Aytən Quliyeva
56
tay qeyri-
adi bir teleqram alır. “Bu nə qəribə teleqram idi: "Mu-
ra
dov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla" (7,129). İmzasız
gələn bu teleqram Oqtayı çox düşündürür, o, Moskvadakı bütün
ta
nışlarını yada salır, lakin teleqramı göndərənin kimliyi barə-
sin
də bir qənaətə gələ bilmir. Bütün bu çalpaşıq fikirlər arasında
ağlına bir fikir gəlir: “Ağlıma bir fikir də gəldi. Amma bu fi-
kir—
xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi.
Ola bilməzdi”(7,130). Lakin onun ağlından qovduğu fikir realla-
şır. Bu gələn onun gözlədiyi, bir zamanlar itirdiyi Əsmərdir. Əs-
mər onun sevdiyi, lakin utancaqlığına, təcrübəsizliyinə görə qo-
vu
şa bilmədiyi uşaqlıq sevgisi, həm də sinif yoldaşıdır.
Süjetin axarında Əsmər və Oqtayın gözəl insani münasibətlə-
ri, ilk gəncliyinin doğma xatirələri incələnir, çözülən xatirələr
isə düşüncələri oyadır, duyğuları qanadlandırır. Oqtay ömrünün
həmin bir günündə keçirdiyi hisslər, Əsmərlə gəzdiyi yerlər, et-
di
yi söhbətlər barədə danışır. “Həzin, kövrək duyğular, uşaqlı-
ğın, yeniyetməliyin, səmimi və saf arzuları ilə yaşlı həyatın
prob
lemləri, gündəlik qayğıları arasında qarşılaşdırma, ad günü
bəhanəsi ilə gözlənilməz görüş və bu qəfil görüşün oyatdığı
hiss
lər... Bütün bunlar— Əsmər və Oqtayın gözəl insani müna-
si
bəti, uşaqlığın birgə xatirələrinə sədaqəti oxucuda xoş düşün-
cələr oyadır...” (32,16).
Oqtayın davranışlarından biz onun qeyri-adi düşüncə tərzinin
şahidi oluruq. “Deyirdim ki, Allah yoxdur, amma mən bir dəfə
onu eşitdim: Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi—
in
sanları təklik kameralarında bağlayıb, indi də gəzir özüyçün,
açar
larını cingildədir. Amma bu təklik kameralarında insanların
ha
mısı eyni şeyləri görür—ulduzları, ayı, buludları, çarmıxa çə-
kil
miş səmanın bir tikəsini, bir udumunu, yağışı—bizim ümumi
ərazimizi. Hər adamın həqiqəti onun içində bağlıdır. Seyf kimi,
şkaf kimi. Bu seyfi, bu şkafı başqası aça bilmir, çünki birinin
aça
rı başqasına düşmür. Hər adam öləndə torpağa onun açarları-
nı da basdırırlar. Biz öləndə də torpağa bizi—heç bir vaxt açıl-
ma
mış şkafları basdıracaqlar” (7,159). Bəlkə də belə düşündü-
|