Antik dövrdə maşınqayırma
41
ziyyatda şahlar üçün xüsusi yollar yoxdur.” Evklidin şagirdi Perqe
öz
müəlliminin işlərini davam etdirərək ellips, parabola və hiperbolanın
xassələrini vermişdir.
Musey məktəbinin yaranması hərbi texnikadakı inqilabla bir dövrə
təsadüf edir. Katapultların, ballistlərin yaranması müharibə aparmaq
taktikasını dəyişməyə imkan vermişdir. Döyüş gəmilərində taran
əvəzinə ballistlər yerləşdirilirdi. Bu gəmilər “Penter” adlanırdı.
Ptolemey bu yeni texnikanın köməyi ilə Aralıq dənizi hövzəsində
hökmranlığı ələ almağa nail olmuşdur. İsgəndəriyyə Afinanı keçərək
Aralıq dənizi hövzəsində əsas ticarət mərkəzinə çevrilmişdir.
İsgəndəriyyədən kanal vasitəsilə Qırmızı dənizə keçmək olurdu. Bu
şəhərin əzəmət simvolu kimi II Ptolemey 130 m hündürlüyə malik olan
Faros mayakını tikdirmişdir [1.30].
Elmin belə sürətli inkişafı, əlbəttə texnikanın, o cümlədən o dövrdə
istifadə olunan maşınların yaranması və inkişaf etdirilməsindən yan
keçməmişdir. Yunan elmi məktəbində hər tərəfli elmlə məşğul olan
filosofların meydana gəlməsi və onların məşğul olduqları fəlsəfə elmi
müəyyən dərəcədə nəzəri olduğundan, qapalı bir şəraitdə baş verirdi. Bu
filosofların yeni riyazi asılılıqları tapması və fəlsəfi istiqamətlərin
yaranması bir növ əqli əməyin nəticəsi idi. Texnikanın inkişafı isə bir
başa o dövrdə yaşayan insanların gündəlik həyat səviyyəsi ilə ölçülən
istehsal şəraiti ilə müəyyən olunurdu. Antik dövrdəki istehsal şəraitinə
nəzər saldıqda öncə burada tətbiq olunan materialların çeşidi və onların
xassələri müəyyən rol oynayır. Bu dövrdə material kimi dəmirin
yayılmasına baxmayaraq ağac əsas material olaraq qalırdı. Ağac kənd
təsərrüfatı üçün maşınların düzəldilməsi, alətlərin hazırlanması,
gəmiqayırmada, həmçinin müharibə maşınlarında, su dəyirmanlarında,
pardaq, torna və burğu dəzgahlarında da istifadə edilirdi.
Antik dövrdə bürünc metallurgiyası üçün xammal az tapıldığı halda,
yunan tayfalarının məskunlaşdığı ərazilərdə kifayət qədər dəmir filizləri
var idi. B.e.ə. birinci minillikdə bu filiz yataqları işlənərək, oradan
dəmir çıxarılmağa başlamışdır. B.e.ə.
Ι
X əsrdə dəmir istehsalının sürətlə
Antik dövrdə maşınqayırma
42
inkişafı bürüncü sıxışdırmağa başladı. Dəmirdən öncə bəzək-düzək
əşyaları, sonra silah, daha sonra isə (b.e.ə.
Ι
V əsr ) kənd təsərrüfatı
maşınları düzəldilməyə başlamışdır. Dəmirin rolunun artmasına
baxmayaraq
antik
dövrdə
metallurgiya
döymə
üçün
dəmir
yarımxammalını hazırlamaqdan başqa heç bir irəliləyiş edə bilməmişdir.
Dəmirin tökülməsi yüksək temperatur tələb etdiyindən antik dövrdə
yunanların
mənsub
olduğu
texnikanın
köməyi
ilə
tökmə
texnologiyasındakı problemləri aradan qaldırmaq mümkün deyildi.
Yalnız b.e.ə. V
ΙΙ
əsrdə yunanlar ilk dəfə olaraq dəmirin müəyyən
formada tam tökülməsinə nail olurlar. Bunun üçün töküləcək hissənin
daxili formasına uyğun mumdan hazırlanan model, formanın xarici
səthini əmələ gətirən gildə batırılır və qurudulurdu. Sonra tökmə üçün
nəzərdə tutulan deşikdən formaya maye metal tökülürdü. Mum
əriyəndən sonra gil formanın daxilində lazım olan formada tökük
alınırdı. Bu üsul Antik
dövrdə geniş yayılmışdır
[1.31].
Antik
dövrdə,
Yunanıstanda dəmirçi usta
öz emalatxanasında bir neçə
şagirdin köməyi ilə fəaliyyət
göstərirdi. Bu emalatxanada
ustaya
işləmək
üçün
sobadan əlavə hava üfürən
qurğu, çəkic, kəlbətin və
zindanlar lazım idi (şəkil
1.16).
Döyülən
metal
hissələr sonradan bülöv, pardaq daşları, burğu alətləri və qədim Şərqdən
qalmış iplə işləyən torna dəzgahının köməyi ilə çatdırma əməliyyatına
uğradılırdı. Sobadan çıxarılan dəmiri isti-isti döymək üçün zindan
birbaşa sobanın yaxınlığında yerləşdirilirdi. İstifadə olunan çəkiclərin
başı xüsusi, möhkəmləndirilmiş dəmirdən, sapı isə ağacdan hazırlanırdı.
Şəkil 1.16.Yunanıstanda dəmirçilik
emalatxanasını təsvir edən rəsm
(b.e.ə. V
Ι
əsr).
Antik dövrdə maşınqayırma
43
Kəlbətinlər də tətbiqindən asılı olaraq müxtəlif formalara malik idilər.
Antik dövrdə dəmirçilikdə istifadə olunan alətlər, keçmişdə istifadə
olunanlara nisbətən o qədər də inkişaf etmədiyi halda, pardaqlama,
deşmə və yonma dəzgahlarında ilk dəfə olaraq maşının tətbiq olunması
haqqında məlumatlara rast gəlinir.
Burğulama qurğuları Yunanıstanda müxtəlif sənət adamlarının işçi
yerlərində alət təchizatının tərkib hissəsinə daxil idilər (şəkil 1.17).
Məsələn: zərgərlikdə saf daşları emal etmək üçün uc hissəsinə almaz
qırıntıları bərkidilmiş küt dəmir parçasından istifadə edilirdi. Burğu
alətinə fırlanma hərəkəti çarxa bərkidilmiş pedal vasitəsilə verilirdi.
Prosesin gedişini yüngülləşdirmək üçün alət qabaqcadan suya və sonra
almaz tozuna batırılaraq istifadə edilirdi [1.31, 1.32].
Şəkil 1.17. Yunanıstanda tətbiq olunan burğu alətlərinin sxematik təsviri,
b.e.ə. I əsr.