5
nəslinin formalaşması, sinfi təbəqələşmə yeni əxlaqi idelların
yaranmasına təkan verdi. İnsanın mənşəyi getdikcə daha
əhəmiyyətli sayılır, şan-şöhrət qazanmaq, yaxşıların yaxşısı
olmaq isə həyati məqsədlərə çevrilir.
Belə bir meylləri daha yaxşı Hesiodun “Əmək və
günlər” (zəhmət və zaman) əsərində izləmək olar. Burada yeni
sosial-əxlaqi
vəziyyət, yəni sinifli cəmiyyətin əxlaqi
qarşıdurması öz əksini tapır. Burada sədaqət, zəhmətkeşlik
insan davranışının norması kimi təqdim olunur, yüksək ali
dəyərlər kimi qiymətləndirilir. Hesiod öz əsərində böyük
zəhmətin nəticəsində əldə edilmiş xüsusi mülkiyyəti vəsf edir.
Bununla belə, müəllif cəmiyyətin süquta doğru hərəkət
etməsini göstərir, çünki insanlar, Prometeyin nalayiq hərəkətini
(Allahlardan odu oğurlamaq) təkrarlayaraq, günaha batmış,
əxlaqdan uzaqlaşmışlar. Hesiod zəhmət və ədalətin əxlaqi
mahiyyətini mülkiyyət münasibətlərində mütləqləşdirir. İlk
dəfə olaraq “qızıl” adını qazanmış əxlaqı qaydanı o ifadə
etməyə çalışmışdır: “başqası üçün pisliyi istəyən özü üçün də
bunu istəyir”
1
[yenə orada, s. 25].
Burada ədalətli olmanın faydalılığı idaeyası irəli sürülür.
Utilitar fikirlər həm də mərkəzləşdirilmiş, vahid idarə olunma
ideyası ilə tamamlanır.
Qədim Yunanıstanda əxlaq haqqında fikirlər öz davamını
tapmışdır. Burada əsasən dövlətin, polisin maraqları müdafiə
olunur. Ümumi qanunlar, adət-ənənələr, allahlar, əcdadlar
ehtiramla qarşılanmalıdır, çünki bu hamıya aiddir. Kollabul
(“Dövlətə ən düzgün məsləhətləri ver”), Solon (“Yalan
danışma. Ən vacib olanı qoru”, Allahlara ehtiram, valideynlərə
şərəf), Xilon (“Qocalara hörmət et”, “Qanunlara tabe ol”), Fales
(“Axmaq vasitələri özündə artırma”), Biant (“Həmişə
Allahların olması barəsində danışmağa çalış”), Periandr (“Xalq
hakimiyyəti trianiyadan güclüdür”), Pattan (“Sənə etibar
ediləni həmişə qaytar”) artıq əxlaqi münasibətləri və normaları
1
yenə orada, s. 66
6
qiymətləndirir, onlara qiymət verirdilər. Bu əxlaqi normalar
tələb edir ki, fərd öz hisslərini cilovlaya bilsin, özünü lazım
olanda məhdudlaşdırsın. Sosial bütövün ahəngdar inkişafı
naminə insan öz hisslərini cilovlamağı bacarmalıdır. Əxlaqın
qızıl qaydasının müəllifliyi Falesə aid edilir. Ona verilən “Ən
yaxşı həyat necə olmalıdır?” sualına o, belə cavab verir: “əgər
başqalarından fərqlənmədiyimizi özümüz başa düşmürüksə,
onda bu, ən yaxşı həyatdır”.
Əxlaqi normalar cəmiyyətdə müəyyən müqavimətlə
qarşılanır. Yeddi müdrikiin əsaslandırdıqları əxlaqi davranış
normaları əsasında həmin ziddiyyət durur: insan əməllərinin
əxlaqın abstrakt normalarına uyğun gəlməməsi – vəziyyətindən
çıxış yolu mənəvi borc hissinin hər bir insanda aşılanmasıdır.
Digər yunan filosofların yaradıcılığına müraciət edək.
Milet məktəbinin görkəmli nümayəndəsi Anaksimandr (e.ə.
610-540) əxlaqda ümumi və xüsusinin, zərurət və təsadüfün
qarşılaşması baxımından fərdin davranışını qiymətləndirərək
göstərir ki, real insanlar ümumi qaydalar, normalar və qanunlar
qarşısında həmişə cavabdeh olmağa hazır olmalıdırlar.
Efesli
Heraklitin
(təxminən
e.ə.
520-460)
yaradıcılığında da ümumi zərurət və fərdi mövcudluq arasında
yaranan ziddiyyətlərin həlli yolları araşdırılır. Onun fikrincə,
vahid dünyanın əsasını loqos (müdrik başlanğıc, od) təşkil edir.
Loqos dünyanı idarə edir. İnsan nadanlığı bir çox bəlaların
səbəbi olur. Dünya qanunlarından xəbərsizlik, öz istək və
instinktlərinə qul olmaq insanları pis vəziyyətə salır. Vahid
məqsəd, dünya nizamı – loqos lazımınca qiymətləndirilmirsə,
hər kəs öz xırda maraqlarını güdürsə, həyatın ləzzətini hər
şeydən üstün tutursa, insanlar heç vaxt normal yaşaya
bilməzlər. İnsanın daxilində iki qüvvə mübarizə aparır – ağıl və
hissi istəklər. Ağıl insanı ümumi məqsəd və mənafelərə, hisslər
isə fərdi, xüsusi olanlara doğru istiqamətləndirir. Mənəvi
dirçəliş üçün gərək üzünü düşüncəyə tərəf döndərəsən, loqos
7
qanunlarını öyrənə biləcək adamlar var; belələri cəmiyyətin
elitasını təşkil edir.
Pifaqor (e.ə. VI əsrin ikinci yarısı - V əsrin əvvəlləri) və
onun davamçılarının yaradıcılığında əxlaqi ideyalar öz əksini
geniş tapmışdır. Pifaqor hətta xüsusi bir icma (birlik)
yaratmışdı ki, burada insanlar əxlaqi cəhətdən safolma yollarını
axtarıb tapsınlar. Ruh və cisimin vahidliyini özündə təcəssüm
edən insan, ümumkosmik qanun və son həddi insan olanın və
sonu olmayanın təsiri altında fəaliyyət göstərir. İnsan həyatında
əxlaqlı və əxlaqsız olanın qarşıdurması da həmin qanunla izah
olunur. Son həddi olan insan davranışının normalarını o,
müəyyən edir. İnsan öz əməllərində gərək həmişə ölçü
gözləsin, məhdudiyyətlərə əməl etsin: “hər hansı bir hiylədən
qaç, canından odla, dəmirlə, hər hansı bir alətlə xəstəliyi,
ruhundan – nadanlığı, qanından – israfçılığı, şəhərdən – qiyamı,
ailədən – dava-dalaşı, ümumiyyətlə hər bir şeydən ifratçılığı
uzaqlaşdır”.
Pifaqor həyatı bir səhnəyə bənzədirdi ki, buraya biri
yarışa, digəri alverə, üçüncüləri isə tamaşa etməyə gəlirlər. Ən
xoşbəxt olanlar sonunculardır.
Pifaqor da əxlaqi davranışı şüurlu şəkildə qavranılmasına
çağırırdı. Ən əsası doğruluğa, həqiqətə doğru can atmaqdır.
Pifaqorçular ədalət kateqoriyasına da öz münasibətini
bildirmişlər.
Ədalət – hər kəsin xidmətinə görə payının verilməsidir.
Dünya harmoniyası və insan varlığı arasında həmişə ziddiyyət
var, bunu da həll etmək üçün mənəvi dəyərlər iyerarxiyası
(təsnifatı) olmalıdır. Pifaqor özünün yaratdığı Pifaqorçular
ittifaqının üzvlərinin qarşısına da əxlaqi kamilliyə nail olmağı
məqsəd qoyurdu. İlk növbədə “paxıllıqdan və hərislikdən
uzaqlaşmaq lazımdır. Yalnız əxlaqi cəhətdən kamil olan insan
özünü xoşbəxt saya bilər”. Pifaqor təxminən 30 il ərzində
dünyanı gəzmiş, Misirdə, Babilistanda, həm də, ola bilsin,
Dostları ilə paylaş: |