Aytən Quliyeva
54
ol
maq üçün sanki əsər boyu ona qarşı olan qüvvələr—vaxt və
tak
si ilə passiv mübarizə aparır. “Taksi burada bir simvoldur—
qəhrəmanın qarşısına çıxan şansların, təsadüflərin simvoludur,
bu təsadüflər və şanslar hər zaman insanın qarşısına çıxa bilər,
la
kin zamanı, vaxtı heç cürə qaytarmaq olmaz, ona heç bir ma-
şınla, taksi ilə çata bilməzsən. Burada vaxt anlayışı səadət insan
xoşbəxtliyi, uğuru ilə bağlanır”(32,15).
Qəhrəman gənclik çağlarında yaşının, həyat təcrübəsinin azlı-
ğı ucbatından Vaxtın insan həyatında oynadığı rolu anlaya bil-
mir
. “Vaxt hər şeyə məlhəmdir” deyiminin əsl mahiyyətini başa
düşmür və taksinin simvollaşdırdığı—həyatının anlamını, sevgi-
sini itirir.
Ömrünün yetkin çağlarında isə real əxlaq qanunları, saf mə-
nəviyyatı, ictimai fikir onun son təsəlli olaraq gördüyü Nərgizi
on
dan ayırır. İlk məhəbbətini vaxtsız gəldiyi üçün itirmişdisə,
ikin
ci məhəbbətini də gecikdiyi üçün itirir. Bununla belə həyat-
dan ümidlərini qırmır. İtirdiklərinin qarşılığı olaraq xəyallarını,
xa
tirələrini vəfalı həmdəmi sayaraq səadətə can atır.
Oxucuya lazım olan da məhz bu tipli yaradıcılıq nümunələri-
dir. Həqiqətən bu günümüzdə belə əsərlərə tələbat var. Bu cür
he
kayələr həm insanların ruhunu oxşayır, həm də onlara sözün
əsl mənasında müsbət tərbiyəvi təsir göstərir. Oxucu zövqünün
for
malaşmasında da bu hekayələrin rolu böyükdür.
Hekayə yazıldığı dövrdə təbii ki, ədəbi tənqid tərəfindən bə-
yənildiyi kimi, iradlarla da qarşılaşırdı. Ümumən Anar yaradıcı-
lığını bəyəndiyini söyləyən görkəmli yazıçımız Mehdi Hüseyn
“Tak
si və vaxt” hekayəsi haqqında yazır: “Ən yeni ədəbi nəsli-
mi
zin nümayəndəsi Anar öz hekayələrini sadə, ifadəli bir dildə,
yığcam və mənalı yazmağa çalışır. O, şübhəsiz ki, istedadlı bir
gəncdir...
Bütün bu məziyyətlərlə yanaşı, adlarını çəkdiyim gənc müəl-
lif
lərin hamısı üçün səciyyəvi bir qüsuru mütləq deməliyəm: on-
la
rın əsərlərində həyat müşahidəsinin zəifliyi və ədəbi əsərlərin
təsirindən doğan bir kitabçılıq meyli nəzərə çarpır. Məsələn,
|