Anar – 75
47
ki
, vəfat eləmişdi” (5,116).
Bu bayram isə digərlərindən fərqlənir. Ailənin bütün üzvləri,
de
mək olar ki, evdədir. Ana yeni il axşamı övladları ilə birlikdə
ol
duğu üçün sevinclidir. İlin son gecəsidir. Həmidə xala mətbəx-
də plov hazırlayır.
Əri Qəzənfərin ölümündən sonra ailə ilk dəfə idi ki, yeni ili
bir yerdə keçirəcəkdi. Ana stol açmışdı. Tofiqin yoldaşları da
onlar
la birlikdə olacaqdı. Amma axşam ailə üzvlərinin hərəsi bir
ye
rə dəvət alır. Məlum olur ki, Rüstəm nişanlısından incidiyi,
Leyla
isə məktəbdə təşkil olunacaq tədbirin proqramına salınma-
dığı üçün evdədi.
İlk öncə Tofiq evdən getməli olur. Onun sinif yoldaşları ata-
anası bütün gecəni evdə olmayacaq bir yoldaşlarıgildə yığışmağı
qərara alırlar. Tofiq bundan məyus olur, utanıb-çəkinərək vəziy-
yəti anasına danışır. Həmidə xala oğlunu başa düşür, onun ürə-
yini qırmaq istəmir və icazə verir ki, Tofiq yeni ili yoldaşları ilə
birlikdə ürəyincə qarşılasın. Tofiq gedəndən sonra Gülarə həyat
yol
daşı Süleyman və yaşyarımlıq oğlu ilə anasını təbrikə gəlir.
Ürəyi bütün övladlarını bayram axşamı birlikdə görmək arzusu
ilə çırpınan ana düşünür: “Əgər Gülarəgil onca dəqiqə əvvəl gəl-
səydi, o elə xəyal edə bilərdi ki, bu yeni il gecəsi bütün ailə evdə
ola
caqdır. Nə yaxşı olardı! Hətta, sonra Tofiq getsəydi də, onun
ge
dəcəyi məlum olmamışdan bir neçə dəqiqə əvvəl, Həmidə xa-
la nə sevinərdi! Hayıf ki, Gülarəgil Tofiq gedəndən sonra gəldi”
(5,118). Lakin ana
nın ümidləri boşa çıxır, Gülarə oğlu Vaqifi
ona tap
şırıb həyat yoldaşı ilə dəvət aldığı qonaqlığa gedir.
Həmidə xala bu dəfə Rüstəmin kefsiz olduğunu görür, mətlə-
bi anlayır, oğlunu nişanlısına zəng vurmağa təhrik edir. Telefon
da
nışığından aydın olur ki, nişanlısı onu evlərinə dəvət edir.
Rüs
təmin anasını evdə tək qoymağa ürəyi gəlmir, bunu başa dü-
şən ana oğlunu cəsarətləndirir, getməsini istəyir. Rüstəm də get-
dik
dən sonra Həmidə xala ilin son gecəsini tənha keçirməli olur.
Burada yazıçı ananı televizor diktoru ilə, telefon şəbəkəsinin
məlumat xidməti ilə danışdırmaqla tənhalığın dərinliyinə enir,
|