Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu


Mərkəzdənqaçan nasoslar, sxemi və iş prinsipi



Yüklə 3,38 Mb.
səhifə30/44
tarix23.06.2023
ölçüsü3,38 Mb.
#118607
1   ...   26   27   28   29   30   31   32   33   ...   44
Maye mexanikasi

Mərkəzdənqaçan nasoslar, sxemi və iş prinsipi

Mərkəzdənqaçan nasosların əsas hissəsi içmi çarxdır (1). İşçi çarx tərpənməz kürəklər sistemindən ibarətdir (2). İşçi çarx ilbizə oxşar kamera içərisində yerləşir (3).





Şəkil

Mərkəzdənqaçan nasosların cəhəti ondan ibarətdir ki, o ilk dəfə mayeni sora bilmir. Onun içərisini maye ilə doldurmaq lazımdır. Bunun üçün kiçik nasoslarda krandan istifadə olunur. Böyük nasoslarda isə vakuumnasosdan istifadə olunur. Nasosun içərisi maye ilə dolduqdan sonra elektrik mühərriki işə salınır. Işçi çarx fırlanmağa başlayır. Mərkəzdənqaçma qüvvəsi yaranır


.
Bu qüvvənin təsirindən maye mərkəzdən kənara verilir. Kənara verilən mayenin yerini mayenin üzülməməzliyinə görə yeni maye tutur. Beləliklə, maye sorulub vurulur. Odur ki, bəzən bu nasoslara axar nasoslar deyilir. Buna görə də nasoslarda klapanlara ehtiyac olmur.


Mərkəzdənqaçan nasosların növləri

I. 1 – 2 və çox çarxlı nasoslar.


Bir val üzərində yerləşən işçi çarxlara maye ardıcıl verilərsə, nasosun məhsuldarlığı sabit qalar, təzyiqi isə işçi çarxların sayından asılı olaraq pillə-pillə artar. Belə nasoslara pilləli nasoslar deyilir. Əgər işçi çarxlara maye paralel verilərsə, onda məhsuldarlıq artacaq, təzyiq sabit qalacaq. Belə nasoslara çox axarlı nasoslar deyilir.
II. Mayenin işçi çarxa daxil olmasına görə bir və iki tərəfli girişli nasoslar.
Əgər maye işçi çarxa bir tərəfdən daxil olarsa, ox istiqamətində qüvvə yaranır. Bu qüvvə də işçi çarxı sorma tərəfə itələyər. Işçi çarx ilbizə oxşar kameraya sürtünər və get-gedə sıradan çıxar. Odur ki, bu qüvvənin alınmaması üçün mayeni işçi çarxa iki tərəfdən verirlər.
III. Üfqi və şaquli vallı nasoslar.
IV. Alçaq təzyiqli (2 və 3 atm.), orta təzyiqli (3 və 6 atm.) və yüksək təzyiqli (6 atm-dən çox).
V. İstiqamətverici aparatlı və istiqamətverici aparatsız nasoslar.

Maye işçi çarxdan çox yüksək sürətlə xaric olunur. Deməli kinetik enerji də çox olur. Kinetik enerjini potensial enerjiyə çevirmək lazımdır. Yə­ni təzyiqi artırmaq lazım­dır. Kiçik nasos­lar­da bu vəzi­fəsini ilbizəoxşar kamera yeri­nə yetirə bilir. Böyük nasos­larda bunun üçün istiqamət­ve­rici aparatdan istifadə edirlər. Istiqamətverici aparat tərpən­məz gürəklər sistemindən iba­rətdir.




Şəkil

Istiqamətverici aparatın kürəklərinin forması işçi çarxın gürəklərinin əksinə olur, sayı isə ya bərabər ya da 1 – 2 dənə artıq olur.



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə