Anar – 75
45
dın”ın bir günün içərisində tərk etdiyi “qara paltolu” kişi uzun
zaman öz sevgisini unu
da bilmir. Bunu isə yalnız insanları də-
rin
dən hiss edən, əsl məhəbbətin qədrini bilən asılqanda işləyən
qa
dın anlayır. Və əlindən gələn yardımı bütün qadağalara bax-
ma
yaraq qara paltolu kişidən əsirgəmir. R. Ulusel yazır: “Sən
de
mə, heç nəyi ilə diqqəti cəlb etməyən, cəmiyyəti kənardan iz-
ləyən bu qadın insan münasibətlərinin kardioqrammasını hamı-
dan yaxşı çıxarırmış” (72,26).
Oxucu qəlbini ovsunlayan bu hekayə haqqında N.Əliyeva ya-
zır: “Anar bir sənətkar kimi başqa cür yazmaq iddiasını və arzu-
su
nu elə ilk əsərindəcə həyata keçirməyə nail olmuşdur... Kişi
və qadın paltosunun hər gün idarədəki asılqanda necə, hansı
tərzdə görünməsini söyləməklə, sən demə, bu paltoların sahiblə-
rinin h
əyatı və münasibətləri haqqında çox şey bilmək olarmış…
Anarın bu hekayədə işlətdiyi ədəbi priyom, bədii ifadə üsulu
açıqdan-açığa nəsrimiz üçün tamam yeni və gözlənilməz idi”
(32,14).
Bu hekayə öz dil-üslub xüsusiyyətləri ilə yazıçının gənc yaş-
la
rında ədəbi dilimizin mahir bilicisi olduğunu, daim dilin saflı-
ğını qorumağa çalışdığını göstərir. “Anarın bədii yaradıcılığa
at
dığı ilk addımlardan bəlli olur ki, bu addımlardan çıxan səs ta-
ma
milə başqadır, yenidir və yeni olduğu üçün də maraqlıdır. Bu
ye
nilik gənc sənətkarın dilə bədii yaradıcılıq vasitəsi kimi xüsusi
diq
qət yetirməsi ilə bağlıdır... Professional həssaslığa görəmi,
nəyə görəsə mənə elə gəlir ki, həmin hekayənin müvəffəqiyyəti
bi
rinci növbədə onun dili ilə bağlıdır. Müəllif minimum miqdar-
da sözlə maksimum dərəcədə fikir ifadə etmişdir ki, bu da müa-
sir hekayə dili üçün böyük məziyyətdir. “Asılqanda işləyən qa-
dının söhbəti”ndə müəllif ümmumxalq danışıq dilinə böyük mə-
həbbəti və ondan bacardıqca geniş sürətdə istifadə etməyə səmi-
mi səyi hiss olunur. “Heç vaxt” əvəzinə “heç vədə”, “nədənsə”
əvəzinə “niyə görəsən”, “qəhvəyi” əvəzinə “mixəyi” işlədilməsi
məhz bu səyin nəticəsidir” (3).
“Ağ limanlar və Qırmızı gəmilər” məqaləsində Məmməd Arif
|