx, paz, diyircək, dişli çarx, sürgü qolu və kəlbətindən
istifadə edilməsini adi hal kimi təsvir edir. O öz əsərində vint haqqında
heç bir məlumat vermir. Arximedin yaşadığı dövrdə isə vint artiq
məlum idi. Ona görə də, vintin yalnız Arximed tərəfindən ixtira edilməsi
Şəkil 1.22. Polipastın effektini göstərən
sxem.
Dostları ilə paylaş: |