Anar – 75
83
He
kayənin ekspozisiyası həkim Orucun firəvan həyatının təsviri
ilə başlayır. O, 45 yaşında, fiziki cəhətdən sağlam, kariyerasında
uğurlar əldə etmiş bir insandır. Onun həyatında hər şey öz axarı
ilə gedir, özündən altı yaş böyük həyat yoldaşı Pakizə mülayim,
ailəsinə qarşı diqqətcil bir qadındır. Oğlu isə Moskvada tibb
institutunda təhsil alır.
Hekayədə Orucun xarakteri hər tərəfli açılır. O, istedadlı bir
həkim kimi öz vəzifəsinin ona verdiyi rifahdan istifadə etməyi
özü
nü tamamilə halal haqqı hesab edir. “Əlbəttə,
məsələnin
maddi t
ərəfi də vardı və həkim Oruc rifahını özgələrin bədbəxt-
çiliyi üz
ərində qurduğundan vicdan əzabı çəkəsi deyildi–bu
onun s
ənəti idi” (9,20).
Buradan bel
ə bir nəticəyə gəlmək olur ki, Oruc bu düşüncə
t
ərzinə görə yaşadığı cəmiyyətlə öz arasındakı harmoniyanı po-
zur, özü
nü insanlardan, onların problemlərindən təcrid edir. O,
m
ənəviyyatca yalnız özünü, rifahını düşünən adamdır. Hər bir
ictimai amaldan m
əhrumdur. Bu hal onun faciəsini şərtləndirir.
Oruc da Anarın bir çox qəhrəmanları kimi standart həyat reji-
min
ə malikdir. Lakin digər qəhrəmanlardan fərqli olaraq o, bu
standart h
əyat cədvəlindən çox razıdır. “Müayinə və müalicə,
maddi imkanlar, ail
ə sakitliyi və sabitliyi, oğlunun gələcək yük-
s
əlişi, bağın açıq havası, bellə ağacların dibini işləməsi, Ofelyalı
şənbələr,
dost məclisləri, preferans, nərd, videofilmlər–dəqiq
ömür c
ədvəli Orucu çəpər içinə salıb qoruyurdu və bu çəpərin,
bu divarın dalında qaynayan, çalxalanan, kükrəyən, qan axıdı-
lan, göz yaşı tökülən dünyanın ona, elə bil, heç dəxli yoxdu”
(9,23).
Əvvəldə qeyd olunduğu kimi, 90-cı illərdə dövlətimizin və
xal
qımızın başına gətirilən faciələr ədəbiyyatdan da yan keçmə-
miş, bir çox yazarlarımız bu problemə öz əsərlərində müəyyən
d
ərəcədə yer vermişlər. “Vahimə” hekayəsinin qəhərmanı Oruc
müst
əqilliyini yeni bərpa etmiş bir dövlətin vətəndaşı, ictimai
h
əyatında təlatümləri, hakimiyyət çəkişmələri, Qarabağ proble-
mi olan bir c
əmiyyətin üzvüdür. Bütün bu hallar cəmiyyətdə ru-