Qədim Şərqdə sənətçilik
31
nız bəzək üçün yarayırdı.
Bu istiqamətdə əsas irəliləyiş mis legirlərinin tapılmasından sonra
əldə edilmişdir. Arsenin ərintiyə əlavə edilməsi ərimə temperaturunu
aşağı salaraq töküyün döyülməsini asanlaşdırırdı. Sonralar arsen sinklə
əvəz olunmağa başladı. Sinkin nisbətinin variasiya edilməsi nəticəsində
alət və silahlar üçün əlverişli olan material əldə edilirdi. Metalların
mexaniki emalı daşlara istinad etsə də, tökmə və döymə yeni emal
üsulları kimi sənətçilikdə özünə yer tapmışdır.
Şəkil 1.9. Misirli bürünc tökənlər, b.e.ə. XV əsr.
Yeni material - bürünc Şərqdə III minilliyin əvvəlində əsas material
kimi yayılmağa başlamışdı (şəkil 1.9). O, alət, silah və kənd təsərrüfatı
texnikasının hazırlanmasında tətbiq olunurdu. Bürüncün emalını təsdiq
edən tarixi dəlillər göstərir ki, bu işlər xüsusi ustalar tərəfindən
aparılırdı. Tapılan bürünc əşyalar arasında alət, nizə və ox başlıqları,
balta, xəncər, dəbilqə, iskənə, çəkic və müxtəlif qablar vardır (şəkil
1.10).
B.e.ə. V əsrdə başqa əlvan metallar, qızıl və gümüş tapılır [1.27].
Metallurgiyada bürüncün emalı ilə bərabər qızıl emalı ilə məşğul olan
xüsusi sənətçilər yaranmağa başlayır. Şərq üçün qızıl mənbəyi Misirdə,
Nubia və Qırmızı dəniz ətrafındakı dağlarda yerləşirdi.
Mesopotamiyaya qızıl həm də Hindistandan gətirilirdi. Qızıldan bə-
Qədim Şərqdə sənətçilik
32
zək əşyaları, qablar düzəldilirdi (şəkil 1.11). Bürüncün geniş yayıldığı
dövrdə həm Misirdə, həm də Şərqdə dəmir tapıldı. Belə ki, b.e.ə. II
Şəkil 1.10. Qədim Misirdə ağac emalı üçün alətlər, b.e.ə. XII əsr.
minillikdə dəmirdən tez-tez istifadə edilirdi. Dəmirin iqtisadi vacibliyi
məlum olduqdan sonra, o tədricən qədim Şərq mədəniyyətinin əsas
materialı olan bürüncü sıxışdırmağa başladı. O dövrdə, Şərqdə
metalların emal üsulu kimi bürünc, gümüş, qızıl və misin tökülməsi
məlum idi. Lazım olan ərimə temperaturunu əldə etmək üçün ağac
kömürdən istifadə edilirdi. Hava üfürülməsi öncə düdəklərin köməyi ilə
aparılırdı. Sonralar tətbiq olunan güclü üfürcəklərin tətbiqi ilə tökmə
texnologiyasının effektivliyini yüksək dərəcədə artırmaq mümkün oldu.
Tökmə prosesinin tərkib hissəsini ərıdici qazanlar və tökmə formaları
təşkil edirdi. Tökükləri fırlatmaq və götürmək hələ o dövrdə kəlbətin
məlum olmadığından bürünc nəqqaşların köməyi ilə aparılırdı.
Tapılan metal filizlərini şəhərlərə daşımaq üçün öncə onlar tapıldığı
Qədim Şərqdə sənətçilik
33
yerdəcə
əridilərək külçə
şəklinə salınır və sonra lazım
olan yerlərə daşınırdı. Orada
metal
qazana
atılaraq
sobanın üstündə əridilirdi.
Sonra ərimiş metal qaşıqla
ağacdan,
daşdan
və
ya
qumdan hazırlanmış forma-
lara tökülürdü (şəkil 1.12).
Tökmədə
əvvəllər
açıq,
sonralar isə örtülü forma-
lardan istifadə olunurdu.
Metal töküklərə forma
vermək əsasən döymə ilə
həyata keçirildiyindən bu işlə
məşğul
olanlar,
yəni
dəmirçilər cəmiyyətdə xüsu-
su yer tuturdular. O, dövrdə
ümumiyyətlə metal emalı
təsərrüfatında
çoxlu
qul
məşğul
olduğundan,
bu
sahənin işçiləri cəmiyyətdə
aşağı
təbəqəyə
aid
olunurdular.
Metal
emalı
üçün xammalın əldə edilməsi
çətin
olduğundan
onların
hazırlanmasına yalnız keşişlər və hökmdarlar nəzarət edirdilər. Dəmirin
çıxarılması və tətbiqi bəşəriyyətin
əldə etdiyi ən vacib nailiyyətlərdən sayılır. Dəmir də mis kimi insanlara
hələ çox qədim zamanlardan məlum idi.
B.e.ə. IV minillikdə tapılmış dəmirdən olan bəzək əşyaları arxeoloq
lar tərəfindən yoxlanıldıqda onların tərkibində 7,5% nikelin olması aş-
Şəkil 1.11. Şah Urun qəbrindən tapılmış
qızıl xəncər, b.e.ə. II minilliyin
sonu.
Şəkil 1.12. Daşdan hazırlanmış qəlib,
b.e.ə. II minillik.
Qədim Şərqdə sənətçilik
34
kar edilmişdir. Bu, o dövrdə istifadə olunan dəmir filizlərin meteroit
mənşəli olmasına dəlalət edir. Arxeoloqların Misir ərazisindən
tapdıqları, hələ fironlar dövründən də əvvəl hazırlanmış, döyülmüş
dəmir lövhələrdən ibarət bilərzik, o dövrdə dəmir istehsalının olmasını
sübut edir. Tarixi mənbələrin məlumatına görə, ilk dəfə dəmir filizi
b.e.ə. III minillikdə Qafqaz dağlarının ətəyində yaşayan insanlar
tərəfindən tapılaraq ondan dəmirin alınması aşkar edilmişdir [1.19].
Dəmir tapıldığı ilk dövrlərdə onun əridilməsi üçün yüksək ərimə
temperaturu (1539 °C) tələb olunduğundan mümkün deyildi. B.e.ə. III
minilliyin əvvəlindən dəmirin emalı üçün karbonlama texnoloji prosesi
aşkar edilir və II - I minilliklərdə daha da inkişaf etdirilərək XIV əsrə
qədər dəmir emalı üçün yeganə üsul olaraq qalır. Üsulun mahiyyəti
ondan ibarət idi ki, dəmir filizi ərimə temperaturundan aşağı
temperaturda (800
−
900°C) bir neçə dəfə qızdırılırdı. Bu zaman onun
tərkibində olan oksigen birləşməsi (Fe
2
O
3
) tədricən komürün
yanmasından alınan karbonla birləşərək dəmirdən ayrılsın. Bu üsulla
dəmir istehsal etmək üçün xüsusi sobalardan istifadə edilirdi (şəkil
1.13).
Kiçik hissələrə bölünmüş dəmir filizi öncə aşağı temperaturda
qızdırılaraq, yəni “qızartma” əməliyyatına uğradılaraq, tərkibində olan
torpaq və başqa qalıqlardan təmizlənir. Sonra hündürlüyü təxminən 1,5
m olan, gildən tikilmiş soba aşağıdan saman çöpləri ilə doldurulur və
bunun üstünə filiz ilə ağac kömürün qarışığı qatbaqat yığılır. Sobaya od
vurulan anda aşağı hissə nisbətən bağlı olur ki, sobanın daxilində
kömürlə filiz qarışığı alovlansın. Sobanın daxilində temperatur 700-
1000°C çatdıqda artıq dəmir filizində olan oksigen karbonla birləşərək
ayrılır və sobada şlakla əhatə olunmuş dəmir qalır. Bu birləşmədən
dəmiri ayırmaq üçün sobanın aşağı hissəsində əlavə deşiklər açılır və
buradan süni hava verməklə sobanın daxilində temperatur 1200°- yə
çatdırılır. Sobaya yenidən verilən oksigenin bir hissəsi ilə reaksiyaya
girərək əmələ gələn FeO ərimiş qumla birləşərək şlak şəklində sobadan
xaric edilir. Proses başa çatdıqdan sonra soba dağıdılaraq oradan dəmir
Dostları ilə paylaş: |