336
keyfiyyətdir. İnsan bu zaman öz qüvvələrinə inamını itirir,
xarici qüvvələrə tabe olur, tale ilə barışır, öz məğlubiyyətini
qəbul edir, yaxşı gələcəyə ümidini itirir. Bu cür əhval –
ruhiyyənin əmələ gəlməsinin əsas səbəbi cəmiyyətdə və
təbiətdə mövcud olan müəyyən qanunauyğunluqlardır ki, insan
üçün bunlar nəzarətdən kənar olan kortəbii qüvvələr kimi çıxış
edir. Dinlərdə məhz barışıqlıq əsas möminlik əlamətlərindən
biri sayılır. Bu hissin əksi nikbinlik və barışmazlıqdır; insan
gərək çətinliklərə baxmayaraq, daim qarşısına qoyduğu
məqsədə nail olmağı, özünə və digər insanlara qarşı tələbkar
yanaşmağı, hər hansı bir mənfi cəhətə barışmaz mövqe tutmağı
bacarmalıdır.
Comərdlik insanın ən çətin və mürəkkəb şəraitdə özünü
qətiyyətli və məqsədəuyğun şəkildə aparmasını nəzərdə tutur.
İnsan qarşıda duran məqsədə nail olmaq üçün gərək bütün
qüvvələrini səfərbər etməyə, lazım olsa, canından da keçməyə
hazır olmalıdır. Comərdlik xüsusi iradi qabiliyyət olsa da (onu
həm də insan psixikası ilə əlaqələndirirlər) həm də müəyyən
sosial məna daşıyır. Sinifli cəmiyyətdə comərdliyi müəyyən
təbəqənin üstünlüyü kimi qiymətləndirirdilər. Məs., Platon bu
keyfiyyəti döyüşçülərə, müdrikliyi filosoflara aid edir,
mötədilliyi sənətkarlarda görürdü.
Ümumiyyətlə comərdlik hər bir insana xas ola bilər və
istənilən sahədə və yaxud istənilən halda özünü ifadə edə bilər.
Lovğalıq və yaxud təkəbbürlük mənfi əxlaqi keyfiyyət
olaraq özünə tənqidi münasibətini itirmiş insanı bildirir. Belə
insan öz bacarıq və üstünlüklərini çox yüksək qiymətləndirir,
ətrafdakıların fikri və rəyi ilə hesablaşmır, bu və ya digər
birliyi, faktı heç bir dərin əsas olmadan rədd edir. Eyni
zamanda insanda olan sağlam rəqabət hissi paxıllıq hissinə
qarşı qoyula bilər.
Lovğalıq mənfi əxlaqi keyfiyyət olaraq özünə qarşı
tənqidi hissini itirən, öz bacarıq və qabiliyyətlərini şişirdən, hər
hansı bir birlik və mədəni sahədə hamı tərəfindən qəbul edilmiş
337
təsəvvürləri inkar edən adamda özünü ifadə edir. Əsasən
lovğalıq keçmişdə əldə edilən nailiyyətlər əsasında (bəlkə də
həmin nailiyyətlər uydurma idi) əmələ gəlir; belə adamlarda
izzəti-nəfs, özünü bəyənmə, məğrurluq olduqca çoxdur.
Tamahkarlıq mənfi əxlaqi keyfiyyət olaraq insan
davranışını, onun motivlərini xarakterizə edir; belə keyfiyyətə
malik insan bütün əməllərini, onun əhatəsində olan adamlarla
münasibətlərini
şəxsi
maddi
mənfəət
baxımından
qiymətləndirir. Tamahkarlıq insanların maddi nemətlərə
münasibətdə eqoizmin ifadəsi kimi başa düşülməlidir. Bunun
sosial mənası ictimai marağa nisbətdə şəxsi maddi marağa
üstünlüyün verilməsidir. Tamahkarlığın kökləri xüsusi
mülkiyyətdədir. Məlumdur ki, müasir cəmiyyətin təşəkkülündə
xüsusi mülkiyyətin, eynilə tamahkarlığın çox böyük rolu
olmuşdur (bu barədə A.Smit dəfələrlə yazmışdır).
Kobudluq – mənfi əxlaqi keyfiyyətdir; bu zaman
davranış mədəniyyəti pozulur; kobudluq nəzakətin əksidir.
İnsanlara hörmətsizliyin ifadəsidir; bu zaman onların maraq və
mənafeləri pozulur, kiminsə iradə və arzuları başqalara zorla
qəbul etdirilir, insan öz hirsini onlara tökür.
Kobud adamlar bəzən bilərəkdən, bəzən də düşünmədən
ətrafdakıların ləyaqətinə toxunur, özünü sirtıqcasına aparır,
söyüş sözlərdən istifadə edir, dələduzluq edirlər.
Ətalət insanın artıq köhnəlmiş vərdişlərə, adət-ənənələrə
hədsiz sədaqət bəsləməsini xarakterizə edən mənəvi
keyfiyyətdir. Nəticədə həmin insan yeni, mütərəqqi, daha
aktual tələbatlara uyğun olanı artıq qavraya bilmir. Əxlaqi
mənada ətalət ehkamçılığa yaxındır. Ətalətli adam öz şüurunda
kök salmış ehkam və mövhumata uyğun hərəkət edir və bu
təsəvvürlərə zidd olan hər bir şeyə qarşı düşmən münasibət
bəsləyir. Ətalətin psixi kökləri də var, çünki insan öz zehnində
kök salmış davranış formalarından, düşüncə tərzindən asanlıqla
əl çəkə bilmir.
338
Bununla belə ətalətin ictimai kökləri də var: ictimai
münasibətlər, həyat tərzi mühafizəkar xarakter daşıdıqda,
müəyyən sosial qrupların maraq və mənafeləri onları yeniliyə
qarşı çıxmasına məcbur etdikdə, ətalət hökm sürür. Adətən
hakimiyyətdə olan sosial qrup və siniflər bu mənəvi keyfiyyətə
malikdirlər. Ətalət bürokratçılıq və formalizm ilə sıx bağlıdır.
Riyakarlıq mənfi əxlaqi keyfiyyət sayılır. Burada əxlaqa,
hamı tərəfindən qəbul olunmuş əxlaqi normalara, humanizmə
zidd məqsədlərə, eqoist maraq və mənafelər naminə alçaq
niyyət və motivlər əsasında ali motivlər və humanist məqsədlər
mənanı verilir. Burada hərəkətin əsil mahiyyəti və ona başqa
məna vermək niyyəti bir-birilə toqquşur. Riyakarlığın əksi
vicdanlılıq, doğruçuluq, səmimilikdir. Riyakarlıq daha çox
ictimai ədalətsizlik və onunla bağlı ziddiyyətlərin yayıldığı
cəmiyyətdə özünü büruzə verir. Eyni zamanda riyakarlıq ayrı-
ayrı fərdlərin psixoloji keyfiyyəti kimi də qiymətləndirilə bilər.
O, insan həyatında yaranmış xüsusi vəziyyət və şəraitlə
əlaqəlidir, amma həmişə burada cəmiyyətdə formalaşmış
sosial-mənəvi tendensiyalar da nəzərə alınmalıdır.
Tüfeyli olmaq, tüfeylilik mənfi əxlaqi keyfiyyətdir.
Burada tüfeyli həyat sürmək ictimai faydalı əməkdən boyun
qaçırma hal kimi xarakterizə olunur.
Tüfeylilik sosial hadisə kimi xüsusi mülkiyyət şəraitində
meydana gəlmişdir. Cəmiyyətin varlı təbəqələri arasında bu
hadisə daha çox özünü büruzə verirdi. Özgələşmə şəraitində
əmək öz yaradıcı məzmununu itirir. Buraya elmi-texniki
inqilabın nəticələrini də əlavə etmək lazımdır: belə şəraitdə
həm işsizlərin sayı, həm də asudə vaxtın həcmi artır.
Istehlakçılıq meylləri genişlənən bir cəmiyyətdə bekarçılıq,
tüfeylilik meylləri də artır.
Xəyanət ümumi mənafeyə, həmrəyliyə, dostluğa, sevgiyə
olan sədaqətin pozulması deməkdir. Xəyanət anlayışının mənfi
mənası həmin adları çəkilən keyfiyyətlərinin müsbət məzmunu
ilə müəyyən edilir.
339
Şöhrətpərəstlik ictimai və əxlaqi hiss olaraq özünü
şöhrət qazanmaq naminə görülən hərəkətin motivini ifadə edir.
Məqsəd ümumi diqqəti cəlb etmək, ətrafdakılarda paxıllıq və
qibtə hisslərini oyatmaqdır. Bu cür motivlər hər hansı bir insan,
gündəlik
fəaliyyət
üçün
səciyyəvi
hala
çevriləndə,
şöhrətpərəstlik həmin adamın əxlaqi keyfiyyəti kimi çıxış edir.
Şöhrətpərəst adam öz əməllərini ictimai fayda baxımından
mənalandırmaq qabiliyyətini itirir. Yalnız şöhrət istəyi ilə
yaşayan belə insanı öz hərəkətlərinə yalnız xarici təsir, yəni
ətrafdakıların diqqəti maraqlandırır. Şöhrətpərəstlik mənfi
əxlaqi keyfiyyət kimi cəmiyyət tərəfindən həmişə qınanmışdır.
Vicdan, vicdanlılıq mənəviyyatın vacib tələblərindən
birini özündə əks etdirən əxlaqi keyfiyyətdir. Buraya doğruluq,
prinsipiallıq, verilmiş sözə əməl olunması, görülən işin
dolğunluğuna inam, başqaları qarşısında səmimi olmaq kimi
xüsusiyyətlər daxildir. Vicdanlı insan hər bir digər insanın
hüququnu tanıyır. Vicdanlılığın əksi yalan, riyakarlıq,
ikiüzlülük, oğurluqdur. Vicdanlı olmaq tələbi sosial həyat
şəraitində insanların birgə həyat sürmək tələbindən irəli gəlir.
Vicdanlı olmaq ümumbəşəri tələbdir.
Müstəqil iş
Suallar
1. Dəyər nədir?
2. Əxlaqi dəyərlərin təsnifatı (ideyalar, gercəkləşmiş
praktiki əməllər)
3. Xasiyyət keyfiyyətləri
Tapşırıq
İşgüzar görüşlərin xüsusiyyətləri
2. Etiketə riayət etmə, işgüzar insan üçün effektiv imicin
formalaşması prosesi çox əhəmiyyətlidir. Bununla əlaqədar
olaraq:
340
2.1. Bu nöqteyi-nəzərdən istənilən məşhur insanın
(siyasətçi, şoumen və s.) imicini xarakterizə etməyə çalışın:
- imicin xarici tərəfi – davranışda cazibəlik, yerişi,
danışığı, jestlər, səs, mimika, geyim, saç düzümü, yəni baza
etiket formalarına yiyələnmə və ümumiyyətlə xarici imicini
təşkil edən müəyyən dress-koda riayət etmə dərəcəsi;
- imicin daxilini təşkil edən xüsusiyyətlər (intellekt,
düşüncə tərzi, peşəkarlıq, məqsədlər və vasitələr, erudisiya,
ideyalar, maraqlar);
- imicin prosessual tərəfini təşkil edən xüsusiyyətlər
(temperament, ünsiyyət formaları, enerjililik, emosionallıq);
- imicin özəyi (özü haqqında təsəvvürlər, mövqelər,
istiqamətlənmələr).
Yuxarıda göstərilən sxem üzrə işgüzar insanın şəxsi
imicini təhlil edin. Əsas kimi "Sizin imiciniz" testindən istifadə
edin. İşin sonunda şəxsi imicin uyğunluğu haqqında işgüzar
insanın (fəaliyyəti sizin sferasına uyğun olaraq) mükəmməl
imici haqqında nəticə çıxardın.
"Sizin imiciniz" testi
İşin əsas mərhələləri
Birinci mərhələ şəxsiyyətin fərdi işi ilə bağlıdır. Diqqətlə
imicə aid olan keyfiyyətlərin aşağıda göstərilən siyahısını
oxumaq və bu keyfiyyətlərin özündə təzahür xüsusiyyətlərini,
yəni beş ballıq sistem üzrə göstərilən keyfiyyətlərdən hər
birinin özündə ifadə dərəcəsini qiymətləndirmək lazımdır.
Bundan başqa, o keyfiyyətləri seçmək lazımdır ki, insan onu
özü üçün əhəmiyyətli hesab edir.
İkinci mərhələ. Bu mərhələdə yoxlanılan adamı yaxşı
tanıyan insanlar işləyirlər. Onlar keyfiyyətlərin təzahürü
xüsusiyyətlərini beş ballıq sistem üzrə qiymətləndirir və ən
əhəmiyyətli keyfiyyətləri seçirlər. Əgər böyük kollektiv
rəhbərlərinin yoxlanması aparılırsa, onda üçüncü mərhələ də
lazımdır.
341
Üçüncü mərhələ. Bu mərhələdə ekspertlər qrupla işləyir,
burada çıxışları, danışıqları təhlil edirlər. Onlar sadalanan
keyfiyyətlərə qiymət qoyurlar.
Dördüncü mərhələ. Bu mərhələdə imicin keyfiyyətləri
üzrə bütün alınmış qiymətlər müqayisə edilir. Sonra o
keyfiyyətləri seçmək lazımdır ki, əhəmiyyətli olsa da, aşağı
qiymət almışlar. Ən böyük diqqəti məhz bu keyfiyyətlərə
yönəltmək və onların korreksiyasına başlamaq lazımdır.
Diqqət: qiymətləndirilmənin keçirilməsində yalnız
birinci mərhələ ilə kifayətlənmək olar, amma onda
subyektivizmin dərəcəsi yüksək olacaqdır.
Özünəqiymət və qiymətləndirilmə üçün keyfiyyətlərin
siyahısı:
1. Adekvat mimika
2. Aksessuarlar
3. Səliqə
4. Əsaslılıq, əyanilik
5. Xeyirxahlığa inam
6. Jestlərin ifadəliliyi
7. Yüksək özünəqiymət
8. Yüksək hədəflər
9. Ləyaqətli vasitələr
10. Qəhrəmanlıq
11. Düşüncənin elastikliyi
12. həyat təcrübəsi
13. Yadda qalan xarici görünüş
14. Fikirlərin təsirliliyi
15. İdeoloji mənalılıq
16. Şöhrət
17. Səmimiyyət
18. Möhkəm sağlamlıq
19. Bacarıq
20. Kostyum
342
21. Mədəniyyət
22. Lider keyfiyyətləri
23. İnsanlara sevgi
24. Xəyalpərəstlik
25. Əfsanənin mövcudluğu
26. Cazibə
27. Ayaqqabı
28. Öyrənmə qabiliyyəti
29. Ünsiyyətçillik
30. Natiqlik bacarığı
31. Düşüncənin orijinallığı
32. Məsuliyyət
33. Təbiət və cəmiyyətlə vahidlik hissi
34. Pozitiv mövqe
35. Yeriş
36. Saç düzümü
37. Xoş təbəssüm
38. Səsin xoş tembri
39. Peşəkarlıq
40. İnkişaf etmiş intellekt
41. Qətiyyət
42. Romantik əhval-ruhiyyəsi
43. Səbir
44. İradənin gücü
45. Səsin gücü
46. Maneələrin öhdəsindən gəlməsinə qabiliyyət
47. Fərdi üslub
48. Nəzakət
49. Səbir
50. Özünə əminlik
51. Dəyişmək bacarığı
52. Qulaq asmaq bacarığı
53. Yaxşı maneralar (özünü aparmaq mədəniyyəti)
54. Fikirlərin saflığı
343
55. Yumor hissi
56. Maraqların genişliyi
57. Zəriflik
58. Emosionallıq
59. Enerjililik
60. Erudisiya
Keyfiyyətlərin bu siyahısı imic strukturu əsasında təşkil
edilmişdir, amma o son deyil, çünki imicin özü konkret
vəziyyətdən asılı olaraq dəyişir. O keyfiyyətləri əlavə etmək
məqsədəuyğundur ki, hansılar yoxlananın, onun yaxınları və
həmkarlar və ya ekspertlərin fikrincə, siyahıda yoxdur. Sorğu
həmçinin müştərilər və partnyorlar üçün arzu olunan
keyfiyyətlər haqqında təsəvvür yaradır. Bəzi keyfiyyətləri
siyahıya daxil etmək məqsədəuyğundur, bəzilərini isə yox,
amma təhlil etmək həmişə lazımdır.
Nəticələrin işlənməsi.
Açardan istifadə edin. Keyfiyyəti qiymətləndirən balları
onların nömrələrinə uyğun qoyun.
Açar:
prosessual imici təşkil edir:
14, 17, 18, 26, 29, 31, 41, 43, 44, 48, 49, 50, 52, 58, 59;
daxili imici təşkil edir:
4, 11, 12, 19, 21, 22, 28, 30, 32, 39, 40, 51, 55, 56, 60;
xarici imici təşkil edir:
1, 2, 3, 6, 13, 20, 27, 35, 36, 37, 38, 45, 47, 53, 57;
imicin nüvəsi (əsası):
5, 7, 8, 9, 10, 15, 16, 23, 24, 25, 33, 34, 42, 46, 54.
İşgüzar imici təşkil edən balın hər birinin maksimal
göstəricisi 75-ə bərabərdir, amma belə mükəmməl şəxsiyyət
mümkün deyil. Qiymətləndirilməyə əsasən balların miqdarını
hesablayın. Nəticədə məlum olacaqdır ki, imicinizin hansı
keyfiyyətləri sizdə daha güclü, və hansılar daha zəif ifadə
edilmişdir. Alınan nəticə sizə öz imicini daha səmərəli və
məqsədyönlü şəkildə formalaşdırmağa imkan verəcəkdir.
344
Bununla belə aydındır ki, faydalılıq anlayışı tarixi
xarakter daşıyır və onun məzmunu və ifadə formaları heç vaxt
sabit qalmır. Hər hansı bir hərəkətin əxlaqi dəyəri və faydası
real
praktika,
həyatın
tələbləri
baxımından
qiymətləndirilməlidir.
345
MÜNDƏRİCAT
I BÖLMƏ. ETİK TƏLİMLƏR TARİXİ.
Mövzu 1. Qədim dövrün etik nəzəriyyələri
1.1.Qədim
yunan
ədəbi
və
fəlsəfi
məktəblərində
əxlaq..................................................................................3
1.2.Sofistlər məktəbində əxlaq............................................8
1.3. Qədim yunan fəlsəfəsinin klassik mərhələsində əxlaqi
təsəvvürlər........................................................................12
1.4. Ellinizm dövrünün əxlaqi ideyaları..............................19
1.5. Qədim Çində və Hindistanda əxlaqi ideyalar və
təsəvvürlər..........................................................................32
Mövzu 2. Feodalizm dövrünün əxlaqi nəzəriyyələri
2.1. Xristianlığın əxlaqi nəzəriyyəsi..................................37
2.2.Patristika dövrü. Müqəddəs Avqustin..........................40
2.3. Orta əsrlər fəlsəfəsinin sxolastika mərhələsində dini
əxlaq.................................................................................45
2.4. Akvinalı Foma............................................................47
Mövzu 3. İntibah və reformasiya dövründə əxlaqi nəzəriyyələr
3.1. Tarixi idrakda etik ideyalar. İntibah dövründə etik
nəzəriyyələr......................................................................55
3.2.
Cordano
Bruno
əxlaq
haqqında.
M.Monten..........................................................................61
3.3. Makiavelli. Spinozanın etik ideyaları...........................68
3.4.Tomas Hobbsun əxlaq haqqında ideyaları.....................74
3.5.Rene Dekartın görüşlərində əxlaqın təbii-elmi izahı........28
3.6. C.Lokkun əxlaqi ideyaları...........................................78
346
3.7.
Bernard
Mandevil,
Şeftsberi
və
Hatçesonun
etikası...................................................................................78
Mövzu 4. XVIII-XIX əsrlərdə etik nəzəriyyələr
4.1.Fransa maarifçilik dövrünün etik nəzəriyyələri. Etikada
sensualizm.......................................................................93
4.2.
Sen-Simon
və
Helvetsinin
fəlsəfi
-
əxlaqi
baxışları.............................................................................97
4.4. Alman klassik fəlsəfəsində etika.................................104
4.5.XIX əsrin ikinci yarısında etik baxışlar........................116
Mövzu 5. Azərbaycanın ictimai fikir tarixində etik ideyalar
5.1.
Qədim dövrdə etik fikir.........................................130
5.2.
Orta əsrlərdə etik baxışlar......................................132
5.3.
Yeni dövrün etik ideyaları.....................................162
5.4.
XIX əsrdə etik ideyalar.........................................165
5.5.
XX əsrdə etik baxışlar...........................................173
Mövzu 6. XX əsrdə etika
6.1. XX əsrin etik cərəyanları..........................................177
6.2.
XX
əsrin
ayrı-ayrı
tədqiqatçıları
etika
haqqında.........................................................................186
II BÖLMƏ. MÜASİR ETİKA PROBLEMLƏRİ
Mövzu 7. Etikanın predmeti və cəmiyyətin mənəvi həyatının
əxlaqi əsasları
7.1. Etika nədir?..............................................................207
7.2. Etika elminin bölmələri.............................................217
7.3. Etika və digər ictimai və humanitar sahələri...............222
347
Mövzu 8. Etikanın tədqiqat metodları................................234
Mövzu 9. Etikanın kateqoriyaları və prinsipləri.................. 256
Mövzu 10. Əxlaqi hisslər və əxlaqi praktika
10.1. Əxlaqi hisslər haqqında............................................281
10.2. Müasir cəmiyyətdə əxlaqi praktika...........................295
10.3. Sosial nəzarət formaları...........................................304
Mövzu
11.
Əxlaqi
dəyərlər
və
xasiyyət
keyfiyyətləri.................................................................. 309
Dostları ilə paylaş: |