Anar – 75
89
b
əlirləmək olur. Yazıçının daim gərilən üslubu, birərli-analitik
t
əhkiyəsi, öz daxili enerjisinə güvəncli süjet, obrazyaratma çəm-
l
əri, yorulmaz ideya axtarışları onun nəsr poetikasının dinami-
kasını təmin edir. Anarın bir əsərindən o birinə qapı açılır. Bu
m
ənada Anarın bütün nəsr əsərləri bütöv, sürəkli bir romandır”
(72,21).
Görk
əmli sənətkarın hekayələrinin mahiyyətində hər şeydən
çox mənəvi əsarətdən xilas olmaq duyğusu, insanın daxilən saf-
la
şıb həqiqətə qovuşması məsələsi, öz doğrusunu daxili dünya-
sında tapmaq düşüncəsi yaşamaqdadır. Bu hekayələrdə insan
psixologiya
sının, əxlaqının, mənəvi dünyasının canlı lövhələri
yara
dılmışdır.
Anarın “Asılqanda işləyən qadının söhbəti”, “Yaxşı padşahın
na
ğılı”, “Molla Nəsrəddin-66” hekayələr silsiləsi, “Gürcü fami-
li
yası”, “Mən, sən, o və telefon”, “Qırmızı limuzin”, “Vahimə”
he
kayələri XX əsr Azərbaycan hekayəsinin klassik nümunələri
sırasına daxil ola bilmişdir. Xalqın mənəvi mədəniyyətini bütöv-
lü
yü ilə dərk edən və onun hər bir zərrəsinin dəyərini, bilən
Ana
rın hekayələrində milli heysiyyət ümümbəşəri duyğularla
bir
ləşir, qovuşur.
Müəllif hekayələrində dövrünün həlli vacib olan problemləri-
ni, məsələlərini ortaya qoyur və bu problemləri oxucunu yorma-
dan həll etməyə çalışır. Bu hekayələrin süjetində həyatın müxtə-
lif sahələrindən götürülmüş maraqlı mövzular, dərin mənalı mət-
ləblər öz əksini tapır.
Yazıçının hekayələri müasir dövrün mənzərəsini tam və əha-
təli şəkildə əks etdirmək baxımdan çox əhəmiyyətlidir. Bu heka-
yələr kiçik həcmli olsalar da, dövrün ümumi mənzərəsi haqqında
oxu
cuda aydın təsəvvür yaradır. Burada insanların daxili aləmi-
nin, fərdi psixologiyasının, arzu və istəklərinin orijinal bir dillə
açılması oxucunu heyrətləndirir.
|