Aytən Quliyeva
48
onun bütün mahiyyətini ortaya çıxarır. Anar tənhalığın faciəsini
aç
maq, onu yox etmək, özündən qovmaq üçün Həmidə xalanın
mənəvi aləmini işıqlandırır. Psixoloji vəziyyətin ən son, gərgin
məqamı Həmidə xalanın həyat yoldaşı Qəzənfərin səsinə qulaq
as
ması olur. O, ilk əvvəl bu addımı atmaqdan qorxur. Lakin cə-
sa
rətini toplamağı bacarır, siyirməni açıb lenti çıxarır, maqnito-
fo
nu işə salıb dinləməyə başlayır. “Bir gün olacaq mən olmaya-
ca
ğam. Bax sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa elə-
sə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yox, işdi... Onda
bax, bunları sənə tapşırıram...
Demir
əm ki, hamısına ali təhsil
ver. Demir
əm ki, hamısını doktor elə, injiner elə, amma adam
olsunlar. Yax
şı adam olsunlar.
Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya-
başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub
ge
dəcəklər. Bax, onda onlara vəfasız demə ha!
Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə
düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də
bir-
birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə
gətirmişdik... Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey ve-
rir
lər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, bat-
mır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar.
...Biz, Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə
çö
rək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa,
uşaqlarımız özləriynən öz təzə həyatlarına, təzə nəsillərə apar-
sınlar. Həyat da elə budur da”(5,127). Bu sözlər vasitəsilə Qə-
zənfərin aydın, sadə, nikbin həyat fəlsəfəsini görürük. Bu sözlər
Həmidə xalanın həyata, övladlarına olan inamını qaytarır.
Bu epizod bizə C. Məmmədquluzadənin məşhur “Anamın
ki
tabı” dramından bir hissəni xatırladır. Bu əsərdə də yalnızlığa
qa
pılan, övladları tərəfindən tərk edildiyini düşünən Zəhrabəyim
ananın təsəllisi vəfat etmiş ərinin yazdığı bir parça kağız olur.
“Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə
əvvəl axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim,
əzəl gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki,
|