303
münaqişəli vəziyyətlər yaranır; qrup maraqlarının toqquşması
da buraya aiddir. Maraq və borcun nisbətini müxtəlif cürə başa
düşürlər. Bəzi tədqiqatçılar əxlaqi borcu şəxsi maraqla
məhdudlaşdırmağa çalışırdılar – “ağıllı” (eqoizm nəzəriyyəsi,
evdemonizm, gedonizm). Kant göstərirdi ki, insan öz borcunu
öz şəxsi maraqlarını tapdalayaraq yerinə yetirə bilər (“qəti
imperativ”).
Yəqin ki, maraqlar və borc arasında yaranan
zidiyyətlərin kökü fərdi və ictimai maraqların əksliyindədir.
Müasir etik nəzəriyyələrindən biri elə “
maraqlar nəzəriyyəsi”
adlanır. Bu nəzəriyyə həm də aksiologiyaya aiddir.
Burada ətraf
aləmin hadisələrinin, o cümlədən xeyir və şərin əxlaqi
dəyərliliyini həmin obyektə istiqamətlənmiş marağın nəticəsi
kimi qiymətləndirirlər. Maraqlar nəzəriyyəsi başqa cürə etikada
naturalizmin ifadəsi kimi qiymətləndirilir. Öz məzmununa görə
o, bir çox hallarda praqmatizm nəzəriyyəsinə yaxındır. XX
əsrin 20-ci illərində yaranmışdır. Başlıca nümayəndələri (AbŞ-
da R.Perri, C.Porker, İngiltərədə F.Tennant) hesab edirlər ki,
insan üçün bu və ya digər hadisə və yaxud
predmetin dəyərliliyi
onların cəmiyyətdə oynadığı rol ilə yox, insanın onlara olan
subyektiv münasibəti, göstərdiyi maraq ilə müəyyən olunur.
Marağın özü sırf psixoloji anlamda götürülür, yəni arzu, meyl,
simpatiya, sevgi, hüsnrəğbət və onların əksi olan hisslər kimi
(nifrət, antipatiya və s.) Maraqların sosial tərəfi burada
müəyyən dərəcədə nəzərə alınmır.
Bu
nəzəriyyənin davamçıları mənəviyyatı fərdi
maraqların qarşılıqlı uzlaşdırılması və barışdırılması kimi başa
düşürlər.
Qisas insana keçmişdə edilən pisliyə görə görülən
hərəkətə deyilir. Burada “göz gözün əvəzi, diş dişin əvəzidir”
prinsipi əsasdır. İcma cəmiyyətində qisas ictimai əvəzin
verilməsi kimi çıxış edir və ədalətlilik anlayışının primitiv
forması ilə bağlı idi. Dövlət yaranandan sonra əvəzvermə, yəni
cəzalandırma funksiyası ona keçdi. Burada qisas fərdi hərəkət