Anar – 75
87
NƏTİCƏ
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Anar təkcə zəngin
bədii yaradıcılığı ilə deyil, sözün geniş mənasında elm, mədə-
niy
yət və ictimai fikrimizin bütün sahələrini əhatə edən çoxcə-
hətli səmərəli fəaliyyətilə Azərbaycan söz sənətinin öncül sima-
la
rındandır. O, hələ Sovet ədəbiyyatının yüksəlişi illərində bö-
yük məhrumiyyətlərə dözərək əsl milli, həqiqi, həyati ədəbiyyat
nü
munələri yaratmağı bacarmışdır. Təkcə yeni nəsri, yaxud ədə-
biy
yatı deyil, bütövlükdə yeni düşüncə tərzini, yeni baxışlar sis-
temini
formalaşdıranlardan olmuşdur. “Elə yazıçılar vardır ki,
sa
dəcə istedadlı, orijinal əsərlər yaradır, əsərləri və yaradıcılıqla-
rı ilə ədəbiyyatın inkişafına, müasir vəzifələrinin gerçəkləşməsi-
nə bu və ya digər dərəcədə təsir göstərə bilirlər. Və şübhəsiz, bu
cür yazıçıların əsərləri də, bütövlükdə yaradıcılıqları da ədəbiy-
yat tarixində, ədəbi prosesdə müəyyən izlər buraxır. Lakin elə
yazıçılar da olur ki, onların ədəbiyyata, sənətə gəlişi ilə ədəbiy-
yatda, sənətdə bütöv bir mərhələ başlanır, yeni cərəyan—fikir,
düşüncə məktəbi formalaşır və özünü təsdiq edir—ədəbiyyatda,
bədii fikirdə yeni dəyərlər, prinsiplər, görüşlər, zövqlər doğurur.
Ədəbiyyat sanki başqalaşır, yenidən doğulur. Çağdaş Azər-
baycan ədəbiyyatında bu cür yazıçılardan biri Anardır—desəm,
yəqin ki, səhv etmərəm” (71,160).
Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın
ya
ranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil al-
ma
sında xidmətləri əvəzsiz olmuşdur. Onun süjet qurmaq baca-
rığı, xarakter yaratmaq məharəti, hadisələrlə xarakterləri bağla-