309
1 №li cədvəldə məna baxımından bir - birinə əks olan
söz cütlükləri verilmişdir, onların köməkliyi ilə sizin
kollektivdəki atmosferi təsvir etmək olar. Siz cütlükdə olan
sağdakı və ya soldakı sözə (*) işarəsini nə qədər yaxın
qoysanız, bu, əlamətin sizin kollektivdə bir o qədər qabarıq
olduğunu göstərəcəkdir.
Cədvəl 1.
1
2
3
4
5
6
7
1 Dostluq
*
Düşmənçilik
2 Fikir birliyi
*
Fikir ayrılığı
3 Razılıq
*
Narazılıq
4 Səmərəlilik
*
Səmərəsizlik
5 İstilik
*
Soyuqluq
6
Əməkdaşlıq
*
Razılaşmamaq
7 Qarşılıqlı
dəstək
*
Bədxahlıq
8 Maraq
*
Biganəlik
9 Həvəs
*
Darıxdırıcılıq
10 Uğur
*
Uğursuzluq
Mövzu 11. Əxlaqi dəyərlər və xasiyyət keyfiyyətləri
Dəyər hər hansı bir marağın predmeti olan obyektdir.
Əxlaqi məqsəd ən ali əxlaqi dəyərdir. Dəyər fəlsəfi
kateqoriyadır. Əxlaqi dəyərlərin təsnifatı (ideyalar, xasiyyət
keyfiyyətləri, gercəkləşdirilmiş praktiki əməllər).
11.1. Əxlaqi dəyərlər (sərvətlər)
311
Əxlaqi dəyərlər insanda birdən-birə formalaşmır. Ömrün
bütün mərhələlərində tədricən yetişən insan sosiallaşma yolu ilə
həmin dəyərləri öz daxili “sütununa”, “Mən”- ninə çevirir. Bir
çox bədii əsərlərdə, incəsənət nümunələrində əxlaqi dəyərlərin
həyatın bütün əzab-əziyyətlərinin təsiri altında necə dəyişilməsi
haqqında maraqlı faktlar gətirilir. Həyatda əxlaqi, ali məqsəd,
ali ideal insan qarşısına qoyulmursa, belə həyat mənasız,
dağıdıcı olur.
XX əsrin məşhur Ispan yazıçısı və filosofu Migel de
Unamuno əxlaqla bağlı göstərirdi ki, zehni tənbəllik, yəni
yenini yalnız artıq məlum olanın əsasında qiymətləndirmək
xüsusiyyəti tənqidə meyilli insanlarda daha çox özünü
göstərir
1
.
Bu mənada əxlaqın hökmləri yaxşı və yaxud pis sayılan
əməllərdən sonra yaranır. Həmin hökmlər vasitəsilə əməllər
qiymətləndirilir.
Hər bir insan özündə yeddi məziyyəti və onlara əks olan
ən ağır yeddi günahı daşıyır: o lovğa və ürəksiz, qarınqulu və
toxtaq, şəhvətli və ismətli, paxıl və rəhmli, xəsis və əliaçıq,
tənbəl və zəhmətkeş, hirsli və dözümlü ola bilər. Insan öz
daxilində zalımı və ya qulu, cinayətkarı və ya mömini yetişdirə
bilər.
Alman şairi Höte orta əsr filosofların fikrini
dəstəkləyərək, göstərirdi ki, dünyada bütün yaxşılıqların
mənəvi başlanğıcı Allahdır. Yaxşılıq insanın yarada biləcəyi
məhsul deyil. O, qismən təbiətimizdən irəli gəlir, qismən isə
sosial mühitin təsirindən yaranır. Bu və ya digər dərəcədə o
hamıya xasıdr, lakin öz ali ifadəsini yalnız ən qabiliyyətli və
bacarıqlı insanlarda tapır. Həmin insanlar öz ilahi mahiyyətini
böyük, möhtəşəm əməllərdə və yaxud ideyalarda ifadə edirlər.
Bu ilahi mahiyyət öz gözəlliyi ilə insanların rəğbətini və
sevgisini qazanmış, səcdə və təqlid obyektinə çevrilmişdir.
1
Мигель де Унамуно. О трагическом чувстве жизни. Киев: «Символ»,
1997