Мцгяддимя



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix18.06.2018
ölçüsü0,78 Mb.
#49796
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

Anar – 75  

 

59 



si

ni geri döndərmək istəyirdim. Lakin mən bilirdim ki, bu xülya-

dır... olan oldu, keçən keçdi” (5,54).  

Əsmər isə bir günlüyə də olsa uşaqlıq xatirələrini, ilk sevgisi-

ni qaytar

maq istəyir, lakin o da bunun mümkünsüzlüyünü dərk 

edir. “Əsmər Oqtayla görüşür, lakin təbii ki, ömrünün ən “xoş” 

çağlarına, bir vaxt Oqtayın ad gününə yığışdıqları 29 aprel axşa-

mına qayıda bilmir, qovuşa bilmir. Hətta anadan olduğu evi gör-

mək  də  ona  nəsib  olmur...  “Yaponiya müharibələrdə”  filminə 

ba

xan Əsmər yapon təyyarəçiləri kamikadzelərin bir daha yerə 



qa

yıda  bilməmələri  ilə  özünün  keçmişə  qovuşa  bilməməsi  ara-

sında yaxınlıq görür” (55,38).  

Oqtay  isə  ilk  öncə  keçmişi,  uşaqlıq  xatirələrini  yaddaşına 

qay

tarmaq istəmir: “Həyatın pozulmaz məntiqinə görə keçib ge-



dənləri qaytarmaq cəhdi kimə gərəkdir” (7,148). Sonra isə Əs-

mərin təsiri ilə onda nostalji hisslər oyanır, xatirələri, keçmiş xoş 

gün

ləri hissə-hissə yaddaşında canlanmağa başlayır və o, düşü-



nür: 

“Bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diya-

rına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imka-

nından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsə-

miş mühacirlər” (7,151). 

Hər  iki  hekayənin  qəhrəmanları  mənəviyyatca  saf,  təmiz, 

köv

rək qəlbli insanlardır. Onlar vaxtın, sevgilərinin, bu sevgi ilə 



mənalanacaq yaşamlarının qədrini bilməmiş, tərəddüdləri ucba-

tından  həyat  səadətlərini  əbədi  olaraq  itirmişlər.  Lakin daxili 

dün

yalarının  zənginliyinə,  əxlaqi  kamilliklərinə  görə  ruhdan 



düşmür, həyatdan ümidlərini kəsmirlər.  

Bu hekayələrdə  məhəbbət intim, fərdi duyğulardan çox yük-

səkdə dayanan, dərin mənəvi-əxlaqi mənalar aşılanmış keyfiyyə-

tə malikdir. “Bu hekayə əsasında Anar özü “Gün keçdi” adlı sse-

na

ri yazmışdır. Filmi 1971-ci ildə görkəmli rejissor Arif Baba-



yev  çəkmişdir.  ...Hekayədə  xiffət—nostalji problemi ön plana 

çəkilsə də, ssenaridə müəllifin peşəkar üslubu “keçmişin məhvi, 

gələcəyin  üzərinə  kölgə  salır”  kimi  daha  qlobal  problem  bədii 

həllini tapır” (24,4).   




Aytən Quliyeva

 

 



60 

“Anarın  kino  əsərlərində  mənəvi  problemlərin  həlli  həmişə 

ön planda du

rmuşdur. Belə ssenarilərdən biri onun “Gürcü fami-

li

yası” hekayəsinin motivləri əsasında çəkilən “Gün keçdi” fil-



midir. Kinomuzda lirik-

psixoloji təmayülün dirçəlməsi, obrazla-

rın ideal və mənfi məhdudluqdan çıxıb həyatın öz ziddiyyətləri 

ilə  şərtlənən  mürəkkəblik,  dərinlik  kəsb  etməsi  xeyli  dərəcədə 

bu filmin adı ilə bağlıdır” (23,28). 

“Mən, sən, o və telefon” hekayəsinin qəhrəmanları arasında 

romantik müna

sibət daha güclüdür. Əsərdə  hər şey təsadüfi te-

lef

on danışığından başlanır. Hekayənin başlığındakı Y. Səməd-



oğlunun şeiri bizə əsərin məzmunu haqqında az da olsa məlumat 

verir. Bu hekayəsində də sənətkar gəncliyin özünəməxsus sevgi 

və  kədərindən  bəhs  edir.  İki  gəncin  təsadüfən  telefonla  danış-

ması onların gələcək taleyinin bir-birinə bağlanmasında mühüm 

rol oynayır.  

Hekayə toydan çıxan dostlarının zarafatyana Seymur üçün te-

le

fonla  qız  axtarması  ilə  başlayır.  Və  bu  ideyanı  gerçəkləşdir-



mək istəyinin doğurduğu mənəvi-əxlaqi problemlər üzərində in-

ki

şaf  etdirilir.  Burada  da  zaman  məfhumundan istifadə  edilir. 



Sey

murun bütün yoldaşları artıq öz həyat həmdəmlərini tapmış-

lar sa

dəcə Seymur yalqızdır. Biz bunu onun toydan çıxdığı gecə 



telefond

a Mədinə ilə danışığında görürük. “Mən bu saat ən ya-

xın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı su-

bay  dostum  idi...  Elə  bilməyin  ki,  mən  telefon  xuliqanlarında-

nam.  Yox,  nədənsə,  təklikdən  bağrım  çatlayır.  Odur  ki,  dedim 

zəng eləyim, bir adamla danışım”(7,109).  

Yazıçı  çox  incə  detallarla  qəhrəmanın  qəlbini,  yalnızlığını, 

təkliyini göstərir. İlk kiçik söhbətdən sonra o qəlbinin isindiyini, 

özü

nə  bir  həmdəm  tapdığını  duyur.  “Gülməlidir  vallah,  amma 



dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gə-

lir


di  ki,  daha  mən  də  tək  deyiləm.  Mənim  də  kimimsə  var” 

(7,110). Bunda

n sonra Seymur telefonda tanış olduğu və yalnız 

haqqında çox az, cuzi şeylər bildiyi Mədinənin məhəbbəti ilə ya-

şayır.  Həyatında  baş  verən  hər  bir  hadisəni,  qəlbinin  sirlərini 



Anar – 75  

 

61 



Mədinəyə  açır,  hətta  özü  də  bu  hala  təəccüblənir:  “Özüm  də 

özü


mə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə mən bu yad 

ada


ma  heç  kəsə  danışmadıqlarımı  danışmağa  başladım.  İşdəki 

çətinliklərimdən,  köhnə  dostum  Firuzla  günü-gündən  uzaqlaş-

ma

ğımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə 



ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylər-

dən.  Niyə  mən  bunları  məhz  ona  danışırdım?  Özüm  də  bilmi-

rəm. Amma özümü saxlaya da bilmirdim”(7,113).  

İlk öncə Mədinə və Seymuru bir-birinə təklik tilsimi bağlayır. 

Da

nışıqlarından  məlum  olur  ki,  hər  iki  qəhrəmanın  həyatında 



boşluq var. Və bu boşluq onlara mənəvi əzab verir. Bu sadə, tə-

sa

düfi  telefon  danışıqları  sanki  onlar  üçün  təklik  tilsimindən 



qur

tulmağın əlverişli bir vasitəsinə çevrilir.  

Biz bu epizodla Anarın digər əsərlərində də qarşılaşırıq, mə-

sələn, həyat yoldaşını itirməsi ilə tənhalığın ağırlığını dadan Səf-

tər evində tək olduğu zaman telefonla dərdləşəcəyi birini axtarır, 

ye

ni il axşamı tək qalan Həmidə xala sorğu birosuna zəng vura-



raq təkliyinə məlhəm arayır. Onların cəhdləri uğursuzluqla nəti-

cələnsə də, yalnız Seymura axtardığını tapmaq qismət olur. La-

kin biz bu halın Seymuru tamamilə xoşbəxt edə bilmədiyini gö-

rük. O, qarışıq hisslər keçirir.  



Seymurla Mədinə bir-birlərini görmədikləri halda belə, onları 

bir-biri


nə məhrəm edən ikinci bir səbəb daxili dünyaları etibarilə 

uyğun,  mənəviyyatca  yaxın  olmalarıdır.  Seymur  xaraktercə 

möh

kəm, sözü üzə deyən, mərd insandır. Biz bunu onun özün-



dən vəzifəcə üstün elmi rəhbəri, işlədiyi qəzetin məsul katibi ilə 

rəftarında görürük.  

Mədinə də onun kimi açıq sözlüdür, həssasdır. O, bir təyyarə 

qəzasında həyat yoldaşını itirmişdir. Tək qaldığı gecələrdə evlə-

ri

nin  üzərindən  keçən  təyyarələrin  səsi  ilə  təsəlli  tapır.  Ərinin 



vəfatından sonra Seymur ilk şəxsdir ki, Mədinə telefon danışıq-

la

rı  hesabına  özünü  ona  yaxın  hiss  edir.  “Mən,  sən  o  və  tele-



fon”dakı Mədinə hamı üçün eyni cür görünə bilər, həm də hər 

kəs üçün çoxçalarlı bir obrazdır. Bu bütöv obrazın psixoloji alə-




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə