316
bilər. Bu işlərdə külli miqdarda vəsait, beynəlxalq təşkilatların
səylərinin artırılması və s. lazımdır.
4. “Dünya birliyi”: insanların çoxu artıq dərk edir ki,
milli dövlətlər əvvəlki kimi zamanla ayaqlaşa bilmirlər.
Qüdrətli ölkələr istisna olmaqla, qalan heç bir başqa dövlət
indiki qlobal dünya durumundan istədiyi kimi faydalana
bilməz. Digər tərəfdən, bəzən başa düşmürlər ki, fövqəldövlət,
beynəlxlaq qurumlar yaradılmadan bir çox problemlərin həlli
qeyri-mümkündür. Milli dövlətçilik imkanlarının məhdud
olması fikrinin sübutunu elə beynəlxalq sahələrin fəaliyyətində
görmək olar. Alimlər qarşısında duran
problemlərdən biri indiki
eqosentrik (öz mənafe və tələbatlarına meylli) dövlətlər
sistemini, onu idarə edən özbaşınalığa meylli hökümətləri elə
bir dünya birliyinə gətirib çıxarmaqdır ki, nəticədə insan
cəmiyyətinin bütün struktur məsələlərində qərarların qəbul
olunması vahid coğrafi və funksional məkan həddlərində
həyata keçirmiş olsun.
5. “İnsan sığınacağı”: bu problemin miqyası və əhatəliyi
olduqca vacibdir. Söhbət əhalinin sürətlə artmasından gedir.
Yer kürəsi ərazisinin, burada ehtiyatların elə paylanması təmin
olunmalıdır ki, burada 8 mlrd. əhalini yerləşdirə bilək. Ola
bilsin ki, əhalinin sayı bir neçə mlrd.da artsın. Ümumplanetar
miqyasda məsələnin həlli baş tutmasa, onda qarşısıalınmaz
fəlakətlər silsiləsi insan nəslini gözləyir.
6. “İstehsal sistemi”: burada fəaliyyət göstərən iqtisadi
mexanizmlərdə açıq-aşkar problemlər yaranır. Nədənsə iqtisadi
sistemin elementləri müxtəlif yerlərdə və müxtəlif ölkələrdə
sıradan çıxır; bilmək olmur ki, inkişaf etmiş və inkişaf etməkdə
olan ölkələr arasında fərqi necə aradan qaldırmaq olar. Müasir
iqtisadi sisteminin sabit olmaması bunu tələb edir. Yeni
konseptual yanaşma və yeni layihələr lazımdır.
317
Bütün bu məqsədlərə nail olunması nəticəsi sosial
ədalətin bərqərar olunması
deməkdir
1
.
Əxlaqi dəyərlərin nəzəri araşdırmaları müxtəlif
istiqamətlərdə getmişdir.
Bunlardan bir neçəsi -
əxlaqi sərvətlərin affektiv – iradi
nəzəriyyələri müasir dövrdə formalaşıb (latınca “affectus”
mənəvi həyəcan, ehtiras deməkdir), aksiologiya elminin tərkib
hissəsidir. Bu nəzəriyyələrin nümayəndələri hesab edirlər ki,
dəyərlər və yaxud sərvətlər subyektin obyektə olan psixoloji
münasibəti əsasında formalaşır. Başlıca nümayəndələri
amerikalı filosoflar U.Erban, D.Proll, C.R.Rid, K.Lyuis,
C.Prettdir. Hesab olunur ki, obyektin (yəni hərəkətin, şəxsin
xasiyyətinin, hər hansı bir hadisənin) əxlaqi dəyəri onun özünə
xas olan xüsusiyyətlərlə yox, ona qarşı subyektin (bu hadisəyə
qiymət verən insanın) müəyyən psixoloji münasibətinin
nəticəsidir. Bu münasibətin özünün də affektiv – iradi təbiəti
var (yəni arzu, emosiya, meyllər və tələbatlar). Beləliklə,
insanın obyektə münasibəti onu formalaşdıran predmet və
hadisələrin obyektiv xassələri yox, insanın özünün subyektiv
münasibəti müəyyənləşdirir.
Məlum olduğu kimi, insanların ətraf aləmə münasibət
sosial zəminində qurulur, çünki onlar üçün sosial əhəmiyyət
kəsb edir. Mənəvi sərvətlər obyektiv xarakter daşıyır, amma
tədqiqatçıların fikrincə, hər hansı bir əxlaqi hadisənin dəyəri
müəyyən konkret şəraitdən, həmin hadisəni qiymətləndirən
şəxsin psixi durumundan da asılıdır.
Onu da qeyd edək ki,
ictimai hadisələrin mənəvi və
estetik tərəfləri çox vaxt bir yerdə təhlil olunur və öyrənilir.
Həm əxlaqi, həm də estetik qiymət insanın davranışına, onun
keyfiyyətlərinə, bütövlükdə özünə əxlaqi cəhətdən xeyir və şər
baxımından, estetik cəhətdən isə gözəllik və eybəcərlik
baxımından xarakterizə oluna bilər. Bu zaman mənəvi və
1
Аурелио Печчеи. Человеческие качества. Перевод
на русский язык с
сокращениями М. М.: Издательство "Прогресс", 1980