Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu


Hidravlik maşınlar və onların texnikada rolu



Yüklə 3,38 Mb.
səhifə28/44
tarix23.06.2023
ölçüsü3,38 Mb.
#118607
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
Maye mexanikasi

Hidravlik maşınlar və onların texnikada rolu

Hidravlika qanunları işləyən maşınlara hidravlik maşınlar deyilir. Hidravlik maşınlar iki yerə bölünürlər:


I.Turbinlər – mayenin enerjisini mexaniki enerjiyə çevirirlər;
II.Nasoslar– mexaniki enerjini yeri dəyişən mayenin enerjisinə çevirirlər. Iş prinsiplərinə görə nasoslar iki yerə bölünürlər:
1) Dinamik nasoslar;
2) Həcmi nasoslar.
Dinamik nasoslar işçi orqanın mayeyə etdiyi təsirlərinə görə iki yerə bölünürlər: kürəkli nasoslar və sürtünmə nasosları.
Bu nasoslarda işçi orqanın formalarına görə bölünürlər:
I. Kürəkli nasoslar: 1. Mərkəzdən qaçan nasoslar;
2. Diaqonal nasoslar;
3. Oxlu nasoslar.
III.Sürtünmə nasoslar: 1. Qasırğa nasosları;
2. Lüləli nasoslar;
3. Hava qaldırıcıları.
Həcmi nasoslar işçi orqanın hərəkətinə görə bölünürlər:
1. İşçi orqanı irəli-geri hərəkət edən nasoslar;
2. İşçi orqanı fırlanan nasoslar (rotorlu).
Bu iki qrup nasosda öz növbəsində işçi orqanın formasına görə bölünürlər:
I. İşçi orqanı irəli-geri hərəkət edən nasoslar:

  1. Porşenli nasoslar;

  2. Plunjerli nasoslar;

  3. Diafraqmalı nasoslar;

  4. Pnevmatik nasoslar.

II. İşçi orqanın formasına görə rotorlu nasoslar bölünürlər:
1. Dişli çarxlı nasoslar;
2. Vintli nasoslar;
3. Lövhəli nasoslar.
Bunlardan başqa hidravlik taran vakuum nasos, həcmi hidravlik ötürmə, hidrodinamik ötürmə (hidromufta və hidro­trasformator) və bəzi xüsusi mayeləri vurmaq üçün olan nasoslar da hidravlik maşınlara aiddir.
Texnikanın elə bir sahəsi yoxdur ki, orada hidravlik ma­şın­lardan istifadə olunmasın. Maşınqayırma sənayesində metal­kəsən dəzgahların sistemləri hidravlik ötürmədən ibarətdir.
Ilk nasos porşenli nasos olmuşdur. Porşenli nasosdan bu­xar maşını ixtira edildikdən sonra geniş istifadə olunmuşdur. Mər­­kəz­dənqaçan nasosların nəzəriyyəsini Eyler onların ixtira­sın­dan 100 il əvvəl vermişdir. Mərkəzdənqaçan nasoslardan geniş istifadə elektrik mühərriki ixtira olunduqdan sonra olunmuşdur.



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə