Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 52,08 Kb.
tarix11.10.2017
ölçüsü52,08 Kb.

Kimya məktəbdə




ORTA MƏKTƏBLƏRDƏ KIMYA FƏNNININ TƏDRISININ TƏKMILLƏŞDIRILMƏSINDƏ MÜASIR

TƏLIM METODLARININ ROLU

A.M. Hümbətova

Səbail raron Qadınlar Cəmiyyətinin sədri, kimyaçı

Kimya fənninin tədrisində fəal təlim metodlarının təcrübə ilə əlaqəsinə dair tövsiyələr mövzusu həmişə ön planda saxlanmışdır.

Orta məktəbdə mövzular, proqramın tələblərinə uyğun olaraq müəllimlər tərəfindən təcrübələr nümayiş etdirməklə və ya şagirdlərin müstəqil işi-laborator məşğələləri şəklində keçirilir. Məlumdur ki, sonda nəticələr təcrübəyə, müşahidəyə əsasən çıxarılır.

Kimya fənnini tədris edərkən mövzuya aid olan əyaniliyin müxtəlif növlərini geniş miqyasda tətbiq etmişəm. Bununla yanaşı məktəblilərin təlim materialını qavrama prosesinə bacarıqlı surətdə rəhbərlik etməklə şagirdlərin diqqətini əsas məsələlərə,yəni işin mahiyyətinə yönəltməyə nail olmuşam. Əgər müəllim dərsi təcrübələr nümayiş etmədən keçirsə, nəticədə şagirdlər təlim materialının məzmununu dərk etmədən onu mexaniki əzbərləyir, dərsi aydın başa düşmürlər.

Kimyanın tədrisinin metodik prinsiplərini formalaşdırmaq sahəsində elmi- tədqiqat işlərini həmişə davam etdirmək lazımdır. Tədris prosesinə daxil edilmiş fəal (interaktiv) təlim metodu şagirdlərin təfəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramında göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və digər prinsiplərini həyata keçirməyə imkan verir.

Elmin, texnika və texnalogiyanın, xüsusilə də kompyuter texnalogiyasının sıçrayışlı inkişafının şahidiyik. Dəyişən həyatın şəraitinə uyğunlaşmaq üçün çevik olmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünü inkişafa və təkmilləşdirməyə hazır etmək lazımdır.

Təhsil prosesini elə qurmalıyıq ki, şagirddə özünüinkişaf qabiliyyəti formalaşsın. İnkişafedici təlim birinci növbədə yaradıcılığı və təfəkkürü formalaşdırmaqla yanaşı, fəallığa, dərketmə qabiliyyətinə əsaslanaraq, məntiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar çıxarma, bilikləri müstəqil əldə etmək qabiliyyətinə malik olmalıdır. Buna nümunə olaraq, şagirdlərə imkanlarına uyğun, bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etməyi tapşırmaqla, nəticədə təlim şagirdin özünün müstəqil fəaliyyəti sayəsində bilik və bacarıqları əldə etmək üçün potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlir.

Müasir dövrdə məktəb şagirdə bilik, bacarıq verməklə yanaşı, eyni zamanda yeni nəsli həyat şəraitinə hazırlayır. Yəni təlim, elmlərin əsasına yiyələnmək şagirdlərdə yaradıcı təfəkkürü formalaşdırmaq məqsədi daşıyır. Keyfiyyət əldə etmək üçün təlim prosesində əməkdaşlıq böyük rol oynayır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaratmaqla yanaşı, şagirdin özünə inamı artır və öz potensial imkanlarını gerçəkləşdirməyə çalışır. Şagirdlərin müstəqil düşünməsi, məntiqi nəticələr çıxarması müəllimin uğuru hesab edilir.

Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır, şagirdin özünə inamı artır, öz fikrini çatdırmağa qorxmur və öz potensial imkanlarını gerçəkləşdirir.

Fəal (interaktiv) təlim tədrisin və idrak fəaliyyətinin təşkili, idarə olunması metodlarının məcmusudur. Şagirdlər asan başa düşülən, yadda qalan, vacib təlim materialının öyrənilməsi prosesində, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı müəllimin rəhbərliyi altında öyrənirlər. Təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, idrak maraqlarına əsaslananda, yəni şəxsiyyətə yönəlmiş təlim prinsipinə uyğun olaraq, səmərəli olur. Bunun üçün mərkəzi təlim prosesi- tədqiqat olmalıdır, hər tədqiqat isə birinci növbədə problemin qoyulmasından başlanır.

Nəyi dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bunlar hansı nəticələrə gətirib çıxara bilər, yəni təlimin bəhrəsi necə olmalıdır, bunlar şagirdin təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə görə bilməsi zərurətindən yaranır.

Fəal təlim prosesində şagirdləri biliklərə aparan yolda müəllimin bələdçi kimi əsas funksiyası, müəllim liderliyinin yeni tipi sayılır. Təhsilin məqsədinə nail olmağa yönəldilmiş bu liderlik müəllimlə şagirdin birgə fəaliyyətinə xidmət edir.

Müəllim fənnin tədrisində sinifdə, sistemli, ardıcıl və məqsədli şəkildə şagirdlərlə əməkdaşlıq edir. Tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, biliklərin əldə edilməsi və mənimsəlilməsi yollarını öyrədir. Deməli, müəllim təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə şagirdə kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə praktik cəhətdən yiyələnir, yəni, müəllimin vəzifəsi- öyrənməyi öyrətməkdir. Lakin, müəllim biliklərin qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi bacarmalıdır. Şagirdlərin fəal idrakı mövqeyinin lazımi səviyyədə qalması üçün, müəllim hər bir şagirdə mərhəmətli, fərdi münasibət bəsləməli, sinifdəki mühiti həssaslıqla duymalı və hörmətlə yanaşmalıdır.

Məhz bu şəkildə təlim prosesinin psixoloji mühitinin dəyişdirilməsi inamsızlıq hissini aradan götürər və şagirdlərin idrak fəallığını dərs boyu lazımi səviyyədə saxlaya bilər. Yeni bilginin kəşfi məqsədilə tədqiqatın aparılması fəal (interaktiv) təlim metoduna əsaslanır. Tədqiqatın aparılma qanunlarına uyğun olaraq qurulan dərs, buna görə də fəal dərs sayılır.

Problemi müəyyənləşdirdikdən sonra tədqiqata başlamaq lazımdır. Əsl problem həmişə fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün birinci növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Tədqiqat sualı isə yeni biliklərin kəşfinə aparan bələdçi, rolunu oynayır. Fəal təlim metodu mövcud olmayan bilginin kəşfi məqsədilə tədqiqatın aparılmasına əsaslanır. Buna görə də fəal dərs tədqiqatın aparılma qanunlarına uyğun olaraq qurulur. Dərsin birinci mərhələsində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir. Ən gözəl xüsusiyyətlərdən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir. Dəsin ikinci mərhələsində, tədqiqatın aparılması, problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq edən, həlli qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Yeni faktların öyrənilməsi, yaranan suallara cavabların tapılması gedişində düşünmək, yeni bilikləri kəşf etmək üçün münasib şərait yaranır. Tədqiqat müxtəlif formalarda aparılır, yəni, bütün siniflə birgə, cütlük şəklində, kiçik qruplarda, fərdi şəkildə. Kiçik qruplarda və ya cütlük şəklində aparılan işlərdə təlimin interaktiv xarakteri daha qabarıq formada təzahür edir. Cütlük şəklində iş zamanı şagirdlər cüt- cüt işləyərək; bütün tapşırıqların yerinə yetirilməsində bir- birinə kömək etməklə, öz tapşırıqlarının nəticələri barədə fikir mübadiləsi aparmaqla, qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirirlər. Cütlük şəklində şagirdlərin bir- birinin fikirlərini daha yaxşı başa düşmələrinə, əməkdaşlıq etmələrinə, bir- birinin qarşısında öz məsuliyyətlərini dərk etməsinə imkan yaradır.

Təlimin qrup forması fəal təlim şəraitindəki işin əsas formalarından biridir. Qrupda olan şagirdlərin, işin gedişində birgə fəaliyyəti əməkdaşlıq və müxtəlif məsələləri bir yerdə həll etməklə bərabər, hər bir şagirdə öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir, hər bir şagirdin öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi və qiymətləndirilməsi üçün əlverişli şərait yaradır.

Hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş etdirməsi, özünə inamın artması, bunun nəticəsi olaraq, özünü tam dəyərli şəxsiyyət kimi dərk etməsi, məsələnin həlli üçün vacib olan qrupun qarşılıqlı surətdə bir- birini tamamlaması prinsipinin mənimsəməsi hesabına hər bir şagirdin müstəqil şəxsiyyət kimi inkişafını təmin edir.

Qrup işinin təşkilini bir neçə variantda aparır; bütün qruplar tapşırılmış mövzu üzərində işləyirlər. Əgər verilən material mühüm əhəmiyyət kəsb edirsə, onda bütün qruplar ondan eyni vaxtda bəhrələnirlər. Bir- birini əvəz etməklə eyni bir material əsasında işləyirlər.

Dərsin üçüncü mərhələsi informasiya mübadiləsi mərhələsi hesab edilir.Tədqiqatın gedişində iştirakçılar əldə etdikləri nəticələrin, yəni, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmağa, bir- birinin təqdimatını fəal dinləməyə, təqdimatın bütün iştirakçılarını sövq edir. Təqdimat bir növ yeni bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaradır.

Dərsin dördüncü mərhələsi informasiyanın müzakirəsi və təşkili mərhələsidir. Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin(məntiqi,tənqidi, yaradıcı) səfərbərliyini bu mərhələ tələb edir. Bu mərhələ dərsin ən mürəkkəb mərhələsidir. Bütün faktlar arasında informasiyanın təşkili əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir.

Dərsin beşinci mərhələsi ümumiləşdirmədir. Şagirdlərə əldə etdikləri yeni bilgi haqqında konkret nəticəyə gəlmək, yəni ümumiləşdirməni aparmaq işi bu mərhələdə yerinə yetirilir. Şagird əldə olunan bilikləri ümumiləşdirməli, gəldiyi nəticəni irəli sürülmüş fərziyələrlə müstəqil olaraq tutuşdurmalıdır. Digər mərhələlərdən fərqli olaraq bu mərhələ çox mühümdür.Çünki, dərsin bu mərhələsində şagirdlər bilikləri məhz özləri kəşf etdikləri üçün əvəzsiz, sevinc və məmnuniyyət hissi keçirirlər.

Yaradıcı tətbiqetmə mərhələsi dərsin altıncı mərhələsi adianır. Bu mərhələ şagirdlərin biliyini möhkəmləndirir, onun əhəmiyyətini şagirdə aşılayır. Çünki, biliklərin mənimsənilməsinin əsas məqsədi onun yaradıcı surətdə tətbiqidir. Şagirdlər müəyyən məsələlərin həllində, yaxud verilən yeni sualları cavablandırmaq üçün qazandıqları bilikləri tətbiq etməyi bacarmalıdırlar. Sonda müəllimlər şagirdlərə, yeni əldə olunmuş biliklərin yaradıcı surətdə tətbiqinə dair çalışmalar və məsələlər versinlər ki, yeni biliklər həmişəlik onların şüurunda həkk olunsun.

Dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini daşıyan ən geniş yayılmış sərbəst iş forması ev tapşırıqlarıdır. Lakin evə verilən tapşırıqların təkraredici xarakter daşıması, yəni tapşırıqlarda müstəqil yaradıcılıq xarakterinin olmaması nəticəsində onların istifadəsi lazım olan sərbəst və yaradıcı düşünmə qabiliyyəti keyfiyyətlərini inkişaf etdirməyə imkan vermir, nəticədə onların tədris prosesində keyfiyyəti çox az olur.

Məqsədimiz yaradıcı, inkişaf edən şəxsiyyət tərbiyə etməkdir, ona görə də təlimin sərbəst, fərdi formasının əhəmiyyəti həmişə real olmalıdır.

Müstəqil mənimsənilmək üçün mövcud hallarda fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini geniş istifadə etmək lazımdır.

Dərsin yeddinci mərhələsi qiymətləndirmədir. Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən mexanizmdir. Hər bir şagirdin uğur qazanmasına nəyin mane olduğunu və nəyin kömək etdiyini, təkmilləşmək üçün vaxtında öz nöqsanlarını və nailiyyətlərini müəyyənləşdirmək vacibdir. Deməli, qiymətləndirmə şagirdlərin təlim fəaliyyətinə xidmət etməklə yanaşı, konkret meyarlara əsaslanmalı və həmin meyarlar üzrə aparılmalıdır.

Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv qiymətin təmin edilməsidir. Tədris prosesinin real tənzimləyicisi olmaq üçün verilən qiymətin obyektivliyinə şagird əmin olmalı və onun nəyə görə verildiyini dəqiq bilməlidir. Qiymətləndirmə prosesində obyektivliyin təmin edilməsi yollarından biri şəffaflıq və aşkarlıq prinsipinin gözlənilməsidir. Belə ki, şagirdlər müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanış olmalıdır. Şagirdin özü haqqında müsbət təsəvvürə malik olması çox mühümdür.Çünki, bunsuz normal inkişafdan danışmaq olmaz. Şagirdin daxili azadlığı, emosional rifahı qənaətbəxş nəticənin təminatlarıdır.

Fəal təlimin mühüm xüsusiyyətlərindən biri, şagirdlərin, müstəqil yəni, öyrənməyi öyrətmək, özünüinkişaf vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Dərs başa çatdıqdan sonra, göstərilən fəaliyyətlərdən birini- məsələn,qiymətləndirməni həyata keçirərkən müstəqil öyrənmə mexanizminin nəzərdən keçirilməsi və nəticədə öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilərdi. Hər bir müəllim bilməlidir ki, qiymətləndirmə şagird üçün birinci növbədə özünüqiymətləndirmə və özünənəzarət rolunu oynayır. Deməli, müəllim kimyanın tədrisi prosesində yeni metod və vasitələrdən düzgün istifadə etməklə,fəal dərsi ümumi, sistemli şəkildə yuxarıda qeyd edilmiş məqsədə, yəni şagirdlərə tam, konkret, dərin, aydın, dəqiq, sistemli möhkəm və həqiqi bilik vermək məqsədinə nail ola bilər.

Kimyanın metodikası sahəsində tədqiqat aparan alimlər, düzgün olaraq müəyyən parametrlərə əsaslanırlar. Professor. Ə.Ö. Əbdürrəhimov və dosent İ. N. Bəşirov göstərirlər ki, metodik prinsiplər praktik təlim işində ( laborator təcrübələri və praktiki məşğələlərdə) istifadə edilən qaydalardan ibarətdir. Bunlarla yanaşı kimya fənninin tədrisinin təkmilləşdirilməsində, müəllimin yeni metod və vasitələrdən düzgün istifadə etməsi, dərsdə elmilik prinsipinin gözlənilməsi, müəllimin bilik səviyyəsi, dərsdə vaxtdan səmərəli istifadə, dərsdə əyani vəsaitlərdən, təlimin texniki vasitələrindən, və.s. istifadənin səmərəliliyi və məqsədəmüvafiqliyi çox böyük rol oynayır.

Kimya dərsində müəllimin dərsin izahı ilə birlikdə təcrübələrin göstərilməsi, həmin təcrübələri şagirdlərin müşahidə etməsi və ya müəllimin izahat vermədən təcrübə nümayiş etdirməsi və şagirdlərin müstəqil müşahidə aparıb nəticə çıxarması, sonda əldə etdikləri biliklərə əsaslanaraq, şagirdlərin öz fikirlərini irəli sürmələri və onu təcrübə ilə yoxlamaları, şagirdlərin özləri müstəqil olaraq laboratoriya işləri, praktik məşğələləri, eksperimental məsələlər həll etmələri dərsdə yüksək nəticə əldə etməyin yollarıdır.Məktəb hər bir şagirdə həyatın vacib tələbatı olan özünü tam mənada şəxsiyyət kimi hiss etmək istəyini gerçəkləşdirmək üçün geniş yol açmalıdır.

Nəinki kimya fənninin tədrisində, eləcədə digər fənlərin tədrisində müəllim ən çox şagirdin səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, daha çox dəstək verməyə arxalanmalıdır.

Şagirdin şəxsi keyfiyyətləri (məsələn, yüksək səviyyədə elmi biliklərə yiyələnmək həvəsi, yaradıcılıq keyfiyyətləri, sosial keyfiyyətlər, mənəvi keyfiyyətlər və.s.) fəal təlimdə şagirdlərin nailiyyətlərinin qiymətləndirmə obyektləri sırasına əlavə olunur. Şəxsi keyfiyyətlərin qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Bilik, bacarıq və vərdişlərlə yanaşı, şəxsi keyfiyyətlərin qiymətləndirilməsinin nəticələrinin də nəzərə alınması təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu istiqamətdə tədris prosesində müəyyən irəliləyiş vardır.

Şagirdlərin idrak fəaliyyəti və təfəkkürə əsaslanaraq, biliklərin müstəqil, yaradıcı şəkildə əldə edilməsi, mənimsənilməsi sayəsində qısa müddətdə daha çox informasiyanı mənimsəmək imkanı xeyli artır. Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni biliklər əldə edirsə, onda o, dərsə çox həvəslə yaradıcı və maraqla yanaşır. Əldə etdiyi bilikləri isə möhkəm mənimsəyir və zaman keçdikcə həmin bilikləri zənginləşdirirlər.

Fəal dərsin səmərəliliyinin ən mühüm şərtlərindən biri onun planlaşdırılmasıdır. Planlaşdırma zamanı müəllim bu suallara cavab verməlidir; nə oyrədilməli, necə öyrədilməli, hansı şəraitdə və nəticələri necə qiymətləndirməli?

Təlim modelinin hər bir tərkib hissəsi təlimin üç əsas məqsədinin- öyrədici, inkişafedici və tərbiyəedici – həyata keçirilməsinə xidmət etməlidir.

Kimyanın tədrisi idrak nəzəriyyəsinə əsaslanaraq, canlı müşahidədən abstrakt təfəkkürə və oradan da praktikaya doğru istiqamətlənir. Kimya fənninin tədrisinə müəllimin şifahi nitqi, müəllimin sxem, cədvəl, model, stend və.s. üzərində izahı, şagirdlərin kitab üzərində işi, formul və kimyəvi tənlik düzəltmək üzərində çalışmalar yerinə yetirməsi, təcrübələr aparmaları, müxtəlif hesablama məsələləri həll etmələri daxil edilə bilər.

Müəllimlərin ideya- siyasi səviyyəsini, elmi- nəzəri və ixtisas biliyini artırmaq, metodik ustalığını artırmaq, bacarıüq və qabiliyyətlərini təkmilləşdirmək, şagirdləri dərin bilik, möhkəm bacarıq və vərdişlərə yiyələndirmək sahəsində tədris planı, proqramların qarşıya qoyduğu tələbləri yerinə yetirməkdə tədrisin təkmilləşdirilməsində çox mühüm rol oynayır.

Fəal dərsdə yüksək nəticə əldə etmək üçün yeni metodların tətbiqi; yəni müasir yanaşmalar tətbiq etməklə, kimya həftəsinin keçirilməsi, mütəmadi olaraq test tapşırıqlarının keçirilməsi, dərsdə problemli situasiyaların yaradılması, şagirdlərdə şifahi nitq vərdişlərinin yaradılmasına çalışmaq,laboratoriya təcrübələri aparmaq, şagirdləri dərs ilinin əvvəlindən olimpiadalara hazırlamaq, şagirdlərdə müstəqil tapşırıq yerinə yetirmək bacarığının formalaşdırılmasına nail olmağa çalışmaq.

Tədris prosesində söhbət şagirdlərə öyrənmək üçün daha səmərəli köməyi necə təklif etməkdən gedir. Bu vəzifə şagirdlərin təfəkkürünün inkişafı ilə əlaqədar olub, müəllimdən və ya biliyin başqa mənbələrindən ( kino, televizor, kitab və.s.) daxil olmuş kimyəvi informasiyaların təlim prosesində metodik üsulla işlənməsindən ibarətdir. Ümumiyyətlə, tədris prosesinin,o cümlədən kimyanın tədrisinin keyfiyyətinin yüksəldilməsi müəllimin öz işinin yaxşılaşdırılmasından çox asılıdır. Şagirdlərin tam biliyə yiyələnməsi üçün tədris prosesində fənlərarası əlaqənin yaradılması zərurəti meydana çıxır.

Kimyanın tədrisi prosesində digər fənlərlə əlaqə formalarının həyata keçirilməsi nəticəsində (kimyanın tədrisi prosesində təbiətşünaslıq, botanika, zoologiya, fizika, riyaziyyat, astronomiya, ümumi biologiya kimi fənlərlə sıx əlaqə saxlamaq imkanları vardır) şagirdlər həm hər hansı hadisə, proses haqqında tam bilik əldə edir və həm də qeyd olunan fənləri daha yaxşı dərk etmək üçün hazırlanırlar.

Tədris olunan fənnin səmərəliliyini yüksəltmək, öz əməyində yüksək nəticələrə nail olmaq, əldə olunan müsbət nəticələrin praktikada tətbiqini sürətləndirmək müəllimlərin ən mühüm vəzifələridir. Həsən bəy Zərdabi demişdir:”Əgər məndən soruşsalar ki, ən şərəfli peşə hansıdır, mən o, zaman iftixarla belə deyərdim- müəllim”. Sonra da bu sözlərə əlavə edərək, qeyd etmişdir ki,- müəllim peşəsi bütün peşələrin əzəli və əbədidir.


İstifadə edilmiş ədəbiyyat:


  1. Rəcəb Əliyev, Əyyub Əzizov. “Kimya təliminin prinsipləri, üsulları və priyomları”. Bakı- 2002- il.

  2. R. Əliyev. Ə.Əzizov.”Kimyanın tədrisi metodikası.” Bakı- 2005- il.

  3. Zülfiyyə Veysova.”Fəal/ İnteraktiv Təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı- 2007- ci il.

  4. Fəal təlim üzrə nümunəvi dərslərin toplusu. Dərs vəsaiti. 1- cild.UNİCEF. Bakı- 2001- il.

  5. Махмутов М. И. Современный урок. «Педагогика», М. 1981.




Гумбатова А.Н.
Роль современных методов обучения в усоверщенствовании преподавания химии
АННОТАЦИЯ
B cтатье показана роль современных методов обучения в усовершенствовании преподавания химических дисциплин.


Humbatova A.M.
The role of modern education methods in the development of teaching chemistry science
ANNOTATION
The article shows the role of modern teaching methods to improve the teaching of chemical disciplines.


Açar sözlər: tələbələr, müstəqil iş, dərsin təşkili, məsələ, əyani-praktik metodlar, təlim və tədris prosesi, fəal təlim.
Ключевые слова: студенты, самостоятельная работа, организация урока, задача, наглядно-практические методы, процесс обучения, интерактивное обучение.
Key words: students, independent work, teacher organization of the lesson, task, visual practical methods, teaching-learning process, interactive learning.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə