Anar – 75
49
mənim də balalarım dünyada hər yanı gəzib dolansalar da, genə
əvvəl-axır anaları Zəhranın ətrafına gərək dolanalar”(62,475).
Hər iki əsər öz əxlaqi məzmunu ilə zirvədə dayanır.
Həmidə xala ərinin səs yazısını eşidərək, elə bil ki, hər şeyi
ye
nidən öz axarında qəbul edir, mənən rahatlıq tapır, tənhalıq
va
himəsindən qurtulub adi həyata qayıdır. Övladları ayrı-ayrı
məclislərdə olsalar da, aldıqları düzgün tərbiyə nəticəsində zəng
vuraraq analarını təbrik edirlər. Bütün bu situasiyalarda oxucu
mənən təmiz, zəngin əxlaqi düşüncəyə malik bir azəri ailəsi gö-
rür. Hekayə daşıdığı tərbiyəvi səciyyə etibarilə oxucu qəlbinə
yol tapır.
Bu hekayə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrin-
də, o cümlədən Türkiyə ədəbi mühitində maraqla qarşılanmışdır.
Çağdaş Türk ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri
Fatma Özkan “Türk kültürü” dərgisində “Keçən ilin son gecə-
si”ni türk dilinə çevirmişdir. Ədib özü bu barədə yazır: “60–cı
il
lərə qədər hekayələrimi heç bir mətbu orqana təqdim etməmiş-
dim. Atam da məsləhət görmürdü. Yalnız 60-cı ildə iki hekayə-
mi jurnala təqdim etməyə icazə verdi. “Azərbaycan” jurnalının
60-
cı il dekabr nömrəsində jurnalın o vaxtkı redaktoru Əbülhə-
sən iki hekayəmi dərc etdi: “Keçən ilin son gecəsi” və “Bayram
həsrətində” hekayələrimi. Maraqlıdır ki, o zaman görkəmli yazı-
çımız Əbülhəsənin diqqətini çəkmiş bu iki hekayə məhz bu gün
müa
sirimiz Türkiyənin elm adamlarından biri olan Fatma Özka-
nın da marağına səbəb olmuşdur”(33,186).
Bu əsər üzrə yazılmış pyes uzun illər teatr səhnəmizin bəzəyi-
nə çevrilmişdir. “İstedadlı gənc nasir Anarın tamaşaya qoyulan
“Ke
çən ilin son gecəsi” pyesi diqqəti cəlb edir. Dramaturgiya
sa
həsində ilk dəfə qələmini sınayan Anarın həmin pyesi teatr ic-
ti
maiyyətimizdə maraq oyatmışdır. Bu hər şeydən əvvəl, onun
cəsarətli və maraqlı axtarışlar aparması, dünya dramaturgiyası
ya
radıcılıq ənənələrinə qarşı laqeyd qalmaması ilə əlaqədardır.
Onun dramatik üslubu
bizdə bədbinlik yox, həyata məhəbbət
his
si oyadır, düşündürür, mənən yüksəlməyə vadar edir”(4).
|