Aytən Quliyeva
52
de
məyim? O, bu gün başqa şəhərə gedirdi...
Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq, yaşıl işığını qara
gö
rəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon al-
tında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan
ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi?”(5,50).
Bu çağda qəhrəmanın düşüncəsinə laqeydlik duyğusu hökm
edir və ya o, qəlbinə hakim kəsilən hisslərin mənasını tam anla-
mıyla dərk edə bilmir. O, ehtiyat edir ki, indi alacağı mənfi və
ya müsbət cavab bir müddət keçdikdən sonra artıq onun üçün
mənasızlaşacaq, ona səadət gətirməyəcək. “Mənə elə gəlirdi ki,
in
sana səadət verilməmişdir; ona yalnız səadət arzulamaq, xoş-
bəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin köl-
gəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz
təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimi-
dir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan.
Ya da bəlkə səadət, sevinc ümidiylə, xoşbəxtlik intizarında,
gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək, gözləmək,
göz
ləməkdir”(5,51). Və özünün uydurduğu bu “fəlsəfəyə” görə
o, həyatının mənasını itirir. Sevgisini taksi ilə əbədi olaraq yola
sa
lır.
Hekayənin ikinci hissəsində isə biz qəhrəmanı yetkin bir in-
san kimi görürük. O, yaşa dolmuş, müdrikləşmiş, “fəlsəfə”sinin
yan
lış olduğunu anlamış, səadət, sevgi haqqında düşüncələri ta-
ma
milə dəyişmişdir. “Mən vaxtilə sevdiyimi taksiylə göndərən,
ağrıyan, amma eşqimə də, həsrətimə də biganəliklə baxan adam
deyi
ləm. Onsuz da vaxt hər yaraya məlhəmdir,–deyən adam de-
yi
ləm. Vaxt özü mənə isbat etdi ki, hər yara sağalan deyil. O
mənə anlatdı ki, əbədi gedən taksiləri saxlamaqçün bəlkə bir
ömür boyu piyada qaçmalı olsan belə, qaçmalısan, heykəl təki
du
rub "dərin" fəlsəfə yürütmək bir peşə deyil”(5,57).
Vaxt ona çox baha başa gələn həyat dərsi verir, onun gəncli-
yin
də xoşbəxtliyini itirməsinə səbəb olan, “dayazı dərin görünən
fəlsəfə”sini alt-üst edir. Həm əvvəlki aldanış, həm də indiki dö-
nüş qəhrəmanın daxili dünyasında müxtəlif hiss-həyəcan oyadır.
|