Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə45/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   41   42   43   44   45   46   47   48   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



50 

Anar ilk hekayələrinin özünəməxsus yazı manerası, yaradıcı-

lıq üslubu ilə seçilən qələmi, təsvir etdiyi hadisələr, yaratdığı ob-

raz


larilə    oxucularının  daim  hörmət  və  rəğbətini  qazanmışdır. 

Onun  əsərlərində  əsasən  insan  taleyindən—ağlı-qaralı,  bəzən 

dərdli, əziyyətli, bəzən şad və firavan həyat sürən, fəqət heç za-

man vüqarını, mənliyini itirməyən, ləyaqətli, mənəvi saflığı, tə-

miz

liyi ilə seçilən insanlardan danışılır. 



“Keçən əsrin  60-cı illərindən ədəbi mühitə qədəm qoyan gör-

məkli yazıçı Anar ədəbiyyatımıza yeni ab-hava gətirmiş, Azər-

bay

can milli ədəbi yaddaşının təbliğatçısı və tədqiqatçısı missi-



ya

sını üzərinə götürməklə yanaşı, müasirlərimizin zəngin daxili 

aləmini yüksək bədii formada qələmə almış, yaratdığı çoxsaylı 

əsərləri vasitəsilə milli və bəşəri ideyaların təbliğatçısına çevril-

mişdir...  

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Anar Azərbaycan 

ədəbiyyatının milli-mənəvi sərvətidir. Anar xalqımızın intellek-

tu

al səviyyəli, geniş dünyagörüşə malik ədəbiyyat, incəsənət və 



mədəniyyətin müxtəlif sahələrində mükəmməl biliyə malik olan 

xalq ziyalısıdır. Anar “60-cılar nəslinin” görkəmli nümayəndəsi-

dir”(33,181). 

Anarın ilk hekayələri altımışıncı illər Azərbaycan ədəbiyyatı-

nın  aktual  problemləri,  ideya  və  mövzu  istiqamətləri  haqqında 

ümu


miləşdirici  fikir  söyləmək,  obrazların  iç  dünyalarına  nüfuz 

et

mək, aydınlaşdırmaq, “yeni nəsr” anlayışının mahiyyətinə ay-



dınlıq  gətirmək  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Onun  

heka


yə janrının imkanları dairəsində maraqlı kompozisiya qur-

ma

ğı, surətlərin xarakterini, psixologiyasını, səciyyəvi xüsusiy-



yətlərini rəvan ifadə bacarığı heyrətləndirici səviyyədədir. Bütün 

bun


lar onun əsərlərinin istedadlı nasir qələminin bariz nümunəsi 

oldu


ğunu təsdiqləyir. 

 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə