Anar – 75
55
Ana
rın “Asılqanda işləyən qadının söhbəti” nə qədər inandırıcı
və təbiidirsə, “Taksi və vaxt” hekayəsi bir o qədər mühakimədən
gəlir. Mənə belə gəlir ki, gənc yaşlarında məhəbbəti layiqincə
qiy
mətləndirməmiş, qocalığında isə bunun peşmanlığını çəkmiş
adam
lardan yazmaq, Anar kimi hələ püxtələşməmiş bir gənc
üçün çox tezdir”(44,23).
1967-
ci ildə qələmə alınan “Gürcü familiyası” problematikası
ba
xımından “Taksi və vaxt” hekayəsinə çox yaxındır. “Anar hər
şeyi zaman müstəvisində, vaxt bölgüsünün mizanı ilə təsnif edir.
Za
man ona etiraf, həqiqət və müdriklik sınağı, ən qənirsiz mün-
sif, Femidanın sinonimi kimi lazım olur. Sevincin ağırlığı, güna-
hın həcm, tövbənin çəki, yaddaşın həssalıq ölçüsü—hamısı vaxt-
dır. Söhbət məhəbbətdən və məhəbbət xatirələrindən gedir, fəqət
sərlövhədə ayrı şey oxuyuruq: “Vaxt və taksi”. Vaxt yalnız sər-
löv
hədə yox, təsvirlərdə, bədii təhlilin süjetində də əsas ünsür-
dür... Müəllifin zamanı da taksi kimi saxlamaq, anı qaytarmaq,
sax
lamaq arzusu və bunun qeyri-mümkünlüyü hekayəyə sonra-
lar Anarın bütün yaradıcılığı boyu davam edəcək bir kədər işığı
aşılayır...
“Gürcü familiyası”nda isə yenə də vaxtın arxasınca qaçan
qəhrəman bu dəfə onu taksi ilə yox..., təyyarə ilə qovur... Lakin
ar
xada qalan, itən vaxta nə taksi, nə də təyyarə ilə çatmaq müm-
kün olur... Özü də vaxt obrazına və konsepsiyasına işarə bu ikin-
ci hekayədə də yenə lap sərlövhədən başlayır. Şərti Gürcü fami-
liy
ası—Kamikadze—məhz zamansızlığa məhkumluq deməkdir:
zaman kimi Kamikadze
nin də qolunda və taleyində saat yalnız
bir istiqamətdə işləyir və geriyə axa bilmir”(57,151).
Bu mülahizə hekayələrin qayəsini əsasən düzgün ifadə etsə
də, buradakı “bir kədər işığı aşılayır” fikrilə razılaşmaq olmur.
Hər iki hekayədə qəhrəmanlar vaxtı dəyərləndirə bilməyib sev-
gi
lərinə cismən qovuşa bilməsələr də, mənən əsl sevginin ma-
hiy
yətini anlayıb daha xoşbəxt olur, bir anlamda istəklərini real-
laşdırırlar.
“Gürcü fam
iliyası” hekayəsinin qəhrəmanlarından biri—Oq-
|