Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə53/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   49   50   51   52   53   54   55   56   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



58 

məna kəsb edir və biz müəllifin daxilən narahat, yalnız məhəb-

bətli,  gözəl həyatı  qəbul  və  təsdiq  edən  yeni  bir  qəhrəmanı  ilə 

rastla


şırıq” (46, 202). 

 

Əsərdə bir çox hallarda cəmiyyətimiz üçün vacib olan mənə-

vi-

əxlaqi problemlər göz önünə gətirilir. İçəri şəhərin bəzi hissə-



lərinin sökülməsi, onların yerinə insanların öz qınlarına, hücrələ-

ri

nə  çəkiləcəkləri  yeni  konfiqurasiyalı  “şüşə  və  betondan mo-



dern  qutular” tikilməsi ilə qonşular, ailələr arasında yaranacaq 

mənəvi yadlaşma prosesinə toxunulur. Müasir şəhərdə adamla-

rın  laqeydliyi,  bir-birindən  uzaqlığı,  qəhrəmanları  narahat edir. 

On

lar düşünürlər ki, İçəri şəhərdə insanlar bir ailənin üzvləri ki-



mi yaşayırlar, doğrudur, müasir şəhərin rahatlığı ilə müqayisədə 

burada 


bir darısqallıq var. Amma insanların bir-birinə yaxınlığı 

İçəri  şəhər  həyatının  müasir  şəhər  həyatından misilsiz üstünlü-

yüdür. Burada 

hamı  bir-biri  haqqında  hər  şeyi  bilir,  bir-birinin 

hər dərdinə, sevincinə ortaq olur. Qəhrəmanlar üçün İçəri şəhə-

rin üstünlü

yü məhz bundadır. 

 

Digər bir problem isə insanın daxili dünyasına qapılıb, lazımi 

anda h

əyatının dönüm nöqtəsi olacaq qərarı verməyə gecikməsi 



və bütün ömrü boyu bunun peşmanlığı ilə yaşamasıdır. “Nəha-

yət, uzun ayrılıqdan sonra Əsmər Moskvadan Oqtayın ad günü-

nə  gəlir.  Onlar  Bakını  gəzirlər,  keçmişi  xatırlayırlar.  Nə  qədər 

qeyri-adi gör

üş olsa da, həmin günün özü belə onları yaxınlaş-

dırmaqda,  təəssüf ki,  acizdir.  Çünki  Oqtay  və  Əsmərin  sevgi 

nasibətlərindəki tarazlıq artıq çoxdan pozulub” (29). 



 

Qeyd olunduğu kimi, “Taksi və vaxt” hekayəsinin qəhrəmanı 

ilə Oqtayın, Əsmərin bir çox oxşar cəhətləri var. Hər iki hekayə-

nin  qəhrəmanları  vaxtı  dəyərləndirə  bilmirlər  və  bu  da  onların 

həyatda bir çox şeyləri itirmələrinə səbəb olur.  

“Taksi və vaxt”  hekayəsinin qəhrəmanı itirdiyi zamanın geri 

dön

məsini arzulayır: “Qaytarın mənə 20 yaşımı. Hardan qayta-



ra

caqlar? Kim qaytaracaq? 20 yaşımda 20 yaşımın qədrini bil-

mədim... Bir də iyirmi yaşında, o vaxt, o gün, saat üçə on beş 

dəqiqə qalanda qaytarmadığım, qaytarmağa cəhd etmədiyim tak-





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə