Qədim Şərqdə sənətçilik
38
nikanın yaradılıb inkişaf etdirilməsinə şərait yaratmışdır.
Qədim Şərq mədəniyyətinə məxsus olan alət və qurğular uzun
müddət mövcud istehsal prosesi üçün əsas rol oynayaraq yalnız sənaye
inqilabından sonra aradan götürülə bilmişdir. Metal emalında maşınlar
tətbiq olunmasa da, müxtəlif alətlərdən ibarət emalatxana texnologiyası
mövcud idi. Bundan sonra, maşınların tətbiqinə qədərki inkişaf mövcud
material və emal üsullarının təkmilləşdirilməsindən ibarət idi.
Şəkil 1.15. Misirdə tətbiq olunan kamanla burğulamanı əks
etdirən relyef, Tibel Sakkara qəbiri, Misir, b.e.ə. 2650-ci il.
Antik dövrdə maşınqayırma
39
IV. Antik dövrdə elm və maşınqayırma
Q
ədim Şərq sivilizasiyası özünün xüsusi işləmə prinsipinə malik
olan suvarma təsərrüfatı və bürünc metallurgiyası ilə insanların yaratdığı
ilk yüksək mədəniyyət olmuşdur. Dəmirin tapılması ilə bağlı olaraq bu
mədəniyyət filiz yataqlarına mənsub olan və metalın emalını bacaran
başqa xalqlara keçməyə başlamışdır.
B.e.ə. birinci minillikdə yunanlara hakim rolunu oynamaq nəsib
olmuşdur. Uzun müddət yunanlar tarixin gedişini müəyyən etmişlər.
B.e.ə. V
ΙΙ
əsrdə Yunanıstan Yaxın Şərqdə sivilizasiya mərkəzi idi.
Onlar finikiyalılardan əlifbanı və gəmilərin düzəldilməsini, ərəblərdən
riyaziyyat və heykəltəraşlığı öyrənmişlər. Məşhur yunan filosofu
Pifaqor (yun. Pythagoras von Samos, b.e.ə. 570
−
510-ci illər)
o dövrdə
uzun müddət Misirdə yaşamış, ərəb elmlərinin sirlərinə yiyələnərək
oradan Pifaqor teoremi və rəqəmlər haqqında tilsimkarlığın sirlərini özü
ilə Yunanıstana gətirmişdir.
Yunanıstan antik dövrdə əhalisi az olan bir dövlət idi. Onun əhalisi
əsasən kənd təsərrüfatı və balıqçılıqla məşğul idi. Çətin yaşayış şəraiti
çox vaxt əhalini çörək dalınca Aralıq dənizi hövzəsində yerləşən
dövlətlərə getməyə məcbur edirdi. Bu ictimai şərait yunanların təbiət
elmlərinə, texnikaya münasibətlərini dəyişməyə vadar etdi. B.e.ə. 630-
cu ildə Aminokl tərəfindən hazırlanmış Triere gəmisi Yunanıstan
dövlətinin hərbi qüdrətini Aralıq dənizində artıraraq ona bu hövzədə
hökmranlıq etməyə imkan vermişdir. Afina Aralıq dənizi hövzəsində
sənətkarlıq mərkəzinə çevrilmişdi. Yunanlarda baş vermiş texniki
inkişaf əl əməyinə olan ehtiyacı artırmışdı. Bu ehtiyacı ödəmək üçün
başqa ərazilərdən qullar alınaraq Yunanıstana gətirilirdi. Onlara sənət və
peşə öyrədilirdi. Qulların bu yolla yunan cəmiyyətinə inteqrasiya
olunması səbəbləri Əflatunun (yun. Platon) Kallikles ilə dialoqundan, o
dövrdə peşəkarlıq işinə az qiymət verilməsi ilə bağlı olduğu məlum olur.
Ona görə də, sənətkarların yerli adamlardan olmasını Əflatun belə tələb
edir: “ yerli vətəndaşlar böyük təcrübə tələb edən, kifayət qədər ticarət
Antik dövrdə maşınqayırma
40
işlərinə malikdirlər, əgər dövlətin ümumi rifahının yüksək qalması
lazımdırsa” belə olmalıdır [1.28].
O dövrdə yunan cəmiyyəti tacirlər və sənətkarlardan ibarət olan
burjuaziya cəmiyyəti idi. Bu cəmiyyətdə insanın yeri və dinə
münasibətinə baxışlarında bir-birindən fərqlənən ideologiyalara mənsub
olan çoxlu siyasətçilər, filosoflar yetişmişlər. Məşhur yunan filosofları
Protaqor (yun. Protagoras), Sokrat (yun. Sokrates), Anaksaqor (yun.
Anaksagoras), Platon ilə bərabər makedoniyalı İsgəndərin müəllimi olan
Aristotel də yunan dövlətinin inkişafında böyük rol oynamışdır.
Aristotel şah İsgəndərin elmə hədsiz marağından istifadə edərək
tarixdə ilk dəfə ali məktəb “Likeyon”un (yun. Lykeion) açılmasına nail
olmuşdur. İsgəndərlə birlikdə hərbi yürüşlərdə iştirak edən Kallisfen
(Aristotelin qohumu) tutulmuş ərazilərdə araşdırmalar apararaq, təbiəti
təsvir edir, torpaqları ölçür, heyvanların qurudulmuş gövdələrini
Aristotelə göndərirdi. Aristotel vəfat etdikdən sonra onun yerini dostu
və hərbi sərkərdə Ptolemey tutur. Yunan imperiyası parçalandıqda
Ptolomey (yun. Klaúdios Ptolemaíos
)
Misirdə qalır və İsgəndəriyyədə
Likeyonun nümunəsində yeni elmi mərkəzin əsasını qoyur. Bu məktəb
“Musey” adlanır [1.29]. Museyin binası gözəl mənzərəsi olan bir bağda
yerləşirdi. Orada tələbələr üçün auditoriyalar, müəllimlər üçün otaqlar,
botanika bağı və 700 min əlyazması olan məşhur kitabxana yerləşirdi.
Musey dövlət tərəfindən maliyyələşdirilən tarixdə ilk elmi mərkəz olub.
Bu model hələ o vaxt göstərmişdir ki, elmin yaranması və inkişafı
investisiyadan birbaşa asılıdır. Musey məktəbinin açılması antik dövr
elminin yaranmasının başlanğıcı hesab edilə bilər. Museyin baş
çoğrafiyaçısı Eratosfen (yun. Eratosthenes
)
ilk dəfə olaraq müxtəlif
nöqtələrin coğrafi enini ölçərək yerin meridianının uzunluğunu
hesablamış və ilk dəfə olaraq yerin kürə formasında olması haqqında
fikir söyləmişdir. Bu məktəbin yetişməsi olan Evklid həndəsənin
əsasını qoymuşdur. O, elmi mülahizələrin sərt sübutlar üzərində
aparılmasının yaradıcısı kimi tarixdə ad qoymuşdur. Hətta Ptolomey
ondan sübutlarsız keçinməyi xahiş edəndə o cavab vermişdir: “Riya-