Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə54/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   50   51   52   53   54   55   56   57   ...   90
2013-2444

Anar – 75  

 

59 



si

ni geri döndərmək istəyirdim. Lakin mən bilirdim ki, bu xülya-

dır... olan oldu, keçən keçdi” (5,54).  

Əsmər isə bir günlüyə də olsa uşaqlıq xatirələrini, ilk sevgisi-

ni qaytar

maq istəyir, lakin o da bunun mümkünsüzlüyünü dərk 

edir. “Əsmər Oqtayla görüşür, lakin təbii ki, ömrünün ən “xoş” 

çağlarına, bir vaxt Oqtayın ad gününə yığışdıqları 29 aprel axşa-

mına qayıda bilmir, qovuşa bilmir. Hətta anadan olduğu evi gör-

mək  də  ona  nəsib  olmur...  “Yaponiya müharibələrdə”  filminə 

ba

xan Əsmər yapon təyyarəçiləri kamikadzelərin bir daha yerə 



qa

yıda  bilməmələri  ilə  özünün  keçmişə  qovuşa  bilməməsi  ara-

sında yaxınlıq görür” (55,38). 

 

Oqtay  isə  ilk  öncə  keçmişi,  uşaqlıq  xatirələrini  yaddaşına 

qay

tarmaq istəmir: “Həyatın pozulmaz məntiqinə görə keçib ge-



dənləri qaytarmaq cəhdi kimə gərəkdir” (7,148). Sonra isə Əs-

mərin təsiri ilə onda nostalji hisslər oyanır, xatirələri, keçmiş xoş 

gün

ləri hissə-hissə yaddaşında canlanmağa başlayır və o, düşü-



nür: 

“Bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diya-

rına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imka-

nından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsə-

miş mühacirlər” (7,151).

 

Hər  iki  hekayənin  qəhrəmanları  mənəviyyatca  saf,  təmiz, 

köv

rək qəlbli insanlardır. Onlar vaxtın, sevgilərinin, bu sevgi ilə 



mənalanacaq yaşamlarının qədrini bilməmiş, tərəddüdləri ucba-

tından  həyat  səadətlərini  əbədi  olaraq  itirmişlər.  Lakin daxili 

dün

yalarının  zənginliyinə,  əxlaqi  kamilliklərinə  görə  ruhdan 



düşmür, həyatdan ümidlərini kəsmirlər.  

Bu hekayələrdə  məhəbbət intim, fərdi duyğulardan çox yük-

səkdə dayanan, dərin mənəvi-əxlaqi mənalar aşılanmış keyfiyyə-

tə malikdir. “Bu hekayə əsasında Anar özü “Gün keçdi” adlı sse-

na

ri yazmışdır. Filmi 1971-ci ildə görkəmli rejissor Arif Baba-



yev  çəkmişdir.  ...Hekayədə  xiffət—nostalji problemi ön plana 

çəkilsə də, ssenaridə müəllifin peşəkar üslubu “keçmişin məhvi, 

gələcəyin  üzərinə  kölgə  salır”  kimi  daha  qlobal  problem  bədii 

həllini tapır” (24,4).  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə